“İsrail və İran arasında Yaxın Şərqdə münaqişənin daha da böyüməməsi üçün əlimizdən gələni etməliyik”.
Qanunla.Az xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron yerli KİV-ə müsahibəsində deyib.
Makron bu gün İsrailin baş naziri Binyamin Netanyahu ilə telefonla danışacağını da qeyd edib. Həmçinin, o, Fransanın bölgədəki digər ölkələrlə təmasda olduğunu bildirib.