image-qanunla-reklam
image-vaz-qeza

Sürücülük hüququ olmayan şəxs qəza törətdi: ölən var

image-lady-day-az

Şəmkir rayonunun Yeni Həyat kəndində ölümlə nəticələn yol qəzası olub.

Qanunla.Az xəbər verir ki, 2007-ci il təvəllüdlü Ayxan Amasovun idarə etdiyi VAZ 21012 markalı avtomobil Şəmkir rayonu istiqamətinə hərəkətdə olarkən idarəetmədən çıxaraq aşıb.

Nəticədə avtomobildə olan sürücü Ayxan Amasov və sərnişin 2009-cu il təvəllüdlü Turxan İlham oğlu Alıyev xəsarət alıb, digər sərnişin 1998-ci il təvəllüdlü Orxan İlham oğlu Alıyev aldığı xəsarətlərdən Şəmkir rayon Mərkəzi Xəstəxanasında ölüb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki