image-qanunla-reklam
image-irevan-yeni-2

Rusiyalı deputatlar İrəvana gedir

image-lady-day-az

Rusiya parlamentarilərindən ibarət nümayəndə heyəti 2024-cü ilin mayında İrəvana səfər edəcək.

Qanunla.Az xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının Beynəlxalq əlaqələr komitəsi rəhbərinin birinci müavini Vladimir Cabarov deyib.

“Bizim erməni parlamentarilərlə normal təmaslarımız var. May ayında Ermənistana gedirik. Əməkdaşlıq etmək istəyi var və erməni deputatlar səfərlərdən imtina etmirlər. Hesab edirəm ki, parlamentarilər münasibətlərin yaxşılaşdırılmasında müsbət rol oynaya bilərlər. Qarşılıqlı iddialar və narazılıqlar var və ola bilər, lakin bunların hamısı həll olunandır”, – Cabarov bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki