image-qanunla-reklam
image-opel-qeza

Qubada ağır qəza: 5 nəfər xəsarət aldı

image-lady-day-az

Qubada xəsarətlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Qanunla.Az Report-a istinadən xəbər verir ki, rayonun Xucbala kəndi ərazisində VAZ-2109 və “Opel” markalı minik avtomobilləri toqquşub.

Nəticədə 1979-cu il təvəllüdlü Elzamin Seyfulla oğlu Zülfüqarov, 1989-cu il təvəllüdlü Nurlan Cavanşir oğlu Balayev, 1985-ci il təvəllüdlü Elnur Ərəstun oğlu Əlixanov, 1954-cü il təvəllüdlü Nazif Nəriman oğlu Əliyev və 1980-cı il təvəllüdlü Qahir Asəf oğlu Süleymanov müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar Qusar Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Onların vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki