image-qanunla-reklam
image-fhn-yangin

Şəmkirdə yaşayış evində partlayış oldu: yaralılar var

image-lady-day-az

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Şəmkir rayonunun Çaparlı kəndi ərazisində mənzildə partlayış baş verməsi barədə məlumat daxil olub.

Nazirlikdən Qanunla.Az-a bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, hər mərtəbəsi 120 kvadratmetr olmaqla ümumi sahəsi 240 kvadratmetr olan ikimərtəbəli fərdi yaşayış evində, ilkin ehtimala görə, qaz sızması nəticəsində yanğınla nəticələnməyən partlayış baş verib.

Hadisə nəticəsində partlayış dalğasının təsirindən evə ciddi ziyan dəyib və 3 nəfər xəsarət alıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki