image-qanunla-reklam
image-1705595796-418ff148-1f0e-4b3b-a1f8-67c9b05457a1

Qazaxda məktəbli qızılcadan ÖLDÜ

image-lady-day-az

Qazaxda 13 yaşlı  yeniyetmə  qızılca xəstəliyindən dünyasını dəyişib.

Qanunla.Az-ın məlumatına görə, hadisə rayonun Hüseyinbəyli kəndində baş verib.

Belə ki, Şabanzadə Nəzrin Fərrux qızı qıızılca diaqnozu ilə Qazax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Yeniyetmənin vəziyyəti ağırlaşdığından Gəncəyə aparılıb. Oradan isə ailə övladını Bakıya  aparan zaman yolda dünyasını dəyişib.

Qazax Mərkəzi Rayon Xəstəxanasından bildirilib ki, Nəzrin Şabanzadə yanvarın 12-də günorta saatlarında xəstəxanaya gətirilib. Həmin vaxt vəziyyəti çox  ağır olub.

Xəstə müayinə edildikdən sonra  Gəncəyə  göndərilib. Xəstəxanadan o da bildirilib ki, hazırda da xəstəxanada  qızılca  xəstəliyinə  yoluxmanın sayında xeyli artım var.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki