image-qanunla-reklam
image-xarkov-raket

Rusiya Xarkovda yanacaq məntəqəsini vurdu: 14 bina yandı

image-lady-day-az

Fevralın 10-na keçən gecə rus qoşunları Xarkova hücum edib.

Qanunla.Az xəbər verir ki, Rusiya ordusunun kamikadze pilotsuz uçuş aparatları ilə yanacaqdoldurma məntəqəsinə endirdiyi zərbə nəticəsində böyük yanğın baş verib. Yanacağın ətrafa dağılması isə yanğının 14 yaşayış binasına keçməsinə səbəb olub.

Ukrayna mediası baş verən yanğın nəticəsində üçü uşaq olmaqla 7 nəfərin öldüyünü yazıb.

Hazırda yanğınların söndürülməsi istiqamətində işlər aparılır. Qurbanların sayının arta biləcəyi bildirilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki