image-qanunla-reklam
image-vladimir-putin

Putinin 40 milyardlıq meqalayihəsi: Tapşırıq verildi

image-lady-day-az

Rusiya hakimiyyəti Asiyaya xammal ixracını artırmaq üçün irimiqyaslı dəmir yolu meqalayihəsinə başlayır.

Qanunla.Az xəbər verir ki, Rusiya hökumətinin mətbuat xidmətinin məlumatına görə, Baş nazir Mixail Mişustin BAM (Baykal-Amur Magistralı) və Trans-Sibir Dəmir Yollarının – yüklərin Uzaq Şərq limanlarına göndərildiyi əsas dəmir yolu arteriyalarının modernləşdirilməsinin üçüncü mərhələsinin başlanması haqqında sərəncam imzalayıb.

Bildirilib ki, 2035-ci ilə qədər davam edəcək tikintinin dəyəri 3,7 trilyon rubl və ya hazırkı məzənnə ilə təxminən 40 milyard dollar qiymətləndirilir. Layihə Prezident Vladimir Putinin tapşırığı ilə həyata keçirilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki