image-qanunla-reklam
image-1712999045_1712998159810235110_1200x630

“Şərq cəbhəsində vəziyyət gərginləşib” – Baş komandan

image-lady-day-az

“Son günlər şərq cəbhəsində vəziyyət daha da gərginləşib. İşğalçılar hücumlarını gücləndirib və hücumlar üçün texnikadan istifadə edirlər”.

Qanunla.Az xəbər verir ki, bu barədə cəbhə bölgəsinə səfərindən sonra Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski teleqram kanalında yazıb.

O bildirib ki, Rusiyada keçirilən prezident seçkilərindən sonra qarşı tərəfin hücum hərəkətləri daha da güclənib.

“Düşmən Liman və Baxmut istiqamətində bizim mövqelərimizə zirehli texnikanın dəstəyilə aktiv şəkildə hücum edir. Quru hava cəbhədə zirehli texnikanın istifadəsinə şərait yaradır. Hava şəraiti açıq ərazilərin əksəriyyətini tanklar üçün əlçatan edib. Əhəmiyyətli itkilərə baxmayaraq, düşmən zirehli texnikalarda yeni birləşmələrdən istifadə etməklə səylərini artırır və bunun sayəsində vaxtaşırı taktiki uğur qazanır”, – deyə Baş Komandan vurğulayıb.

Sırski döyüş bölgəsinə gedib və müdafiənin ən problemli sahələrinin elektron müharibə, hava hücumundan müdafiə vasitələri ilə gücləndirilməsinə yönəlmiş qərarlar qəbul edilib. Bütün növ pilotsuz uçan aparatların və tank əleyhinə raketlərin ehtiyatları da artırılıb, əlavə qüvvə və vasitələrin ehtiyatı köçürülüb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki