image-qanunla-reklam
image-olaf-sholts

Putin öskürəndə, Şolts dərhal bunker axtarır…

image-lady-day-az

Almaniya kansleri Olaf Şoltsun “Taurus” raketlərini Ukraynaya ötürmək istəməməsi müttəfiqlərini və bir çox alman siyasətçisini getdikcə daha çox qıcıqlandırır və onlar bunu təhlükəli zəiflik kimi görürlər.

Qanunla.Az xəbər verir ki, bu barədə “Tayms” nəşri yazıb.

“Burada qəribə ironiya var. Bu onunla bağlıdır ki, Almaniya hazırda Ukrayna üçün ən böyük silah donorudur, lakin eyni zamanda həddindən artıq qorxu və strateji baxışın olmaması səbəbindən hər yerdən sarsıdıcı tənqidlərə məruz qalır”, – nəşr bildirib.

Nəşr Fransa Prezidenti Emmanuel Makronun müşavirlərindən birindən də sitat gətirib: “Putin öskürəndə, Şolts dərhal bunker axtarır”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki