Qanunla.Az xəbər verir ki, bunu Makron özü ukraynalı jurnalist Natalya Mosiyçuka müsahibəsində deyib.

“Putin mənə zəng etsə, telefonu qaldıracağam. Bu mənim məsuliyyətimdir və mən onun nə təklif edəcəyini dinləyəcəm. Fransanın rolu müharibənin sonunu gətirməkdir”, – deyə Fransa prezidenti bildirib.

O vurğulayıb ki, bir tərəfdən Ukrayna tərəfini Kiyevin müdafiə qabiliyyətini gücləndirmək, digər tərəfdən deeskalasiyanı təşviq etmək və  daimi, davamlı və ədalətli sülhə nail olmaq üçün lazım olan hər şeyi təmin etmək lazımdır.

Emmanuel Makronun sözlərinə görə, o, “vasitəçiliyə hazırdır”, lakin qeyd edib ki, Ukraynadakı münaqişəyə son qoymaq üçün yeganə mümkün danışıqlar Rusiya lideri Vladimir Putin və Ukrayna prezidenti Volodimir Zelenski arasında danışıqlar olmalıdır.