image-qanunla-reklam
image-whatsapp-image-2023-08-17-at-10-21-56-900x511

Putinin savaş planı baş tutdu – Rusiya həlledici taktikaya keçdi

image-lady-day-az

“Rusiya Ukraynada təşəbbüsü ələ alır. Ukrayna Silahlı Qüvvələrinin döyüş meydanında məğlub olmasını işarə edən əlamətlər getdikcə özünü daha çox büruzə verir. Bunlardan ən əsası heç şübhəsiz, Prezident Volodimir Zelenskiyə qarşı təşkil olunan hücumların intensivləşməsidir. Cəbhədə vəziyyət Ukraynanın xeyrinə inkişaf etsəydi, Zelenski özünü daha təhlükəsiz hiss edərdi. Hazırda isə onun yaxın zamanlarda siyasi səhnədən uzaqlaşdırılacağı artıq təsdiqlənmiş kimi görünür”.

Bu fikirləri Globalinfo.az-a açıqlamasında politoloq Əlimusa İbrahimov deyib.

Onun sözlərinə görə, Qərb Kiyevin, yəni Zelenskinin, silah və maliyyə almaq istiqamətindəki tələblərini yerinə yetirməkdən imtina edir və ya sadəcə buna əvvəlki kimi imkanı çatmır:

“Son günlər Ukraynanın özündə belə, getdikcə daha çox insan Zelenskiyə qarşı çıxış edir ki, bu da onun bütün cəbhələrdə, ən başlıcası Rusiya-Ukrayna cəbhəsindəki uğursuzluğundan xəbər verir.

Əlimusa İbrahimov

Müharibənin əvvəlində Kreml hərbi münaqişənin uzanmayacağını və problemin qısa müddətdə diplomatik yolla həll ediləcəyini gözləyirdi. Lakin hadisələr proqnozlara uyğun getmədi, ABŞ və Böyük Britaniyaya tabe olan Ukrayna tərəfi əldə olunan razılaşmalara baxmayaraq, Türkiyənin gərgin diplomatik işi sayəsində təşkil etdiyi İstanbul danışıqlarında masanı tərk etdi.

Daha sonra Qərb ölkələri Ukrayna Silahlı Qüvvələrinə sursat və hərbi texnika ötürməyə başladı və bununla minlərlə Ukrayna və Rusiya hərbçisinin ölümünə şərait yaratdı. Münaqişənin bu qədər uzanmasında ABŞ və Avropanın rolu danılmazdır.

Öz silahını istehsal edə bilməyən, ABŞ, Böyük Britaniya, Polşa, Fransa, Almaniya və digər ölkələrdən külli miqdarda texnika yığan Ukrayna yayda Rusiyanın nəzarətində olan ərazilərə əks-hücum əməliyyatına başladı. Yaxın Şərqdə qızışan müharibə Ağ Evə Ukraynaya yardımı dayandırmaq üçün danılmaz səbəb verdi. Əslində geri çəkilən Amerikanın yerinə Avropa İttifaqı ölkələrinin yardımı artıracağı gözlənilir və elə Birləşmiş Ştatların istəyi də budur. Çünki Rusiyanın Ukraynanı işğal etməsi ABŞ-dan daha artıq Avropanın təhlükəsizliyini təhdid edir”.

Politoloqun fikrincə, Kiyev rejimi yavaş-yavaş uğursuzluğa düçar olur və geri çəkilir:

“Moskva bunun baş verəcəyinə əvvəldən əmin idi. Rusiya Prezidenti Vladimir Putin də dəfələrlə bəyan edib ki, Ukrayna öz silahını istehsal edə bilmir və Rusiyanı məğlub edə bilməyəcək.

Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib ki, Qərb ölkələrindən alınan silahlar Rusiya ordusunun hədəfinə çevriləcək və onlar cəbhəyə çatmamış məhv ediləcək.

Ukraine's counteroffensive against Russia in maps — latest updates

Görünür, rus texnologiyası təkcə Ukraynanın deyil, Qərbin də döyüş taktikasını alt-üst etməyi bacardı. Bu onu göstərir ki, Ukrayna gec-tez danışıqlar masası arxasına əyləşməyə məcbur olacaq və münaqişə müzakirələrdə bitəcək”.

Ə.İbrahimov qeyd edib ki, Zelenski əslində ölkəsinin acınacaqlı vəziyyətini açıqlamaqda çəkinmir:

“O, üzünü Qərbə tutaraq deyir: “Əgər ianə etmirsinizsə, bizə faizlə kredit verin”.

Vaşinqton və Brüssel yavaş-yavaş Kiyevə dəstəkdən imtina edir, bu yükü atmaq istəyirlər. Axı onlara Şərqi Avropadakı Ukraynadan daha çox Yaxın Şərqdə İsrail lazımdır. Qərbin isə onların hər ikisi üçün kifayət qədər resursu yoxdur.

Ukraynadakı daxili vəziyyətə gəlincə, Zelenski indi sərt tənqidlərlə üzləşir. Xalq demokratik seçki istəyir və indiki prezidentin tərəfində olan bəzi siyasətçilər müxalif düşərgəyə keçməyə başlayıblar. İndi Zelenski öz ölkəsində “arzu olunmayan” şəxsə çevrilməkdədir.

ANALYSIS - Russia-Ukraine war: Opportunity or threat for China?

Onun yeganə variantı bu yaxınlarda yenidən uzadılan fövqəladə vəziyyətdir. Beləliklə, Zelenski fövqəladə vəziyyətlə öz mövqeyini qorumağa çalışır. Eyni zamanda seçkilərdə uduzacağını hiss etdiyindən ona getməkdən də çəkinir…”

Əlimusa İbrahimov qeyd edib ki, Rusiya yenə də beynəlxalq aləmdə baş verən bütün bu proseslərdən çox yaxşı yararlanır:

“Onun Qəzzanı dəstəkləməsi və Yaxın Şərqdəki gərginliyin davam etdirilməsi istiqamətində atdığı addımlar buna sübutdur. Daxildə də Kreml sakit oturmur. O, iqtisadi sanksiyalara cavab olaraq alternativlər hazırladı, öz neft bazarını yaratdı, dezinformasiyaya məhəl qoymadı və Ukrayna xalqını deyil, strateji aktivləri hədəfə aldı.

Deyəsən, Moskva sınaqdan uğurla keçməkdədir. Çox çəkməyəcək ki, Rusiya qoşunları qarşı tərəfin uğursuzluqları fonunda Ukrayna Silahlı Qüvvələrinə qarşı genişmiqyaslı cavab hücumu həyata keçirəcək.

Rusiyanın güclü hücum üçün hələ ki həm silahı, həm də hərbi personalı var, amma Ukrayna bu hücumun qarşısında dayana biləcəkmi? İndiki vəziyyətdə bu ciddi şübhə doğurur. Belə getsə, Ukrayna cəbhədə, diplomatiyada və daxili siyasətdə uduzmaqda davam edəcək”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki