Rusiya prezidenti Vladimir Putini tənqid edən keçmiş polkovnik İqor Girkin 4 il müddətinə azadlıqdan məhrum edilib.
Qanunla.Az xəbər verir ki, Putinlə yanaşı, Rusiya müdafiə naziri Sergey Şoyqunu da tənqid edən İqor Girkin Moskva Şəhər Məhkəməsində hakim qarşısına çıxıb.
Rəsmilərin Ukraynada əməliyyatı “səriştəsiz” əməliyyat həyata keçirdiklərini deyən Girkin məhkəmə tərəfindən “ekstremizmə çağırış” ittihamı ilə 4 il müddətinə həbs cəzası alıb.