image-qanunla-reklam
image-qeza-ashdi

Salyanda avtomobil aşdı: yaralılar var

image-lady-day-az

Salyan rayonunda yol qəzası baş verib, nəqliyyat vasitəsinin aşması nəticəsində xəsarət alanlar olub.

Qanunla.Az xəbər verir ki, hadisə ötən gün saat 22 radələrində Ələt-Astara avtomobil yolunun Kürsəngi kəndi ərazisində qeydə alınıb. Nəqliyyat vasitəsinin idarəetmədən çıxaraq aşması nəticəsində Bilal Rüstəmov və Ağa Ağamalıyev müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralılar Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki