image-qanunla-reklam
image-unnamed

Tarixi Qələbə

image-lady-day-az

Tarixi Qələbə

“Yeni Azərbaycan Partiyasının adı Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Partiya Ulu öndər Heydər Əliyevin ətrafında yaradılmışdır, onun siyasi təcrübəsi, bilikləri, xalq qarşısında göstərdiyi xidmətlər, Naxçıvanda çalışdığı dövrdə göstərdiyi əsl vətənpərvərlik və öz xalqına olan sadiqlik Azərbaycanın mütərəqqi insanlarını onun ətrafında birləşdirdi. Prezident, YAP Sədri cənab İlham Əliyev  partiyanın VII qurultayında səsləndirdiyi fikirləri ilə bu gün ölkəmizin həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyasının yaradılmasını şərtləndirən amilləri diqqətə çatdırdı. Partiyanın nüfuz qazanmasında tutduğu yola sadiqliyi, sözlə əməl birliyi ilə yanaşı, Ümummilli Liderin şəxsi nüfuzu əhəmiyyətli rol oynadı. Tarixi Azərbaycanın müstəqilliyinin bərpası tarixi ilə üst-üstə düşən Yeni Azərbaycan Partiyası 32 ildə şərəfli yol keçib. YAP daim monolitliyini qoruyan partiya kimi diqqətdə olub.

Son dörd ildə tarixi Zəfərimizin  reallıqlarından bəhs edirik. 44 günlük İkinci Qarabağ müharibəsində şanlı Zəfərimiz və ötən il Qarabağda lokalxarakterli antiterror əməliyyatı birliyimizin, həmrəyliyimizin dünyaya təqdimatı oldu. Bu birlik sayəsində 44 gündə necə torpaqlarımızı işğaldan azad etdiksə, hazırda bu torpaqlarda genişmiqyası bərpa-quruculuq işlərini də davam etdiririk. Yeni dövrün bütün məsələlərini özündə ehtiva edən Yeni Azərbaycan Partiyasının yeni Proqramında da postmünaqişə dövrünün reallıqları öz əksini tapıb. Partiyanın “Yeni Azərbaycan uğrunda” devizini “Biz birlikdə güclüyük!” əvəzlədi. Böyük Qayıdış proqramının uğurlu icrasına dəstək partyanın Proqramında xüsusi yer alıb. 2030-cu ilədək dövr üçün ölkəmizin sosial-iqtisadi inkişafına dair Milli Prioritetlərin Prezident cənab İlham Əliyevin Sərəncamı ilə təsdiqlənməsi, Fərmanı əsasında iqtisadi rayonların bölgüsünün yenidən aparılması bu ərazilərimizin inkişaf etdirilməsində hüquqi bazadır. İşğaldan azad edilmiş torpaqlarda bərpa və quruculuq işlərini həyata keçirmək, soydaşlarımızın tam şəkildə  Böyük Qayıdışını təmin etmək üçün bütün imkanlarımız mövcuddur. Reallıq budur ki, ölkə Prezidenti  İlham Əliyev yeni dövrün tələblərinə uyğun olaraq idarəçilik sistemini təkmilləşdirir. Bu mənada Azərbaycanın inkişaf modeli nümunə göstərilir. İqtisadi və siyasi islahatların vəhdətliyinin qorunması fonunda  Azərbaycanın hərtərəfli inkişafına yönələn kompleks tədbirlər həyata keçirilir. Aparılan kompleks islahatlar ölkəmizə dünyada ən islahatçı ölkə imicini qazandırıb. Bu islahatlar prosesində Yeni Azərbaycan Partiyasının fəal iştirakı göz qabağındadır. Bütün hallarda əsas hədəf Azərbaycanı daha qüdrətli, güclü görmək, xalqın yüksək rifahını təmin etməkdir.

Pünhan İsbəndiyarlı-Zərdab rayon Dəli Quşçu kənd sakini, fəal gənc

 

 

Cənubi Qafqazın ən böyük siyasi partiyası

Bu gün ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyasının keçdiyi inkişaf yolu barədə aydın təsəvvür yaradır. Ulu Öndər Heydər Əliyev cəmiyyətimizin aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasını qısa zamanda inkişaf etdirdi, özünün dediyi kimi “dünənin, bu günün və sabahın partiyası” səviyyəsinə yüksəltdi. Cənab Prezidentimiz İlham Əliyev müstəqil Azərbaycanın getdikcə inkişaf etməsində, beynəlxalq aləmə inteqrasiya olunmasında və reytinqinin artmasında Yeni Azərbaycan Partiyasının yaradıcısı, Ulu Öndər Heydər Əliyevin gərgin fəaliyyətindən söz açaraq demişdir: “1992-ci ildə Yeni Azərbaycan Partiyasının yaradılması tarixi hadisə idi. Çünki hamımız yaxşı xatırlayırıq ki, müstəqilliyimizin ilk illəri ölkəmiz üçün çox ağır keçmişdir. O vaxtkı iqtidar ölkəni uçuruma aparırdı. Səriştəsiz, bacarıqsız, biliksiz insanlar, demək olar ki, Azərbaycanın dövlət müstəqilliyinə böyük zərbə vurmuşdular. Ona görə Heydər Əliyevin ətrafında birləşən insanlar, ilk növbədə, çox böyük cəsarətgöstərmişlər. Çünki o vaxtkı iqtidar imkan vermədi ki, hətta partiyanın təsis qurultayı Bakıda keçirilsin. Digər tərəfdən, onlarda olan vətən sevgisi onların bu hərəkətlərini şərtləndirdi.

2021-ci ilin 5 mart tarixində keçirilən Yeni Azərbaycan Partiyasının VII qurultayı əlamətdar tarixi hadisə, Zəfərimizin yaratdığı reallıqlara uyğun olaraq atılan addım kimi dəyərləndirildi. Qurultayda ölkə həyatının bütün istiqamətlərində, o cümlədən YAP-ın qarşısında dayanan vəzifələr diqqətə çatdırılmışdır. Prezidentimiz, partiyamızın Sədri cənab İlham Əliyevin vurğuladığı kimi, YAP nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır. Partiyamızın böyük ənənələri var: “Həyat dəyişir, zəmanə dəyişir. Bir daha demək istəyirəm ki, biz ən müasir təcrübəni Azərbaycanda bütün sahələrdə tətbiq etməliyik, o cümlədən siyasi islahatlar sahəsində. Əminəm ki, partiyanın rəhbər orqanlarında təmsil olunan üzvləri fəal olacaqlar, partiyamızın fəaliyyətində öz rolunu oynayacaqlar, ümumi işimizə öz töhfəsini verəcəklər ki, partiyamız bundan sonra da ölkəmizin aparıcı siyasi qüvvəsi olaraq qalsın.”
VII qurultayda qəbul olunmuş qərarlar hakim partiyanın “iqtidar-xalq” modelinin real işə düşdüyünü, milli həmrəyliyin yeni inkişaf mərhələsinin başlandığını nümayiş etdirdi və eyni zamanda partiyanın fəaliyyətində keyfiyyət etibarı ilə əhəmiyyətli dəyişikliklərə səbəb oldu. Bütün bunlar xalqımızın Ümummilli Lideri Heydər Əliyevin müəyyən etdiyi strateji inkişaf kursu, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasətin uğurları sayəsində bu gün tarixinin ən qüdrətli dövrünü yaşayan ölkəmizin energetika sektorunda əldə etdiyi nəticələrin yalnız müəyyən bir hissəsidir.
Əlihüseyn Rəsullu- Hüseynxanlı kənd sakini, fəal gənc

 

 

İdeoloji təşviqat

Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısındakı xidmətlərindən danışarkən, ilk növbədə, Ümummilli Liderin banisi olduğu azərbaycançılıq ideologiyasını qeyd etməliyik. Çünki müasir tariximizlə yaxından maraqlanan hər bir kəs yaxşı bilir ki, son üç onillik ərzində ölkəmiz məhz Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu azərbaycançılıq ideologiyası əsasında inkişaf edərək öz müstəqilliyinin dönməzliyini təmin edib. Tarixdən bəlli olduğu kimi, Ulu Öndər Heydər Əliyev 1993-cü ilin yayında xalqın təkidli tələbi ilə ikinci dəfə Azərbaycanın siyasi rəhbərliyinə gələndə respublikamızda vəziyyət çox ağır idi. İqtisadiyyat dağılmışdı. İşğalçı Ermənistanın respublikamızın ağır vəziyyətindən sui-istifadə edərək beynəlxalq birlik tərəfindən tanınan ərazilərimizin 20 faizini işğal etməsi böyük qaçqınlar ordusunun yaranması ilə nəticələnmişdi. Ən ağrılı məqam isə ondan ibarət idi ki, ölkənin belə çətin sosial-iqtisadi problemlər məngənəsində sıxıldığı, xarici təcavüzlə üzləşdiyi bir vaxtda cəmiyyətdə qarşıdurmalar getdikcə daha geniş vüsət alırdı. Ölkə vətəndaş müharibəsi astanasında idi və XX yüzilllikdə ikinci dəfə qazandığımız müstəqilliyin itirilməsi təhlükəsi tam real idi. Belə vəziyyətdə müstəqilliyimizi, xalqımızı, ölkənin bütün vətəndaşlarını vahid ideoloji əsaslar ətrafında birləşdirməklə xilas etmək mümkün idi və bunu müdrik dövlət xadimi Heydər Əliyev məharətlə bacardı. Ümummilli Lider Heydər Əliyevin təməlini qoyduğu azərbaycançılıq ideologiyası cəmiyyətin bütün sosial təbəqələrini, dini-etnik mənsubiyyətindən asılı olmayaraq, bütün vətəndaşları vahid amal uğrunda birləşdirən və səfərbər edən güclü platforma idi.

Müdrik dövlət xadimi Ümummilli Lider Heydər Əliyev azərbaycançılıq ideologiyası vasitəsilə cəmiyyətimizin istəyini, maraqlarını ölkənin, dövlətimizin inkişafına, müstəqilliyimizin möhkəmlənməsinə istiqamətləndirdi. Ulu Öndər Heydər Əliyev Dünya Azərbaycanlılarının I Qurultayındakı nitqində milli mənsubiyyəti ilə qürur duyduğunu fəxrlə nəzərə çatdıraraq vurğulamışdı: “Öz ürəyimdən gələn fikirləri bir daha bildirmək istəyirəm ki, hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. Həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, Mən azərbaycanlıyam. Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı – Azərbaycanın dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq”. 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev ilk olaraq ölkədə sabitliyin yaranmasına nail olmuşdur. Çünki sabitliyin yaranması respublikamızın inkişaf etdirilməsi, dövlət quruculuğu sahəsindəki islahatların həyata keçirilməsi, Azərbaycanın beynəlxalq aləmə inteqrasiyası üçün olduqca vacib idi. Beləliklə, yenidən hakimiyyətə gələndən sonra qısa zaman kəsiyində vətəndaş qarşıdurmasının, hərc-mərcliyin qarşısını məharətlə alan, ölkəmizədə sabitliyin yaranmasına nail olan Ulu Öndərin rəhbərliyi ilə Azərbaycan tarixində yeni dövr başladı. Daha dəqiq desək, Ulu Öndər Heydər Əliyevin gərgin və əvəzolunmaz fəaliyyəti nəticəsində ölkəmizdə siyasi sabitlik bərqərar oldu, atəşkəs əldə edildi, irimiqyaslı iqtisadi islahatlara start verildi. Bunun nəticəsində ölkədə maliyyə vəziyyəti sabitləşdi, iqtisadiyyata cəlb olunan investisiyaların həcmi ildən-ilə artdı, xalqın həyat səviyyəsi yaxşılaşmağa başladı. Ümummillli Liderimizin uzaqgörən və qətiyyətli siyasəti nəticəsində 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi” kimi tarixi ad almış ilk neft müqaviləsi imzalandı. Bununla da müstəqil Azərbaycanda yeni neft strategiyasının əsası qoyuldu. Məhz Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu neft strategiyasının uğurla reallaşdırılması nəticəsində ölkəmizin iqtisadi qüdrəti və maliyyə imkanları artdı ki, bu da Azərbaycana digər sahələrdə islahatların həyata keçirilməsinə, o cümlədən ordu quruculuğu sahəsində fundamental addımlar atılmasına imkan yaratdı. Azərbaycanın siyasi və iqtisadi istiqamətlərdə dünyanın aparıcı ölkələri ilə əlaqələri təmin edildi, ölkəmizin geosiyasi və tarixi şəraitə uyğun siyasəti müəyyənləşdirildi.

Rasim Hüseynov-Zərdab rayonu Hüseynxanlı kəndi, Zərdab RİH yanında fəaliyyət göstərən ictimai nəzarət şurasının sədri

 

 

Müstəqilliyin tarixində mühüm hadisə

Ümummilli liderimiz Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyası ötən illər ərzində böyük inkişaf yolu keçib. Partiyanın yaranma tarixi, o dövrdə baş verən proseslər, məşhur “91-lər”in ulu öndər Heydər Əliyevə müraciəti müstəqilliyimizin ilk illərinin ən yaddaqalan hadisələri sırasındadır. Həmin dövrdə xalq ağır vəziyyətə düşmüşdü və ən başlıcası mənəvi cəhətdən sarsılmışdı. Beləliklə, hakimiyyətə qarşı ümumxalq narazılığı yaranmışdı və insanlar mitinqlər, etiraz aksiyaları keçirməklə hakimiyyətə etirazlarını bildirirdilər. Ümumxalq narazılığı fonunda 1992-ci ildə respublikada hakimiyyətə gələn AXC-Müsavat cütlüyü dağıdıcı proseslərin qarşısını nəinki almadı, əksinə hərc-mərclik daha da artdı, Ermənistanın hərbi  təcavüzü daha da sürətləndi. Çox qısa zamanda xalq AXC-Müsavat hakimiyyətinin idarəçiliyi bacarmadığının şahidi oldu. Bu hakimiyyətin faciəsi onda idi ki,  bacarıqlı, peşəkar  insanları da vəzifədən kənarlaşdırırdı. Beləliklə, o vaxtkı hakimiyyətin yarıtmaz siyasəti nəticəsində ölkəmiz uçuruma doğru sürüklənirdi, Azərbaycan məhv olmaq təhlükəsi ilə üz-üzə qalmışdı. Azərbaycanı belə bir ağır vəziyyətdən xalqımızın ləyaqətli oğlu Ulu öndər Heydər Əliyev kimi böyük dövlət xadimi, bütün dünyada tanınmış bir şəxsiyyət  xilas edə bilər. Respublikanın bütün əhalisi Ulu Öndərin hakimiyyətə gəlməsini istəyirdi. Amma hakimiyyət hər vəchlə buna mane olurdu

Belə olan təqdirdə, cəmiyyətin öndə gedən bir qrup ziyalısı 16 oktyabr 1992-ci ildə “Səs” qəzeti vasitəsilə ulu öndər Heydər Əliyevə müraciət etdi. “91-lər”-in fəaliyyəti kimi tariximizə düşən bu hadisə çox önəmlidir. Çünki bu ziyalılar görürdülər ki, ölkədə separatçılıq baş alıb gedir, qanunsuz silahlı dəstələr insanlar üçün böyük təhlükəyə çevrilir, əhalinin həyat səviyyəsi də sürətlə aşağı düşür. Yəni, sözün əsl mənasında Vətən əldən gedirdi. Belə bir şəraitdə 91 ziyalı ulu öndər Heydər Əliyevə yeni bir partiyanın yaradılması və həmin partiyaya rəhbərlik etməsi ilə bağlı müraciət etdi. Partiyanın yaradılmasında məqsəd demokratik yolla hakimiyyətə gəlib vətəni xilas etmək idi. Beləliklə, bütün çətinliklərə rəğmən 21 noyabr 1992-ci ildə Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi. Ulu öndər Heydər Əliyev partiyanın Sədri seçildi, eləcə də YAP-ın Proqram və Nizamnaməsi qəbul olundu, partiyanın rəhbər orqanları formalaşdı. Bundan sonra isə respublikada təşkilatlanma prosesi başlandı. Artıq 32 illik fəaliyyət dövrü ərzində partiyamız böyük inkişaf yolu keçib. YAP öz ətrafında ulu öndər Heydər Əliyev ideyalarına bağlı olan yüz minlərlə insanı birləşdirib. Partiyamızın Sədri, Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin sərkərdəliyi ilə 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarımız işğaldan azad olundu. Bu baxımdan YAP-ın VII Qurultayının keçirilməsi və qurultayda qəbul olunan qərarlar partiyanın həyatında yeni bir mərhələnin əsasını qoydu.

Nağıyev Abbas –Zərdab rayon Dəli Quşçu kənd sakini, ağsaqqal

 

 

Partiyadaxili struktur islahatlar və təşkilati məsələlər

Yeni Azərbaycan Partiyasının 2021-ci il 5 mart tarixində keçirilmiş VII Qurultayından üç il ötür. Partiyanın VII Qurultayı ölkəmizin ictimai-siyasi həyatında önəmli hadisə idi. Çünki Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır. Bu səbəbdən YAP-ın VII Qurultayı partiyanın tarixində yeni inkişaf mərhələsinin başlanğıcı kimi dəyərləndirilir. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə yaradılmış Yeni Azərbaycan Partiyasının fəaliyyəti yarandığı gündən ölkədə siyasi sabitliyin təmin olunmasına xidmət etmişdir. Yeni Azərbaycan Partiyasının VII Qurultayının keçirilməsi Prezident İlham Əliyevin islahatlar siyasətinin davamıdır. 2020-ci ildə İkinci Qarabağ müharibəsində əldə olunmuş qalibiyyətdən sonra yaranmış yeni reallıq siyasi islahatların dərinləşməsi üçün zəmin yaratmşdır. Yaranmış yeni reallıqlar hakim partiyada islahatların aparılması və yeni fəaliyyət prioritetlərinin müəyyən olunmasının zəruriliyini müəyyən etmişdir. Tam əminliklə demək olar ki, YAP ölkənin vətənpərvər, intellektual ehtiyatı olan yeni gənc nəsil nümayəndələrini özündə birləşdirən siyasi partiyadır. Vətənə sevgi, düşmənə nifrət hissi ilə yetişən gənc nəsil torpaqlarımızı işğalçılardan azad etdi. Ölkədə həmrəylik və demokratiya mühitinin qorunması siyasətinin reallaşmasında iqtidar partiyasının aparıcı rolu danılmazdır. Ölkədə reallaşan siyasi dialoq YAP-ın prioritet fəaliyyət istiqamətlərindən biridir. Siyasi partiyaların fəaliyyəti, demokratiyanın inkişafı, iqtisadi azadlıqların bərqərar olması, ölkəmizin güclənməsi qarşımızda duran vacib məsələlərdir. Ölkəmizdə aparılan siyasi dialoq demokratik ənənələrin dərinləşməsi və siyasi sistemin təkmilləşməsi üçün böyük əhəmiyyət daşıyır.

VII Qurultayda YAP-ın yeni Nizamnaməsi təsdiq olundu. Yeni Nizamnaməyə əsasən, Qurultay Partiyanın Sədri, İdarə Heyəti və Təftiş Komissiyası partiyanın orqanları qismində müəyyən edilmişdir. Partiya Sədrinin birinci müavini vəzifəsi təsis edilmiş, həmçinin Partiyanın strukturuna Veteranlar Şurasının, Gənclər Birliyinin, Mərkəzi Aparatın, yerli təşkilatların və onların aparatlarının daxil olduğu təsbit edilmişdir. VII Qurultayda İdarə Heyəti, Təftiş Komissiyası və Veteranlar Şurasının say tərkibi müəyyən edilmiş, İdarə Heyəti və Təftiş Komissiyasının üzvləri, Veteranlar Şurasının üzvləri, sədri və sədr müavini seçilmişdir. Qurultayda Partiyanın yeni Proqramının hazırlanması və qəbulu barədə qərar qəbul olunması ilə Partiyanın daha təkmil idarəetmə formasını müəyyən etdi. YAP-ın Proqramda  Ulu öndər Heydər Əliyev irsinin təbliği və təşviqi, güclü iqtisadiyyat və davamlı inkişaf, inklüziv cəmiyyət, ədalətli sosial təminat və insan kapitalının inkişafı, şəffaflığın artırılması, Vətəndaş cəmiyyətinin inkişafı, Azərbaycan dili və dünya azərbaycanlılarının həmrəyliyi, mədəni irsin və milli-mənəvi dəyərlərin qorunması, Vətəndaş həmrəyliyinin təminatı, milli maraqlar və xarici siyasət, ordu quruculuğu, işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış olmaqla partiyanın fəaliyyətinin növbəti strateji hədəfləri müəyyən edildi. Bütün bunlar sübut edir ki, Yeni Azərbaycan Partiyası qarşıda duran məqsədlərə yol açan dünənin, bu günün və gələcəyin partiyasıdır.

Emil Kamilov – “Rayon Mərkəzi Xəstəxanası” PHŞ direktoru


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki