Ermənistan parlamenti sədrin Rusiya barədə bəyanatları ilə bağlı Rusiya Federasiya Şurasının məktubuna cavab verib.
Qanunla.Az xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan deyib.
Simonyanın sözlərinə görə, Rusiya tərəfinə hansı cavabın verildiyini bilir, amma təfərrüatı açıqlamayacaq:
“Bilirəm, amma bu barədə danışmayacağam. Bu, mənə aiddir. İfadələrimə, sözlərimə və yerində dediklərimə görə məsuliyyət daşıyıram. Nə demişəmsə, düz demişəm, təkrar etməyə də hazıram”.
Qeyd edək ki, Alen Simonyan AB ölkələrinin parlament sədrlərinin konfransında çıxışı zamanı Ermənistanın Ukraynanın, eləcə də Moldova, Gürcüstan, Kipr və bütün ölkələrin ərazi bütövlüyünü qətiyyətlə müdafiə etdiyini təsdiqlədiyini demiş, Rusiyanı işğalçı adlandırmışdı. Bundan sonra Rusiya Dövlət Duması Ermənistan parlamentinə sorğu göndərmişdi.