image-qanunla-reklam
image-433972442_978623033617475_4049425841603973981_n

Son illər ərzində əsas infrastruktur layihələri icra edilmişdir

image-lady-day-az

Son illər ərzində əsas infrastruktur layihələri icra edilmişdir.

Hər bir ölkənin inkişafında iqtisadi tərəqqi əsasdır. Ulu öndər Heydər Əliyevin qeyd etdiyi kimi, iqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir. İqtisadi tərəqqi güclü sosial siyasətlə tamamlandıqda bu ölkədə vətəndaş məmnunluğunun artırılmasına yol açır ki, bu da öz növbəsində xalq-iqtidar birliyini daha da möhkəmləndirir, sarsılmaz edir.

Cənab Prezident İlham Əliyev cari ilin 16 aprel tarixində yenidən qurulacaq Şirvan suvarma kanalının təməlqoyma mərasimində çıxışında bir sıra məsələlərə toxunaraq ölkəmizdə davamlı olan sosial-iqtisadi inkişafdan bəhs etmişdir. Ölkə prezidenti çıxışında  Son illər ərzində əsas infrastruktur layihələrinin icra edildiyini, Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etmək, insanların rifah halını yaxşılaşdırmaq, xüsusilə bölgələrdə yaşayan insanların məşğulluğu üçün şərait yaratmaq olduğunu vurğulamışdır.

Azərbaycanda həyata keçirilmiş infrastruktur layihələri ölkəmizi tamamilə yeni bir səviyyəyə qaldırmışdır. Elektrik enerjisi, avtomobil yolları, dəmir yolları, su kəmərləri, içməli su layihələri, o cümlədən suvarma ilə bağlı olan layihələr artıq öz səmərəsini göstərir.

Ölkəmizdə yaşanan yeni uğur və nailiyyətlərin səbəbi məhz güclü dövlət büdcəsinin olmasıdır. İqtisadiyyatın aynası, davamlı inkişafın barometri kimi dəyərləndirilən  dövlət  büdcənin real göstəriciləri və artım səviyyəsi də hər bir  dövlətdə təkcə vətəndaşların yaşayış səviyyəsini deyil, ümumilikdə hökumətin fəaliyyətinin səmərəliliyini,  faydalı iş əmsalını dəyərləndirməyə imkan verir:  Cənab Prezident İlham Əliyev daim bu məqsədi qarşıya qoyur ki, qarşıdakı ilin dövlət büdcəsi arxada qalan ilin dövlət büdcəsindən kəmiyyət və keyfiyyət baxımından üstün olmalıdır. Digər illərdə olduğu kimi, cari ildə də  ölkəmizin  davamlı iqtisadi inkişafı, idarəetmə sistemində təkmilləşmə, enerji layihələrinin  icrasının sürətləndirilməsi  və sair kimi mühüm amillər  dövlət büdcəsində yer alan makroiqtisadi göstəricilərə öz müsbət təsirini göstərir.

Ulduz Qədirli – Zərdab rayonu Körpükənd kənd tam orta məktəbinin müəllimi

 

 

Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsi hökumətin önəmli təşəbbüsüdür.

Cənab Prezident İlham Əliyev aprelin 16-da Hacıqabul rayonunda yenidən qurulacaq Şirvan suvarma kanalının təməlqoyma mərasimindəki çıxışında Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsi barədə danışıb. Hazırda Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsi üzərində işin aparıldığını bildirən dövlət başçısı deyib: “Bu layihə həyata keçiriləndən sonra biz Xəzər dənizinin suyundan da həm suvarma üçün, həm içməli su kimi istifadə edəcəyik. Dünyanın bir neçə ölkəsi duzsuzlaşdırma sahəsində böyük təcrübəyə malikdir və bizim də Xəzər dənizi kimi böyük su hövzəmiz var. Təbii ki, biz bu imkandan da istifadə edəcəyik.

Ölkə başçısı çıxışında, Azərbaycanda həyata keçirilmiş infrastruktur layihələrindən, davamlı inkişafın göstəricilərindən, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur torpaqlarında həyata keçirilən tədbirlərdən bəhs etmiş, suya qənaətin hər birimizin işi olduğunu vurğulamışdır.

Rəşad İsmayılov – Zərdab rayonu Salahlı kənd ümumi orta məktəbinin direktoru

 

 

Qarabağ kanalının inşası gələn il başlayır.

Son illər respublikamızda uğurla həyata keçirilən layihələr içərisində içməli su və suvarma suyu layihələrinin xüsusi yeri vardır. Məhdud su ehtiyatlarına malik ölkəmizdə bu istiqamətdə aparılan işlər  xüsusi önəm daşıyır. Ölkə başçısı cənab Prezident İlham Əliyev bu sahənin inkişafını diqqət mərkəzində saxlayır.

Dövlətimizin başçısı 16 aprel tarixində yenidən qurulacaq Şirvan suvarma kanalının təməlqoyma mərasimində çıxışında demişdir: “Son illər ərzində Azərbaycanda həyata keçirilən infrastruktur layihələri arasında Şirvan suvarma kanalının xüsusi əhəmiyyəti vardır. Yuxarı Şirvan suvarma kanalı uzun illərdir fəaliyyət göstərir. Kanal torpaq məcralıdır və illər keçdikcə kanalın böyük hissəsi sıradan çıxmışdır. İtkilərə və su sızmalarına görə ətraf torpaq sahələri şoranlaşmış, əkin üçün yararsız vəziyyətə düşmüşdür. Qarabağ kanalının inşası gələn il başlayır. Qarabağ kanalı 115 min hektarı əhatə edəcəkdir. Orada əhatə olunan rayonların sayı 9-a bərabərdir.”

Ölkəmizin ən böyük magistral suvarma kanalı olan Yuxarı Qarabağ kanalının 65-dən çox yaşı var.  Yenidən qurulacaq kanal artıq Qarabağ kanalı adlandırılacaq. Kanal Araz çayı üzərindəki Bəhrəmtəpə hidroqovşağına əlavə su ötürməklə müvafiq əkin sahələrinin su təminatına dəstək verir.  Başqa sözlə,  Qarabağ kanalı  ölkəmizdə su təminatının mühüm həlqələrindən  biridir. Yüksək su itkilərinin qarşısının alınması, suvarma suyu ilə təminatda yaranan çatışmazlıqların aradan qaldırılması, həmçinin torpaqların meliorativ və ətraf ərazilərin ekoloji vəziyyətinin yaxşılaşdırılması üçün Qarabağ suvarma kanalının yenidən qurulması  bir tələbat kimi gündəmə gəlmişdir. Şirvan suvarma kanalının təməlqoyma mərasimində Prezident İlham Əliyevin qeyd etmişdir ki, “Bu layihə bir daha onu göstərir ki, Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etmək, insanların rifah halını yaxşılaşdırmaq, xüsusilə bölgələrdə yaşayan insanların məşğulluğu üçün şərait yaratmaqdır. Son illər ərzində əsas infrastruktur layihələri icra edilmişdir. Azərbaycanda həyata keçirilmiş infrastruktur layihələri ölkəmizi tamamilə yeni bir səviyyəyə qaldırmışdır. Elektrik enerjisi, avtomobil yolları, dəmir yolları, su kəmərləri, içməli su layihələri, o cümlədən suvarma ilə bağlı olan layihələr artıq öz səmərəsini göstərir”.

Marusa Qasımova – Zərdab rayonu Xasa kənd ümumi orta məktəbinin direktoru 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki