image-qanunla-reklam
image-slovak-4

Slovakiya-Azərbaycan əlaqələrinin tarixində əlamətdar gün

image-lady-day-az

Slovakiya-Azərbaycan əlaqələrinin tarixində əlamətdar gün.

Cənab Prezident İlham Əliyevin cari ilin 7 may tarixində Slovakiya Respublikasının Baş naziri Robert Fitsonun Azərbaycana rəsmi səfəri ilə əlaqədar mətbuata  bəyanat vermişdir. Bəyanatın nəticəsində bir çox sahələr üzrə aparılacaq işlərdə önəmli razılıq əldə olunduğunun şahidi olduq. Azərbaycan və Slovakiya arasında olan dostluq əlaqələri həm ölkələrimiz üçün, həm Avrasiya qitəsi üçün çox böyük önəm daşıyır.

“Slovakiya-Azərbaycan əlaqələrinin tarixində əlamətdar gün. Slovakiya-Azərbaycan əlaqələrində yeni səhifə açılır. Səfər çərçivəsində strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalanmışdır. Bu, çox ciddi siyasi sənəddir və əlaqələrimizi ən yüksək səviyyəyə qaldıran sənəddir. Strateji tərəfdaşlıq Bəyannaməsində əks olunan maddələr bizim niyyətimizi əks etdirir, eyni zamanda, gələcək əməkdaşlığın perspektivlərini də müəyyən edir”. Bu fikirləri cənab Prezident bəyanatında xüsusi olaraq vurğulamışdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Slovakiya Respublikasının Baş naziri Robert Fitsonun iştirakı ilə bir sıra sahədə Azərbaycan-Slovakiya sənədləri imzalanmışdır. Bunlar “Azərbaycan Respublikası ilə Slovakiya Respublikası arasında strateji tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyannamə”; “Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi ilə Slovakiya Respublikasının Müdafiə Nazirliyi arasında hərbi-texniki əməkdaşlıq sahəsində Anlaşma Memorandumu” və “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Slovakiya Respublikasının Müdafiə Nazirliyi arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş”dir.

Marusa Qasımova – Zərdab rayonu Xasa kənd ümumi orta məktəbinin direktoru

 

 

Avropa İttifaqı ilə Azərbaycan arasında qaz və enerji sahəsində imzalanmış strateji tərəfdaşlıq Bəyannaməsi icra edilir.

Azərbaycan Respublikası cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə iqtisadiyyatın müxtəlif sahələrində çox ciddi uğurlar əldə etmişdir. Ölkəmiz iqtisadi göstəricilər üzrə bir çox nüfuzlu dövlətləri qabaqlamışdır. Azərbaycan xarici investisiyalar üçün cəlbedici və çoxşaxəli enerji əməkdaşlığı üçün böyük imkanlara malik ölkə kimi dəyərləndirilib.

Azərbaycan və Avropa ölkələri arasında energetika sahəsində əməkdaşlıq imkanları daim genişləndirilir. Azərbaycan hər zaman bərpa olunan enerji mənbələrinin istifadəsində maraqlı olmuş, bu sahədə çox ciddi addımlar atmışdır. Digər tərəfdən Azərbaycan zəngin neft-qaz yataqlarının istismarında, bu sahədən əldə olunan gəlirlərin qeyri-neft sektorunun inkişafına yatırılmasında maraqlıdır. Bu sahədə bir sıra ciddi tədbirlər görülmüşdür. Azərbaycan Respublikası öz enerji təhlükəsizliyini tam təmin etmişdir. İndi Azərbaycan Avropaya enerji resurslarının ixracını təmin edən əsas fiqurlardan biridir. TAP və TANAP layihəsi üzrə görülən işlər bu gün Avropanın mavi yanacaqla təmin etmişdir.

Cənab Prezident İlham Əliyevin 7 may tarixində Slovakiya Respublikasının Baş naziri Robert Fitsonun Azərbaycana rəsmi səfəri ilə əlaqədar mətbuata verdiyi bəyanatına qeyd etmşdir ki, “Azərbaycan öz təbii qazını Avropa məkanına etibarlı yollarla nəql edir. Avropaya təchizat 2021-ci ildəki 8 milyard kubmetrdən bu il 12 milyard kubmetrə qədər qalxacaq. Bu da Azərbaycanın ümumi qaz ixracının 50 faizini təşkil edir. 2027-ci ilin sonuna qədər təkcə Avropa İttifaqı məkanına 20 milyard kubmetr qazın nəql edilməsi məsələsi gündəlikdədir. Azərbaycanda qaz hasilatı artır, yeni yataqlar kəşf olunur və o yataqlarda istismar artıq başlamışdır. Eyni zamanda, genişmiqyaslı yaşıl gündəliyimiz də icra edilir və bir çox bərpaolunan külək və günəş enerjisi stansiyalarının inşa olunması qaza qənaət etmək imkanı yaradacaqdır və bu qənaət olunmuş qazın əsas ünvanı Avropa olacaqdır”.

Azərbaycanın müəllifi olduğu enerji layihələri dünyanın yeni enerji xəritəsinin yaranmasına səbəb olmuşdur. Azərbaycan bu sahədə ən funksiyalı subyekt kimi çıxış etməkdədir.

 Eşqin Məmmədov – Zərdab rayonu Əlibəyli kənd tam orta məktəbinin müəllimi


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki