image-qanunla-reklam
image-rus-ftx

Rusiyada terrorçularla atışma davam edir – Video

image-lady-day-az

Hazırda Rusiyanın İnquşetiya Respublikasının Karabulak şəhərində Rusiya Federal Təhlükəsizlik Xidmətinin xüsusi təyinatlıları ilə İŞİD üzvləri arasında atışma gedir.

Qanunla.Az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Ərazidə terrorla mübarizə əməliyyatı rejimi tətbiq edilib.

***

Karabulak şəhərində təhlükəsizlik qüvvələrinin terrorçulara qarşı xüsusi əməliyyatı davam edir.

Bu barədə regionun təhlükəsizlik qüvvələrindəki mənbə bildirib.

Məlumata görə, İnquşetiyada təhlükəsizlik orqanlarının əməliyyat-axtarış tədbirləri zamanı Karabulak şəhərində yaşayış binalarından birində terror cinayətləri törətmək niyyətində olan dəstələr aşkar edilib və xüsusi təyinatlılar tərəfindən qarşısı alınıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki