image-qanunla-reklam
image-1707816610-17078158505109111547_1200x630

Suraxanıda saxlanılan şəxsdən narkotik vasitə aşkarlandı

image-lady-day-az

Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyat zamanı Yeni Günəşli qəsəbəsində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 1993-cü il təvəllüdlü Sabir Əhmədli saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Qanunla.Az-a verilən məlumata görə, saxlanılan şəxsin üzərindən 3 kiloqram 60 qram narkotik vasitə – marixuana aşkar edilib.

Saxlanılan şəxs ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilən narkotikləri ayrı-ayrı ünvanlara çatdırıb pul qazanmaq məqsədilə əldə etdiyini bildirib.

S.Əhmədli barəsində araşdırmalar davam etdirilir.

Bundan başqa, Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin əməkdaşları tərəfindən son günlər aparılan profilaktik tədbirlər zamanı daha 2 ədəd müvafiq sənədləri olmayan silah vətəndaşlar tərəfindən könüllü olaraq polisə təhvil verilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki