image-qanunla-reklam
image-1464364754

Putin sirri açdı: ABŞ xahiş etdi, mən Yanukoviçə dedim…

image-lady-day-az

2014-cü ildə Ukraynada çevriliş MKİ-nin dəstəyi ilə silahlı müxalifət tərəfindən həyata keçirilib.

Qanunla.Az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin amerikalı jurnalist Taker Karlsona müsahibəsində deyib.

“Maydandakı iğtişaşlardan əvvəl ABŞ Yanukoviçi “sakitləşdirməyi” xahiş etdi və bunun müqabilində müxalifəti sakitləşdirməyə söz verdi. Yanukoviç amerikalıların bizdən xahiş etdiyi kimi, nə ordudan, nə də polisdən istifadə etdi. Kiyevdəki silahlı müxalifət isə çevriliş etdi. Bunu necə başa düşək? Ümumiyyətlə, siz kimsiniz? – ABŞ-ın o vaxtkı rəhbərliyindən soruşmaq istərdim”, – o bildirib.

Karlson çevrilişin kimin dəstəyi ilə edildiyini soruşduqda, Putin birbaşa ABŞ-ın kəşfiyyatının adını çəkib:

“Təbii ki, MKİ-nin dəstəyi ilə. Sizin o zamanlar çalışmaq istədiyiniz təşkilatın vasitəsilə. Allaha şükürlər olsun ki, sizi ora işə götürməyiblər. Bu ciddi təşkilatdır, bunu anlayıram, mən Birinci Baş İdarədə işləmişəm – Sovet İttifaqının kəşfiyyatında. Onlar həmişə rəqibimiz olublar. İş işdir. Texniki cəhətdən MKİ hər şeyi düzgün etdi, lakin siyasi nöqteyi-nəzərdən bu, böyük bir səhv idi. Onlar bunun hara aparacağını görməli idilər”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki