image-qanunla-reklam
image-c7fe02cd-41f7-48df-b29a-53ac6260d3ab

Prezident İlham Əliyevlə inkişafa doğru

image-lady-day-az

Prezident İlham Əliyevlə inkişafa doğru

Müzəffər Ali Baş Komandan İlham Əliyev hələ 2003-cü ildə ilk dəfə Prezident seçildikdən sonra Azərbaycan xalqı qarşısında verdiyi bütün vədlərə layiqli şəkildə əməl etmişdir. Çünki Prezident İlham Əliyev bu vədləri yerinə yetirəcəyinə Azərbaycan Respublikası Konstitusiyasına və müqəddəs “Qurani-Şərif”ə əl basaraq and içmişdir. Və andını da yerinə yetirmişdir.
14 fevral tarixində Milli Məclisdə keçirlən andiçmə mərasimində də yenidən cənab Prezident eyni formada and içmişdir. Bundan sonrakı dövrdə də ölkə qarşısında duran ümummilli məsələlərin cənab Prezident tərəfindən uğurla həll olunacağı şübhəsizdir. Fevralın 14-də Prezident İlham Əliyev andiçmə mərasimindəki çıxşında qarşıdakı yeni dövr üzrə milli prioritetləri aydın və detallı formada açıqlamışdır.
Çıxışında Prezident İlham Əliyev həm həm ölkə daxilində, həm də xaricdə diqqət çəkəcək fikirlər söyləmişdir. Cənab Prezident bildirib ki, Ermənistan-Azərbaycan münaqişəsi yalnız və yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalı idi: “Heç vaxt Azərbaycan xalqı öz ərazisində ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək və nəyin bahasına olursa-olsun biz öz doğma torpaqlarımızı azad edəcəyik. O gündən cəmi 2 il yarım keçdi və Azərbaycan xalqı bir yumruq kimi birləşərək Vətən müharibəsi nəticəsində torpaqlarımızın böyük hissəsini azad etmişdir, 300-dən çox şəhər və kənd azad olunmuşdur, o cümlədən bizim mədəniyyət paytaxtımız Şuşa şəhəri işğalçılardan azad edilmişdir. Biz qan tökərək, şəhidlər verərək tarixi ədaləti bərpa etdik.İstər seçkilərdən öncə, istərsə də sonra dünyanın müxtəlif nüfuzlu KİV-lərində saysız məqalələr çap olundu. Eləcə də diaspor təşkilatlarının saytlarında yazılar dərc olundu. Dünyanın aparıcı KİV-lərinin seçkiləri obyektiv işıqlandırması, şəffaf və demokratik səsvermə prosesi barədə oxucularını və izləyicilərini məlumatlandırması çox müsbət haldır. Azərbaycanda növbədənkənar prezident seçkilərinin ölkəmizin siyasi tarixində mühüm mərhələdir. Əlbəttə ki, bu seçkilərdən sonra Qalib Liderlə Azərbaycan daha da irəliləyərək daxili və beynəlxalq çağırışları həll edəcək. Eyni zamanda, son uğurlardan yararlanaraq Azərbaycanın gələcək üçün müəyyənləşdirdiyi inkişaf yolu ilə addamılaycaq. Bu inkişaf yolunun xəritəsini cənab Prezident andiçmə mərasimində ətraflı şəkildə qeyd edib. Əlbəttə ki, bütün bunların həyata keçirilməsində dövlətin aidiyyəti qurumlarının və xalqın üzərinə də məsluyyət düşür.Azərbaycanın iqtisadiyyatı, ordusu da güclənib. Gündən-günə nüfuzu da güclənir. Ermənistan bütün parametirlərə görə dəfələrlə Azərbaycandan geridir. Azərbaycan özü dünyada bu məsələni həll etdi. Amma dünya Ermənistanın başına nə qədər tez ağıl qoysa, o qədər yaxşıdır.Azərbaycanın gələcək taleyini, onun daxili və xarici siyasətini özü müəyyən edir. Sülh danışıqları üçün “vasitəçi”lər artıq yoxdur. Dövlətimizin başçısının bildirdiyi kimi Azərbaycan ilə Ermənistan arasında artıq de-fakto sülh mövcuddur: “İki ölkənin sərhədində bir neçə aydır sülh şəraiti hökm sürür. Amma bu prosesin məntiqi sonluğa çatdırılması üçün sülh müqaviləsi imzalanmalı və Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına son qoyulmalıdır”. Ermənistan sülh üçün siyasi iradə nümayiş etdirib mövqe ortaya qoymalıdır. Sözdə “nüfuzlu beynəlxalq təşkilat”lar qərəzli mövqeyini açıq-aşkar göstərirlər. Müxtəlif yollarlar, qərəzli bəyanatlarla sülhə mane olmağa çalışırlar. Qərbin Azərbaycanın uğurlarını həzm etmədiyi məlumdur. Azərbaycanın əldə etdiyi uğurların bir çox dairələrdə qıcıq yaratması normal haldır. Çünki dünya ölkələrinin çox azında hökumətlə xalq arasında belə bir sıx münasibət və inam görmək olar.Artıq siyasi prosesdə inkişaf edən Azərbaycan, həm də demokratik olaraq inkişaf edə bilib. Qarabağımız geri qayıdıb, xalqımızın həmrəyliyi daha da güclənib. Dünya azərbaycanlıları hər zaman öz dövlətinin yanındadır. Həm Azərbaycanda, həm də xaricdə yaşayan soydaşlarımız Prezident İlham Əliyevi dəstəkləyirlər. O yalnız Azərbaycanın deyil, bütün dünya azərbaycanlılarının Prezidentidir.

image-6c627107-71c7-4c15-8fa7-3c1f9a6f53bd

Nicat İsmayılov

YAP Yasamal rayonu “Akim Abbasov küç. 73 E” ünvanı üzrə ərazi partiya təşkilatının sədri


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki