Azərbaycan Demokratlar Partiyasının ləğv ediləcəyi gözlənilir.
Bu barədə Qanunla.az-a açıqlama verən Partiyanın sədri Sülhəddin Əkbər belə deyib: “Bizim 5 min üzvümüz olmadığına görə, ümumiyyətlə, Ədliyyə Nazirliyinə müraciət etməmişik. Qanunauyğun olaraq necə hərəkət edəcəklər, bilmirəm. Hələlik bizə heç bir məlumat verməyiblər”.