image-qanunla-reklam
image-17122233572677115880_1200x630

Tarixi səfər

image-lady-day-az

Tarixi səfər.

İlk dəfədir ki, Konqo Respublikasının Prezidenti Azərbaycana rəsmi səfər edib. Cari ilin 4 aprel tarixində baş tutan səfər çərçivəsində Prezident cənab İlham Əliyevin Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqessonun Azərbaycana rəsmi səfəri ilə əlaqədar mətbuata bəyanat vermişdir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Konqo ilə Azərbaycan arasında güclü dostluq əlaqələri yaradılacaqdır. İki ölkə arasında diplomatik əlaqələr 2011-ci ildə qurulsa da, tərəflər arasında sıx siyasi-iqtisadi münasibətlər yaradılmayıb. Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik etməyə başlamasından sonra diplomatik təmasların tempində canlanma müşahidə edilib. Prezident cənab İlham Əliyev və Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqesso mətbuata bəyanatlarla çıxışında neomüstəmləkəçilik siyasətinə toxunaraq qeyd etdi ki, ölkəmizin Qoşulmama Hərəkatına sədrliyi dövründə Azərbaycanın prioritetləri içində neokolonializmə qarşı mübarizə məsələləri durur. Prezident cənab İlham Əliyev Azərbaycanda Bakı Təşəbbüs Qrupunun yaradıldığını xatırladaraq diqqətə çatdırdı ki, bu gün dünya miqyasında böyük hörmətə malik olan bu qurumun nəticələri göz qabağındadır. Bəli, Azərbaycanın təşəbbüsü ilə yaradılan bu qrup beynəlxalq aləmdə öz sözünü deyən quruma çevrilib.

Azərbaycan lideri iqtisadi əlaqələrin perspektivindən də danışaraq nümayəndə heyətlərinin üzvlərinə konkret tapşırıqlar verildiyini, ölkəmizin Konqoda bir çox investisiya layihələrində, ilk növbədə, kənd təsərrüfatı sahəsinə sərmayə yatıracağını açıqladı. Eyni zamanda, ölkəmizin zəngin mədənçilik təcrübəsi var və neft-qaz sahəsində iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet sahələrdən biri ola bilər. Prezident İlham Əliyevin qeyd etdiyi kimi bu və digər sahələrdə əməkdaşlıq üçün çox gözəl imkanlar var. Mühüm dövlətlərarası sənədlərin imzalanması və müvafiq göstərişlərin verilməsi belə deməyə əsas verir ki, yaxın aylarda Azərbaycan və Konqo arasında təmaslar intensivləşəcək.

Çoxvektorlu xarici siyasət yürüdən Azərbaycan Afrika ölkələri ilə münasibətlərini keyfiyyətcə yeni mərhələyə keçirir. Bu baxımdan Konqo ilə dost əlaqələrin inkişaf etdirilməsi xüsusi əhəmiyyət daşıyır. Prezident Deni Sassu-Nqessonun Azərbaycana tarixi səfəri ikitərəfli əməkdaşlığın səhifəsini açdı. Şübhə yoxdur ki, ölkələrin dost əlaqələr qurmaq istəyi bu əməkdaşlıq səhifəsini dolğun, hər iki xalqın mənafeyinə uyğun siyasi-iqtisadi, eləcə də humanitar layihələrin reallaşdırılması ilə zənginləşdirəcək.

Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimova

 

 

Parlament Şəbəkəsi, Gənclər və Qadınlar platformaları məhz Azərbaycanın sədrliyi dönəmində yaradılmışdır.

 Azərbaycan BMT-dən sonra dünyanın ikinci ən böyük beynəlxalq təsisatı olan Qoşulmama Hərəkatına sədrliyinin artıq ilk ilindən bu təşkilatın nüfuzunun yüksəlməsinə və eyni zamanda da bütün bəşəriyyətin rifahına xidmət edən önəmli töhfələr verməyə başlayıb. Bu gün Qoşulmama Hərəkatı əvvəlki dövrlərə nisbətən daha güclü təşkilatdır. Qoşulmama Hərəkatı BMT-dən sonra ikinci böyük təsisatdır, 121 üzvü var. Bu təşkilatın dünya miqyasında və dünyada gedən proseslərdə oynadığı rolunun artırılması hamımızın marağındadır. Məlum olduğu kimi, Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi təşkilata üzv dövlətlərin yekdil qərarı ilə 2019-cu ildən 2022-ci ilə qədər öz üzərinə götürüb. Elə həmin il dünya ölkələri bütün bəşəriyyəti təhdid edən COVID-19 pandemiyası ilə necə mübarizə aparacaqları barədə çaşqınlıq içərisində olarkən məhz Qoşulmama Hərəkatı Azərbaycanın rəhbərliyi ilə bu ölümcül təhlükə ilə mübarizədə qlobal səylərin birləşdirilməsinin əsas təşəbbüskarı oldu. Azərbaycan həmçinin Qoşulmama Hərəkatının institusional inkişafına önəmli töhfələr verib. Bu baxımdan Azərbaycanın təşkilata sədrliyinin növbəti nailiyyətləri kimi 2021-ci ildə Hərəkatın Parlament Şəbəkəsinin və 2022-ci illərdə Gənclər Təşkilatının yaradılmasını qeyd etmək olar. Bütün bu uğurlar ona səbəb olmuşdur ki, yenə də üzv ölkələrin yekdil qərarı ilə Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi 2023-ilin sonuna qədər uzadılmışdır. Lakin Azərbaycan hər zaman olduğu kimi, artıq əldə olunan nailiyyətlərlə kifayətlənmir. Bu gün yenə də ölkəmizin təşəbbüsü ilə Qoşulmama Hərəkatının qadınlar platformasının yaradılması istiqamətində çalışmalar aparılır. Həqiqətən də Qoşulmama Hərəkatı yeni dünya düzəninin formalaşması prosesində aparıcı mövqelərdən birinə sahib olmaq üçün bütün imkanlara malikdir.

Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Xanım İmanova

 

 

Azərbaycan Konqoda bir çox investisiya layihələrində iştirak etmək fikrindədir, ilk növbədə, kənd təsərrüfatı sahəsində

 Cari ilin aprelin ayının 4-də Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqesso Azərbaycana rəsmi səfərə gəlib. Onun Azərbaycan Prezidenti cənab İlham Əliyevlə təkbətək və geniş tərkibdə görüşləri olub. Prezidentlər görüşlərdən sonra mətbuata birgə bəyanatlarla çıxış ediblər.

İki ölkə arasında “Azərbaycan Respublikası və Konqo Respublikası arasında əməkdaşlıq haqqında Bəyannamə” , “Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə Konqo Milli Neft Şirkəti arasında təlim haqqında Anlaşma Memorandumu” , “Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə Konqo Milli Neft Şirkəti arasında “Congolaise de Raffinage” neft emalı zavodunun təkmilləşdirilməsi və genişləndirilməsi haqqında Şərtlər Razılığı” , “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Konqo Respublikasının Ətraf Mühit, Davamlı İnkişaf və Konqo Hövzəsi Nazirliyi arasında ətraf mühit, təbii sərvətlərin davamlı idarə olunması və iqlim dəyişmələri üzrə əməkdaşlıq sahəsində Niyyət Protokolu” imzalanmışdır.

Dövlət başçısı qeyd edib ki, bu sənədlər ölkələr arasındakı əməkdaşlığın perspektivlərini müəyyən edəcəkdir. Azərbaycan dövlətinin siyasi əlaqələri bundan sonra uğurla inkişaf edəcəkdir. Bu gün imzalanmış əməkdaşlıq haqqında Bəyannamə bunu bir daha təsdiq edir.

Cənab Prezident onu da qeyd edib ki, həmkarı ilə görüşlər zamanı iqtisadi sahədə də əməkdaşlıq haqqında geniş fikir mübadiləsi aparılıb. Nümayəndə heyətlərinin üzvlərinə konkret tapşırıqlar verilib. Dövlət başçısı bildirib ki, Azərbaycan Konqoda bir çox investisiya layihələrində iştirak etmək fikrindədir, ilk növbədə, kənd təsərrüfatı sahəsindədir. Bərpa olunan enerji sahəsində, energetika sahəsində, mədənçilik və digər sahələrdə əməkdaşlıq üçün çox gözəl perspektivlər var. Bu gün müzakirə aparıldı, müvafiq göstərişlər verildi və əminəm ki, gələcək aylar ərzində bizim nümayəndələrimiz bir-biri ilə sıx təmasda olacaqlar.

Konqo təbii resurslarla zəngin neft hasil və ixrac edən ölkədir. Bu ölkə inkişaf etmiş kənd təsərrüfatı infrastrukturuna malikdir. Bu sahələrdə Azərbaycanla əməkdaşlıq etməyə hazırdır.

Konqo prezidentinin Azərbaycana ilk səfəri Bakının Qoşulmama Hərəkatı çərçivəsində uğurlu fəaliyyətinin nəticəsidir. Bununla da Azərbaycanın dünyanın müxtəlif bölgələri, o cümlədən də Afrika qitəsi ölkələri ilə əlaqələri inkişaf edir. İstər tarixi kontekstdə, istərsə də cari dövr baxımından Azərbaycanın Afrika ölkələri ilə yaxşı əlaqələri var. Hələ SSRİ dövründə Afrika ölkələrindən olan çoxlu sayda tələbə Azərbaycanın ali məktəblərində təhsil alıb. Azərbaycan pandemiya dövründə Afrika ölkələrinə dəstək verib, ikitərəfli münasibətləri inkişaf etdirib. Azərbaycanın 30 illik müstəqillik dövründə əldə etdiyi uğurlar Afrika ölkələri tərəfindən maraqla qarşılanır.

Görünür ki, Azərbaycanla Konqonun münasibətləri daha yüksək mərhələyə keçəcəkdir.

Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin direktoru Vəfa Bayramova

 

 

 

Konqo ilə Azərbaycan arasında güclü dostluq əlaqələri yaradılacaqdır

Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqesso Azərbaycana rəsmi səfərə gəlib. Onun Azərbaycan Prezidenti İlham Əliyevlə təkbətək və geniş tərkibdə görüşləri olub. Prezidentlər görüşlərdən sonra mətbuata birgə bəyanatlarla çıxış ediblər. Görüş çərçivəsində Azərbaycanla Konqo arasında imzalanan Əməkdaşlıq haqqında Bəyannamə iki ölkə münasibətlərinin gələcək inkişafında təməl rolunu oynayacaq. Məhz bugünkü səfər və keçirilən görüşlər gələcəkdə Azərbaycanın Afrika ölkələri ilə münasibətlərini intensivləşdirəcək. Təbii ki, xüsusilə ticarət sahəsində əməkdaşlığın inkişafı olduqca vacibdir. Prezident cənab İlham Əliyev çıxışlarında bu fikirləri də böyük inamla qeyd edir ki, Azərbaycan xarici siyasətlə bağlı nümunəvi ölkə sayıla bilər. Ona görə ki, Azərbaycan dünyada sülhə, sabitliyə xüsusi töhfə verir. Ölkəmizdə keçirilən humanitar forumlar, konfranslar, yüksək səviyyəli iclasların gündəliyində dünyada sülh prosesinin irəli aparılması, ədalətin bərqərar olunması dayanır. Bir müddət əvvəl ölkəmizdə təsis olunmuş Bakı Təşəbbüs Qrupunun əsas məqsədi də məhz bu gün dünyada baş verən yeni müstəmləkəçilik meyllərinə qarşı mübarizə aparmaqdır. Prezident İlham Əliyev Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqesso ilə mətbuata bəyanatında söyləyib: “Əminəm ki, Konqo ilə Azərbaycan arasında güclü dostluq əlaqələri yaradılacaqdır”. Beynəlxalq təşkilatlar çərçivəsində də iki ölkənin əlaqələri yüksək səviyyədədir. BMT-də və Qoşulmama Hərəkatında əlaqələrin uğurlu inkişafı səfər çərçivəsində atılan addımlarda özünün aydın ifadəsini tapdı. Belə ki, cənab İlham Əliyev qeyd etdi ki, Qoşulmama Hərəkatına bu ilin yanvar ayına qədər 4 il uğurla sədrlik etmiş Azərbaycan Konqonun dəstəyini hər zaman hiss etmişdir. Təşəbbüslərimizə Konqo hər zaman öz dəstəyini vermiş və bunun nəticəsində quruma sədrliyimiz dövründə Qoşulmama Hərəkatının institusional inkişafı da təmin edilmişdir.

Bütün bunlar Azərbaycanın xarici siyasət uğurlarının davamıdır. Ölkəmizin yaratdığı yeni reallıqlar regionda və dünyada yeniliklərə yol açır, dünyanın xarici siyasətinin gündəliyinin Azərbaycanda müzakirəsini şərtləndirir.

 Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin əməkdaşı Leyla Əliyeva

 

 

 

Strateji əməkdaşlıq üçün çox gözəl zəmin var

 Bu gün Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, onun siyasəti tamamilə müstəqildir, ancaq və ancaq Azərbaycan xalqının maraqlarına, iradəsinə əsaslanır. Aprelin 4-də Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqessonun ölkəmizə rəsmi səfəri çərçivəsində Prezidentlərin keçirilən təkbətək və geniş tərkibdə görüşlərində, mətbuata birgə bəyanatlarında da Azərbaycanın xarici siyasət uğurlarından, əməkdaşlıq əlaqələrinin genişləndirilməsi üçün imkanların mövcudluğundan bəhs edildi. Dövlət başçısı İlham Əliyev ilk dəfədir Konqo Prezidentinin ölkəmizə səfər etdiyini önə çəkərək böyük əminliklə bildirdi ki, səfərin çox gözəl nəticələri olacaq. Qarşılıqlı səfərlərin əlaqələrin inkişafında mühüm faktor olduğu xüsusi qeyd edildi. Konqo Prezidenti cənab İlham Əliyevi Konqoya dostluq səfərinə dəvət etdi və bundan böyük şərəf hissi keçirəcəklərini vurğuladı.

Azərbaycanın xarici siyasətinin əsas tərkib hissəsi olan ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq əlaqələrinin qurulması və inkişaf etdirilməsi istiqamətində atılan addımların, əldə edilən nəticələrin miqyası olduqca genişdir. Dövlət başçısı İlham Əliyev son 20 ildə Azərbaycanın qazandığı uğurlardan bəhs edərkən bildirir ki, siyasi müstəvidə ölkəmizin dünyada mövqeləri möhkəmləndi, dostlarımızın sayı böyük dərəcədə artdı. Beynəlxalq təşkilatlar bizim təşəbbüsümüzlə münaqişə ilə bağlı mövqeyimizi dəstəkləyən və beynəlxalq hüquqa əsaslanan qərarlar, qətnamələr qəbul etdilər. Bu, münaqişənin həlli üçün hüquqi və siyasi zəmin yaratdı. İqtisadi inkişafa, iqtisadi müstəqilliyə nail olduq. Bu gün heç kimdən iqtisadi və siyasi cəhətdən asılı deyilik. Güclü iqtisadiyyat imkan verdi ki, siyasi müstəvidə öz siyasətimizi müstəqil şəkildə aparaq.  Azərbaycan hər bir sahədə zəngin təcrübəsi ilə əməkdaşlıq məkanı kimi möhkəmlənən mövqeyinə yeni-yeni əlavələr edir.

Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin əməkdaşı Dilarə Hacızadə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki