image-qanunla-reklam
image-eliyev-esas-1

Prezident xəbərdarlıq etdi: Yerindən duran… – Deputat

image-lady-day-az

Prezidentin andiçmə mərasimindəki çıxışında əsas məsəllərdən biri bu oldu ki, sülh prosesi ilə bağlı yerindən duran vasitəçilik təklifi irəli sürür. Dövlət başçısı bildirdi ki, gedin, işinizlə məşğul olun, öz problemlərinizi həll edin. Bu özünü Münhen Təhlükəsizlik Konfransında da göstərdi.

Qanunla.Az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Elman Nəsirov deyib.

O bildirib ki, Almaniya kansleri vasitəçi rolunda deyil, sadəcə təşəbbüskar kimi hərəkət etdi:

“Bu, görünür ki, bəzi ölkələrdə siyasi dairələri narahat edib. Paşinyanin Fransaya səfəri və Fransa Prezidenti Makronun açıqlamaları bunu sübut edir. Fransanın müdafiə naziri tarixdə ilk dəfədir ki, Ermənistana gəlir. Fransa yenidən regionda vəziyyəti gərginləşdirməyə çalışır”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki