image-qanunla-reklam
image-putin-vladimir

Rusiya Makronun “quyruğunu” tapdayıb? – Putin

image-lady-day-az

Fransa Prezidenti Emmanuel Makronun Rusiyaya kəskin reaksiyası Afrikada baş verənlərlə bağlı ola bilər.

Qanunla.Az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin “Rossiya 1” və “RİA Novosti”yə müsahibəsində deyib.

Jurnalistin Putinə “Fransanın Moskva əleyhinə bəyanatları Rusiyanın Afrika qitəsində Fransanın “quyruğunu tapdalaması”na görə qisas ola bilərmi” sualına o, belə cavab verib:

“Rəsmi Parisin bir növ incikliyi var. Amma o (Makron – red.) və mən birbaşa əlaqə saxlayanda bu mövzuda kifayət qədər açıq danışdıq”.

Putin Rusiyanın Afrikaya qarışmadığını və Fransanı oradan sıxışdırmadığını, Afrika liderlərinin özlərinin Rusiya ilə işləmək istədiyini qeyd edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki