image-qanunla-reklam
image-fotojet-2024-02-07t232302-592

Rusiyada zavodda güclü partlayış baş verib – VİDEO

image-lady-day-az

Rusiyanın İjevsk vilayətindəki Votkinsk zavodunda raket mühərriklərinin sınaqları zamanı güclü partlayış baş verib.

Bu barədə Zavyalovski rayonunun vahid növbətçi dispetçer xidməti məlumat verib.

“Votkinsk zavodundan müraciət daxil olub, orada raket mühərriklərini sınaqdan keçiriblər. Bu, fövqəladə hal deyil, planlaşdırılmış hadisədir”, – məlumatda bildirilir.

Qeyd olunub ki, Votkinsk zavodunun nümayəndələri yerli Fövqəladə Hallar Nazirliyinə İjevsk yaxınlığında baş verən güclü partlayışın səbəbinin bu zavodda aparılan sınaqlar olduğunu bildiriblər.

Mənbə: TASS


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki