image-qanunla-reklam
image-1777113315_afef159f9c22bc3010b08dca017262bc

SOCAR Ukraynada uzun illərdir ki, uğurla fəaliyyət göstərir

image-lady-day-az

SOCAR Ukraynada uzun illərdir ki, uğurla fəaliyyət göstərir.

 

Cənubi Qafqaz ilə Şərqi Avropa arasında körpü rolunu oynayan Azərbaycan–Ukrayna münasibətləri son illərdə həm regional, həm də qlobal geosiyasi dəyişikliklər fonunda daha da aktuallaşıb. Ölkə rəhbəri İlham Əliyev və Volodimir Zelenski arasında müntəzəm təmaslar, qarşılıqlı səfərlər və beynəlxalq platformalarda aparılan dialoq iki ölkə arasında strateji tərəfdaşlığın yalnız formal sənədlərlə məhdudlaşmadığını, real siyasi iradə və ortaq maraqlar üzərində qurulduğunu göstərir. Müzakirə olunan məsələlər arasında siyasi dialoqdan başqa, xüsusilə energetika sahəsində əməkdaşlığı qeyd etmək istərdim. Burada həm əldə edilmiş nailiyyətlər var, – SOCAR Ukraynada uzun illərdir ki, uğurla fəaliyyət göstərir, – eyni zamanda, çox gözəl perspektivlər, birgə layihələr var. Birgə təşəbbüslər, o cümlədən sərmayə qoyuluşu ilə bağlı məsələlər bu gün ətraflı müzakirə edilmişdir. Təbii ki, ticarət dövriyyəsinin bundan sonra da artırılması məsələləri də gündəliyin mərkəzindədir. Bizim ticarət dövriyyəmiz yarım milyard dolları ötüb. Amma ümid edirəm ki, növbəti illərdə bu rəqəm daha da böyüyəcək. Çünki buna da böyük imkanlar var. Azərbaycan ilə Ukrayna arasında münasibətlərin təkcə cari əməkdaşlıqla deyil, uzun illərə söykənən siyasi-hüquqi baza ilə möhkəmləndiyini vurğulaması oldu. 2008-ci ildə Kiyevdə və 2011-ci ildə Bakıda imzalanmış strateji tərəfdaşlığa dair sənədlər bu əlaqələrin fundamental əsasını təşkil edir. Bu sənədlərdə ərazi bütövlüyü, suverenlik və sərhədlərin toxunulmazlığı prinsiplərinin əks olunması, əslində, iki dövlətin beynəlxalq hüququn norma və prinsiplərinə sadiqliyinin ifadəsidir. Azərbaycanın və Ukraynanın beynəlxalq platformalarda qarşılıqlı dəstəyi bu münasibətlərin formal diplomatik çərçivədən kənara çıxaraq prinsipial tərəfdaşlıq səviyyəsinə yüksəldiyini təsdiqləyir. Dövlət başçısının çıxışında xüsusi vurğulanan istiqamətlərdən biri siyasi dialoqla yanaşı, iqtisadi və enerji əməkdaşlığının geniş perspektivləridir. Xüsusilə SOCAR-ın Ukraynada uzun illər uğurlu fəaliyyəti bu əməkdaşlığın praktik nəticələrini nümayiş etdirən mühüm amildir. Energetika sahəsində əldə olunmuş nailiyyətlər, sərmayə qoyuluşu imkanları, birgə təşəbbüslər və yeni layihələr göstərir ki, iqtisadi əməkdaşlıq daha böyük potensiala malikdir. Ticarət dövriyyəsinin yarım milyard dolları ötməsi isə iqtisadi münasibətlərin genişlənən dinamikasını göstərən mühüm göstəricidir. Prezident İlham Əliyevin bu rəqəmin gələcəkdə daha da artacağına dair ifadə etdiyi əminlik mövcud imkanların reallığa çevriləcəyinə inamı əks etdirir. Siyasi dialoqun intensivliyi, iqtisadi və enerji əməkdaşlığının genişlənməsi, hərbi-texniki sahədə perspektivlərin açılması və beynəlxalq hüququn prinsiplərinə ortaq sadiqlik bu münasibətləri daha da gücləndirən əsas amillərdir. Prezident İlham Əliyevin vurğuladığı kimi, bu səfər Azərbaycan–Ukrayna dostluq əlaqələrinin inkişafına növbəti mühüm töhfə olmaqla yanaşı, gələcək əməkdaşlıq üçün də yeni üfüqlər açır”.

 

Zərdab rayon Nizami Gəncəvi adına Şəftəhal kənd tam orta ümumtəhsil məktəbin müəllimi  Bünyatova Alidə Eldar qızı


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki