image-qanunla-reklam
image-4e70018a-0938-3582-b7fb-366ca2f398e2_850

Prezident İlham Əliyevin 11 fevral tarixində “Qobu” Enerji Qovşağının açılışı zamanı AZƏRTAC-a müsahibə verib

image-lady-day-az

Prezident İlham Əliyevin 11 fevral tarixində “Qobu” Enerji Qovşağının açılışı zamanı AZƏRTAC-a müsahibə verib.

Ölkənin enerji təhlükəsizliyinin təmin olunması prosesinə töhfə

Ölkədə enerji təminatının əsaslı şəkildə yaxşılaşdırılması, böyük infrastruktur layihələrin icrası baxımından mühüm işlər görülmüşdür. 385 meqavat gücündə “Qobu” Elektrik Stansiyasının yaradılması da qarşıya qoyulan mühüm vəifələrdən biridir. Bu layihəyə dünyanın məşhur şirkətləri yüksək rəy verməklə yanaşı, onun tikintisində yaxından iştirak etmişlər.
“Qobu” Elektrik Stansiyasının tikintisi ölkənin enerji sistemində bir mənbədən asılılığı qaldırmaq, Bakı şəhərinin, ümumilikdə Abşeron yarımadasının elektrik enerjisi ilə təchizatının dayanıqlılığını və etibarlılığını təmin etməyə hesablanmışdır. Eyni zamanda, bu layihənin icrası digər sosial məsələlərin həllinə, məşğulluğun artırılmasına, yeni iş yerlərinin yaradılmasına imkan yaradacaqdır.
Bütövlükdə bu stansiyanın enerji sistemimizin təşkilində və gələcək inkişafında çox böyük rolu olacaqdır.

Mayisə Xəlilova – Dəkkəoba kənd tam orta məktəbin direktor müavini

 

Azərbaycanın bərpa olunan enerji potensialı artır

Fevralın 11-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Qobu” Enerji Qovşağının – yükötürmə gücü 1000 meqavat olan 330/220/110 kilovoltluq “Qobu” yarımstansiyasının və 385 meqavatlıq “Qobu” Elektrik Stansiyasının açılışında iştirakı zamanı qeyd etdi ki,bərpaolunan enerji prioritet sahə kimi müəyyənləşdirilməlidir.
Planetimizin əhalisi ildən-ilə artır, gələcəkdə ənənəvi enerji mənbələrinin tükənməsi təhlükəsi bəşəriyyətin neft-qaz və kömürdən asılılığını azaltmağı zəruri edir. Koronavirus pandemiyası nəticəsində baş verən iqtisadi fəlakətlər bir daha sübut etdi ki, qlobal iqtisadi sistem çox kövrəkdir və onun yenilənməyə, transformasiyalara və yeni, daha təsirli mexanizmlərinin tətbiqinə ehtiyacı var.Bu gün dünyada bərpa olunan enerji mənbələrindən istifadə sürətlə artmaqdadır. 2019-cu ildə Avropanın ümumi elektrik enerjisi istehsalında bərpa olunan enerjinin payı 34,6% olub. Dünya üzrə bir neçə ölkənin enerji sərfində bərpaolunan enerjidən istifadə 50%-i ötüb.Bərpa olunan enerjiyə günəş, külək, dalğa, geotermal enerji, su, biokütlə və digər mənbələrdən alınan enerji daxildir. Karbon emissiyalarının azaldılması, qlobal iqlim dəyişmələrinə töhfə olaraq enerji balansında bərpa olunan enerji mənbələrinin payının artırılması bir çox ölkə üçün vacib hədəflərdəndir. Dünyada bərpa olunan enerjiyə keçid bir çox ölkələrdə kömürdən istifadəni azaldaraq havaya atılan çirkli tullantıların azalmasına səbəb olur və ekologiyaya böyük fayda verir. Buna görə də iqlim şəraitindən, potensialından asılı olaraq ölkələr geotermal mənbələr, günəş, külək, biokütlə və s. kimi təbiətdə daim baş verən proseslərdən istifadə edərək enerji alırlar.
Azərbaycan karbohidrogen ehtiyatları ilə zəngin olmaqla yanaşı, ölkədə bərpa olunan enerji mənbələrindən istifadə üçün də çox böyük potensial var. Ölkənin bərpa olunan enerji mənbələri potensialı nəzərə alınaraq 2030-cu ilə qədər Azərbaycanda istehsal olunan 30% enerjinin bərpa olunan enerjidən əldə edilməsi hədəflənir. Azərbaycanın elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrinin payının artırılması üzrə konkret məqsədləri və strateji həlləri də var. Belə ki, elektrik enerjisi istehsalının bərpa olunan enerji mənbələri hesabına şaxələndirilməsi və bu sahənin özəl investisiyanın cəlbi ilə inkişafı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin energetika sektorunda islahatlar kursunun əsas məqsədlərindəndir.
Dövlət başçımızın 5 dekabr 2019-cu il tarixli “Bərpa olunan enerji mənbələrinin istifadəsi sahəsində pilot layihələrin reallaşdırılması üzrə tədbirlər haqqında” sərəncamından göründüyü kimi, Azərbaycan neft-qaz hasilatçısı və ixracatçısı olmasına baxmayaraq enerji mənbələrinin şaxələndirilməsinə böyük önəm verir, elektrik enerjisi istehsalında bərpa olunan enerjinin payının artırılmasının enerji təhlükəsizliyinin möhkəmlənməsinə töhfəsini nəzərə alaraq ondan istifadənin genişlənməsi istiqamətində addımlar atır.Bu gün Azərbaycanda elektrik enerjisinin əldə edilməsində daş kömürdən və demək olar ki, dizeldən istifadə edilmir.Ölkənin enerji balansında bərpa olunan enerjinin payının artması təbii qaza qənaətə yol açacaq. Təbii qaza qənaət olunması ölkənin valyuta gəlirlərinin artmasına müsbət təsir göstərəcək. Azərbaycanda bərpa olunan enerji mənbələrinin inkişafı ölkədə sənayenin, yerli iqtisadiyyatın digər sahələrinin də inkişafına təkan verəcək. Azərbaycanda artıq bərpa olunan enerji üzrə kiçik miqyaslı elektrik stansiyaları üçün avadanlıqlar, günəş panelləri istehsal olunur. Bərpa olunan enerji ilə işləyən stansiyaların əsas maya dəyərini təşkil edən tikinti-quraşdırma işlərinin və sair istehsalı ümumilikdə ölkə iqtisadiyyatının inkişafına töhfə verir.Bu, yeni iş yerlərinin açılmasına gətirib çıxarır. Bərpa olunan enerji mənbələrinin inkişafı Azərbaycanda iqtisadiyyatda yeni zəncirvari sistemin daxilində yeni gəlir mənbələrinin əmələ gəlməsinə təsir göstərəcək və Azərbaycanda bu istiqamətdə həm də sənayenin inkişafına təkan verəcək. Qeyd olunanlar bərpa olunan enerjidən istifadənin səmərəliliyini göstərir.

Vəfa Xəlilli – Gəncliyə Dəstək İctimai Birliyinin sədri

 

Müstəqillik dövründə ölkənin enerji təhlükəsizliyinin təmin edilməsi sahəsində qısa müddət ərzində böyük nailiyyətlər əldə olundu.

Müstəqillik dövründə ölkənin enerji təhlükəsizliyinin təmin edilməsi sahəsində qısa müddət ərzində böyük nailiyyətlər əldə olunub. Son illər ərzində əsaslı dəyişiklərə nail olunub. Müstəqilliyimizin ilk illərində ölkənin enerji gücü çatmırdı. Mövcud olan stansiyalar yararsız vəziyyətdə idi və yeni stansiyaların tikilməsinə vəsait yox idi, Azərbaycan elektrik enerjisini Rusiyadan idxal edirdi. Təbii qazla bağlı qıtlıq var idi, bölgələrdə, ümumiyyətlə, qaz yox idi və neft hasilatı kəskin düşmüşdü. Bu gün isə Azərbaycan dünya miqyasında bütün bu enerji komponentlərinin inkişafına görə qabaqcıl ölkələrdəndir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 11 fevral tarixində “Qobu” Enerji Qovşağının aşılışı zamanı AZƏRTAC-a verdiyi müsahibədə bir-çox mühüm məsələlərə münasibət bildirmişdir. Qeyd olunmuşdur ki, müstəqillik dövründə Azərbaycanda ölkənin enerji təhlükəsizliyinin təmin edilməsi sahəsində qısa müddət ərzində böyük nailiyyətlər əldə olunub. Müstəqilliyimizin ilk illərində Azərbaycanda vəziyət tam başqa idi. Mövcud enerji mənbələri tələbatı ödəyə bilmirdi. Respublikamız məcbur idi ki, elektrik enerjisini, təbii qazı idxal etsin. İndi vəziyyət təmamilə dəyişib. Bu gün Azərbaycan dünya miqyasında bütün enerji komponentlərinin inkişafına görə qabaqcıl ölkələrdəndir.
“Qobu” Enerji Qovşağı son illər ərzində inşa edilən ən böyük enerji obyektlərindən biridir. Azərbaycanda enerji sahəsində böyük işlər görülüb. Nəhəng enerji obyektlərinin inşası zaman tələb edirdi. Ancaq ən qısa mümkün vaxt kəsiyində nəhəng enerji obyektlərinin inşa edilməsi Azərbaycanın güclü imkanlarından xəbər verir.
Azərbaycan 4 qonşu ölkəyə elektrik enerjisini ixrac edir. Türkiyə, Rusiya, Gürcüstan və İrana 1,6 milyard kilovat/saat elektrik enerjisi ixrac edilib. Neft, qaz, elektrik enerjisi ixracatı bu gün həm Azərbaycanın, həm qonşu ölkələrin və hətta Avropa ölkələrinin enerji təhlükəsizliyinə töhfə verir. Azərbaycan nadir ölkələrdəndir ki, bütün qonşu ölkələrə həm xam neft, həm təbii qaz, neft-kimya məhsulları, neft məhsulları və elektrik enerjisini ixrac edir.
Respublikamızda enerji sektorunun inkişafına xarici investorlar cəlb olunurlar. Azərbaycan xarici investisiyalar üçün çox cəlbedici ölkədir. Keçən ay enerji sahəsində ən böyük şirkətlərdən biri – “ACWA Power” və Azərbaycan arasında imzalanmış kontrakt əsasında təməli qoyulmuş 240 meqavatlıq külək elektrik stansiyası artıq gələn il istifadəyə veriləcəkdir. Hazırda BP şirkəti ilə Cəbrayıl rayonunda 200 meqavatdan çox gücə malik olan günəş elektrik stansiyasının inşası ilə bağlı danışıqlar gedir. Günəş elektrik stansiyasının inşası ilə bağlı Birləşmiş Ərəb ƏmirliklərininMazdar şirkəti ilə danışıqlar gedir. Hər iki layihə təqribən 400-450 meqavat gücündədir. “Qız qalası” su anbarlarında İranla bərabər 280 meqavatlıq elektrik stansiyalarının tikintisi nəzərdə tutulur.
Eyni zamanda, Azərbaycan bərpaolunan enerji potensialını artırır. “Azərenerji”nin 50 meqavatlıq külək elektrik stansiyası var. Azad edilmiş torpaqlarda keçən il “Güləbird”, “Suqovuşan-1”, “Suqovuşan-2”, Kəlbəcərdə Lev çayı üzərində 4 su elektrik stansiyası yenidən quruldu. Cari ildə daha 5 su elektrik stansiyasının inşasının tamamlanması nəzərdə tutulur. Orada da təqribən 25-30 meqavat gücündə stansiyalar olacaq. Azad edilmiş torpaqlarda 9 min meqavatdan çox təsdiq edilmiş enerji potensialı var. Xəzər dənizinin bərpaolunan enerji istehsalı ilə bağlı potensialı 150 min meqavatdan çoxdur;
Azərbaycanda icra olunan enerji layihələri həm iqtisadi, həm də geosiyasi əhəmiyyt daşıyır. Artan enerji ixracı ölkənin iqtisadi və geosiyasi əhəmiyyətini artıracaq və əlavə valyuta qazandıracaqdır. Ölkəmiz təkcə neftdən, qazdan yox, eyni zamanda, elektrik enerjisindən də valyuta qazanacaqdır

Vəfa Bayramova-Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin direktoru

 

XARİCİ ŞİRKƏTLƏR AZƏRBAYCANIN UĞURLU GƏLƏCƏYİNƏ İNANIRLAR

2022-ci il fevralın 11-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ölkəmizin enerli sahəsində qazandığı növbəti uğura imza ataraq “Qobu” Enerji Qovşağının – yükötürmə gücü 1000 meqavat olan 330/220/110 kilovoltluq “Qobu” yarımstansiyasının və 385 meqavatlıq “Qobu” Elektrik Stansiyasının açılışında iştirak etdi.
Qeyd edilməlidir ki, Azərbaycanın enerji ölkəsi kimi əhəmiyyəti getdikcə artır. Xüsusilə son illərdə Avrasiya məkanında baş verən bir sıra geosiyasi proseslər, enerji amilinin siyasi hadisələrə təsiri Avropa dövlətlərini yeni enerji mənbələrini təmin etməyə sövq etdi. Avropa gələcəkdə enerji təhlükəsizliyinin təmin edilməsində və alternativ mənbələrə çıxışda ölkəmizin əhəmiyyətini qiymətləndirməyə bilməzdi. Məhz buna görə bu gün Avropa dövlətlərinin bir çoxu alternativ enerji təminatçısı kimi üzünü ölkəmizə çevirib. Çünki Azərbaycan həm də sabit və etibarlı imici ilə diqqət çəkir.
“Qobu” Enerji Qovşağı son illər ərzində inşa edilən ən böyük enerji obyektlərindən biridir. Nəzərə alsaq ki, həftənin əvvəlində “Yaşma” yarımstansiyası işə salındı, hər kəs görə bilər, cəmi bir həftə ərzində Azərbaycanda enerji sahəsində nə qədər böyük işlər görülüb. Əlbəttə, bu nəhəng enerji obyektlərinin inşası zaman tələb edirdi. Ancaq ən qısa mümkün vaxt kəsiyində belə nəhəng enerji obyektlərinin inşa edilməsi bizim güclü imkanlarımızdan xəbər verir”. Prezident İlham Əliyev bu fikirləri “Qobu” Enerji Qovşağının açılış mərasimindən sonra AZƏRTAC-a müsahibəsində söyləyib. Prezident bildirib ki, bu genişmiqyaslı nəhəng layihələrin icrasında ancaq Azərbaycan şirkətləri, Azərbaycan mütəxəssisləri, fəhlələri iştirak ediblər. Yəni, bu, onu göstərir ki, bizim çox güclü texniki potensialımız, kadr potensialımız vardır.
Dövlətimizin başçısı həm də bildirib ki, bu gün bərpaolunan enerji növlərinin tam işə salınması istiqamətində çox ciddi iş gedir və bu işin nəticələrini görürük. Xarici firmalar, böyük şirkətlər bu sahəyə investisiya qoyurlar. Azərbaycan Prezidenti “ACWA Power” şirkətinin ölkəmizdə 240 meqavatlıq külək elektrik stansiyasının tikintisin başladığını, BP və Birləşmiş Ərəb Əmirliklərinin Mazdar şirkətləri ilə günəş elektrik stansiyalarının inşasına dair danışıqlar aparıldığını diqqətə çatdırıb. Azad edilmiş torpaqlarda su, günəş və külək enerjisi baxımından böyük potensial olduğunu bildirən Prezident İlham Əliyev yerli və xarici investorları bu sahəyə sərmayə qoymağa dəvət edib. Qeyd olunub ki, Kəlbəcər-Laçın zonasında və azad olunmuş digər torpaqlarda 9 min meqavatdan çox təsdiqlənmiş enerji potensialı var. Bütövlükdə, son illərdə respublikamızda elektrik enerjisi infrastrukturuna böyük həcmdə sərmayələr yatırılıb. Bütün bunlar onu göstərir ki, Azərbaycan həm də enerji keçidi ilə bağlı qlobal çağırışların uğurla reallaşdığı ölkələrdəndir və bundan sonra da uğurları daha çox olacaq.

Könül Rəhimova – Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru

 

Enerji sahəsində dayanıqlı inkişafın təmini və ixracın genişləndirilməsi prosesi davamlı xarakter daşıyır

Prezident İlham Əliyevin təşəbbüsü ilə digər sahələrdə olduğu kimi, ölkənin enerji təminatının yaxşılaşdırılması istiqamətində də mühüm işlər görülür, elektrik enerjisi sahəsində infrastrukturun təkmilləşdirilməsi istiqamətində layihələr uğurla icra edilir.
Bunun sayəsində ölkənin dayanıqlı enerji ilə təchizatına nail olunmaqla yanaşı, ixrac imkanları da genişlənir. Dövlətimizin başçısının “Qobu” Enerji Qovşağının açılışında iştirakı, səsləndirdiyi fikirlər Azərbaycanın uğurlu enerji strategiyası, istehlakçıların elektrik enerjisi ilə dayanıqlı və etibarlı təminatına əminliyi bir daha möhkəmləndirdi.
Müqayisə üçün ötən illərin göstəricilərinə nəzər saldıqda görərik ki, ölkəmizdə elektrik enerjisi istehsalı və təchizat zəncirində səmərəliliyin təmin edilməsində mühüm addımlar atılıb. Belə ki, 2019-cu ildə elektrik enerjisi istehsalı 2018-ci ilə nisbətən 3,3 faiz artaraq, 26 milyard kilovat/saata çatıb. Qeyd edilən artımın 92,7 faizi istilik elektrik stansiyalarının, 7,3 faizi digər mənbələrin payına düşür. 2020-ci ildə isə Azərbaycanda 27 milyard kilovat/saat elektrik enerjisi istehsal edilmiş və 1,6 milyard kilovat/saat ixrac olunub. Bu, rekord göstəricidir. Enerji sektoru ilə bağlı daha bir müsbət saldo ondan ibarətdir ki, əhəmiyyətli şəkildə ixrac potensialı formalaşıb. Ötən müddət ərzində Azərbaycan tərəfindən Türkiyə, Rusiya, Gürcüstan və İrana 1,6 milyard kilovat/saat elektrik enerjisi ixrac edilib. Neft, qaz, elektrik enerjisi ixracatı bu gün həm Azərbaycanın, həm qonşu ölkələrin və hətta Avropa ölkələrinin enerji təhlükəsizliyinə töhfə verir. Bu isə özlüyündə qeyri-neft sektorunun inkişafı sahəsində daha bir addım olmaqla yanaşı, ixrac səbətinin zənginləşdirilməsi ilə ölkəyə əlavə valyuta axını deməkdir.
Gücü 750 meqavat olan Yaşma yarımstansiyanın və 385 meqavat gücündə “Qobu” Elektrik Stansiyasının istifadəyə verilməsinin birbaşa ölkənin enerji dayanıqlığına xidmət göstərəcəyini vurğulayan deputat əlavə edib: “Ölkəmizdə müasir texnika və texnologiyalardan istifadə etməklə alternativ enerjinin əldə olunmasına da böyük diqqət ayrılır. Belə ki, “Azərenerji”nin 50 meqavatlıq külək elektrik stansiyası var. Azad edilmiş torpaqlarda keçən il “Güləbird”, “Suqovuşan-1”, “Suqovuşan-2”, Kəlbəcərdə Lev çayı üzərində 4 su elektrik stansiyası yenidən qurulub, həmçinin “Şükürbəyli” yarımstansiyası genişləndirilərək yenidən istifadəyə verilib, bu enerji obyektindən Şuşaya 75 kilometr uzunluğunda iki dövrəli 110 kilovoltluq elektrik verilişi xətti çəkilib və “Füzuli” yarımstansiyası ilə əlaqələndirilib.
Beləliklə, enerji sahəsində dayanıqlı inkişafın təmin olunması və ixracın genişləndirilməsi üçün proses davamlı və nəticəyönümlü xarakter daşımaqla ölkənin iqtisadi və geosiyasi əhəmiyyətini artıracaq, əlavə valyuta qazandıracaq. Ölkəmiz təkcə neftdən, qazdan yox, eyni zamanda, elektrik enerjisindən də valyuta əldə edəcəkdir.

Rəmzi Şirinov-YAP Zərdab rayon təşkilatının Gənclər Birliyinin sədri

 

Bu gün Azərbaycan dünya miqyasında bütün bu enerji komponentlərinin inkişafına görə qabaqcıl ölkələrdəndir

Təməli 2020-ci ildə ölkə başçısı tərəfindən qoyulan “Qobu” Enerji Qovşağı son illər ərzində inşa edilən ən böyük enerji obyektlərindən biridir. 385 meqavat gücündə olan “Qobu” Elektrik Stansiyasının istifadəyə verilməsi ölkəmizin enerji təhlükəsizliyinin təmin olunması prosesinə mühüm töhfədir və layihənin icrasını ancaq Azərbaycan şirkətləri və mütəxəssisləri həyata keçiriblər.
Həmçinin bir neçə gün öncə gücü 750 meqavat olan Yaşma yarımstansiyanın istifadəyə verilməsi Azərbaycanda enerji sahəsində böyük işlərin görülməsindən xəbər verir. Müasir enerji obyektlərinin istifadəyə verilməsi ölkənin enerji dayanıqlılığına xidmət göstərəcəkdir. Təbii ki, irihəcmli enerji obyektlərinin inşası zaman tələb edən məsələdir, ancaq ən qısa mümkün vaxt kəsiyində belə enerji obyektlərinin inşa edilməsi ölkəmizin iqtisadi gücünün göstəricisi hesab edilməlidir. Daxili imkanlar hesabına inşa edilən nəhəng enerji obyektlərinin istifadəyə verilməsi Azərbaycanın maliyyə və texniki imkanlarından xəbər verir. Cənab Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu enerji siyasəti nəticəsində ötən il ölkəmizdə 27 milyard kilovat/saat elektrik enerjisi istehsal edilmiş və onun 1,6 milyard kilovat/saatı ixrac olunmuşdur. Azərbaycan artıq çox ciddi elektrik enerjisi ixrac edən ölkələrdən biridir. Həm artan daxili tələbat, həm də xaricdə Azərbaycanın enerji gücünə olan tələbat yeni addımların atılmasına sövq edir. Azərbaycanda demoqrafik mənzərənin müsbət olması daxili təlabatı artıran əsas amildir. Belə ki, müstəqillik dövründə əhalinin sayı 7 milyondan 10 milyona çatmışdır ki, bu da ölkədə gedən müsbət meyllərin, sabitliyin, əmin-amanlığın, iqtisadi inkişafın, sosial rifahın təzahürüdür.
Azərbaycanın 4 qonşu ölkəyə ixrac etdiyi elektrik enerjisinin həcmi artmaqdadır. Belə ki, Türkiyə, Rusiya, Gürcüstan və İrana 1,6 milyard kilovat/saat elektrik enerjisi ixrac edilib. Neft, qaz, elektrik enerjisi ixracatı bu gün həm Azərbaycanın, həm qonşu ölkələrin və hətta Avropa ölkələrinin enerji təhlükəsizliyinə töhfə verir. Azərbaycan nadir ölkələrdəndir ki, bütün qonşu ölkələrə həm xam neft, həm təbii qaz, neft-kimya məhsulları, neft məhsulları və elektrik enerjisini ixrac edir.
Azərbaycan Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət və düşünülmüş startegiya nəticəsində ölkənin enerji təhlükəsizliyinin təmin edilməsi sahəsində qısa müddət ərzində böyük nailiyyətlər əldə olunub. Müstəqilliyimizin ilk illərində ölkədə hər bir sahədə olduğu kimi enerji sahəsində də ciddi problemlər yaşanırdı. Mövcud olan stansiyalar yararsız vəziyyətdə idi və yeni stansiyaların tikilməsinə vəsait yox idi. Azərbaycan elektrik enerjisini Rusiyadan idxal edirdi. Həmçinin təbii qazla bağlı qıtlıq var idi, bölgələrdə, ümumiyyətlə, qaz yox idi və neft hasilatı kəskin düşmüşdür.

Elyurə Məmmədova-Rayon mədəniyyət mərkəzinin direktoru

 

Azərbaycan təkcə neftdən, qazdan yox, elektrik enerjisindən də gəlir əldə edəcək

Ölkəmizdə bərpaolunan enerji növlərinin tam işə salınması istiqamətində çox ciddi işlər aparılır və bu işlərin nəticələri artıq görünməkdədir. Bu istiqamətdə görülən işlərə xarici şirkətlər cəlb edilir və onların təcrübəsindən istifadə edilir. Azərbaycan xarici investisiyalar üçün çox cəlbedici ölkədir. Məhz ötən ay enerji sahəsində ən böyük şirkətlərdən biri – “ACWA Power” və Azərbaycan arasında imzalanmış kontrakta əsasən 240 meqavatlıq stansiyasının təməli qoyulmuşdur. Külək elektrik stansiyasının gələn il istifadəyə verilməsi nəzərdə tutulmuşdur. Bundan əlavə, Cəbrayıl rayonunda 200 meqavatdan çox gücə malik olan günəş elektrik stansiyasının inşası ilə bağlı BP şirkəti ilə, digər bir günəş elektrik stansiyasının inşası ilə bağlı isə Birləşmiş Ərəb Əmirliklərinin Mazdar şirkəti ilə hazırda danışıqlar aparılır. Hər iki layihə təqribən 400-450 meqavat gücündədir. Ümumiyyətlə, Azərbaycanın bərpaolunan enerji potensialı davamlı olaraq artır. “Azərenerji”nin 50 meqavatlıq külək elektrik stansiyasının olması və azad edilmiş torpaqlarda keçən il “Güləbird”, “Suqovuşan-1”, “Suqovuşan-2”, həmçinin Kəlbəcərdə Lev çayı üzərində 4 su elektrik stansiyasının yenidən qurulması belə deməyə əsas verir. Cari ildə daha 5 su elektrik stansiyasının inşasının tamamlanması nəzərdə tutulur ki, orada da təqribən 25-30 meqavat gücündə stansiyalar olacaq. Ümumillikdə azad edilmiş torpaqlarda 9 min meqavatdan çox təsdiq edilmiş enerji potensialı vardır. Azərbaycanda bərpaolunan enerji mövzusundan bəhs edərkən Xəzər dənizinin 150 min meqavatdan çox bərpaolunan enerji istehsalı ilə bağlı potensialını da vurğulamaq yerinə düşər.
Cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində əldə etdiyimiz parlaq Zəfərin yaratdığı yeni reallıqlardan biri də Zəngəzur dəhlizidir və bu dəhliz vasitəsilə eyni zamanda müxtəlif kommunikasiyalar da həyata keçiriləcəkdir. Belə ki, Zəngəzur dəhlizi ilə Azərbaycandan Naxçıvan Muxtar Respublikasına, oradan isə Türkiyəyə və İrana yeni xəttin çəkilişi indi artıq prioritet planlardan biridir. Zəngəzur dəhlizi təkcə dəmir yolu, avtomobil yolu, hava nəqliyyatı üçün deyil, eyni zamanda, enerji növlərinin ixrac edilməsi ilə bağlı öz rolunu oynayacaq. Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikasını elektrik enerjisi ilə təmin etmək üçün və oradan xarici bazarlara çıxmaq üçün və Türkiyədən sonra Avropaya çıxmaq üçün yeni bir xətt olacaq. Artan enerji ixracı ölkənin iqtisadi və geosiyasi əhəmiyyətini artıracaq və əlavə valyuta qazandıracaqdır. Ölkəmiz təkcə neftdən, qazdan yox, eyni zamanda, elektrik enerjisindən də valyuta qazanacaqdır. Bir sözlə, icra olunan layihələr iqtisadi və geosiyasi əhəmiyyətə malikdir.

Səbuhi Kərimov-Yeni Azərbaycan Partiyası Zərdab rayon təşkilatının aparat rəhbəri

 

Zəngəzurun enerji dəhlizi kimi inkişafı Azərbaycanın elektrik ixracında yeni mərhələ olacaq

Azərbaycan artıq Rusiya, Türkiyə, İran və Gürcüstana elektrik enerjisi ixrac edir. Qara dənizin dibi ilə Mərkəzi Avropa ölkələrinə elektrik enerjisi ixracı perspektiv istiqamətdir. “Qobu” Enerji Qovşağının açılışı çərçivəsində AZƏRTAC-a müsahibəsində Prezident İlham Əliyev daha bir perspektiv istiqamətin – Zəngəzur dəhlizi ilə Azərbaycandan Naxçıvan Muxtar Respublikasına, oradan isə Türkiyəyə və İrana yeni xəttin çəkiləcəyinin anonsunu verdi. Başqa sözlə, Zəngəzur dəhlizi təkcə dəmiryolu, avtomobil yolu və hava yolundan ibarət nəqliyyat dəhlizi olmayacaq, həmçinin o, enerji dəhlizi olaraq Naxçıvan Muxtar Respublikasının elektriklə təchizatında mühüm rol oynayacaq, İran və Türkiyəyə, daha sonra isə Avropaya elektrik enerjisi ixracı üçün əlavə marşrut kimi çıxış edəcək. Zəngəzurun enerji dəhlizi kimi inkişafı barədə plan Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılmış Zəfərin nəticəsində yaranmış yeni reallığın təcəssümüdür. Bu planın həyata keçirilməsi isə yeni reallığın və qələbəmizin nəticələrinin möhkəmlənməsinə töhfə verəcək.
Müxtəlif elektrik enerjisi ixracı xətlərinin yaradılması ölkəmizdə elektrik istehsalının arıtırılmasını stimullaşdıracaq və nəticə etibarı ilə əlavə xarici valyutanın gəlməsinə səbəb olacaq. Hazırda Azərbaycanda və dünyada elektrik enerjisinə tələbat günü-gündən artır. Elektrik enerjisinə tələbat həm inkişaf etməkdə olan, həm də inkişaf etmiş ölkələrdə böyükdür. Xüsusən Avropada ekoloji baxımdan təmiz və bərpa olunan mənbələrdən istehsal olunan elektrik enerjisi aktualdır. Bu kontekstdə Azərbaycan əlverişli mövqeyə və üstünlüklərə malikdir. Azərbaycanda elektrik enerjisi istehsalında mazut və kömürdən, ümumiyyətlə istifadə olunmur. Mazut və kömür kimi yanacaq növlərindən istifadə karbon dioksid kimi zərərli tullantıların böyük miqdarda ətraf mühitə və atmosferə buraxılmasına səbəb olur ki, bu da qlobal istiləşmə və iqlim dəyişikliyini sürətləndirir. Azərbaycanda isə elektrik enerjisi təbii qazdan və külək, su, günəş kimi bərpa olunan mənbələrdən alınır. Müqayisə üçün qeyd edim ki, Qazaxıstanda elektrik enerjisi istehsalında kömürün payı 49%-dir. Kömür və mazutdan imtina və təmiz mənbələrdən istifadə xüsusən Avropa istehlakçılarının diqqətini Azərbaycana çəkir.
Müxtəlif enerji ixrac xətlərinin qurulması bərpa olunan enerji layihələrinin həyata keçirilməsi baxımından da Azərbaycan üçün önəmlidir. Dünyada bu sahənin tam inkişafını əngəlləyən əsas maneələrdən biri bərpa olunan mənbələrdən alınan enerjinin saxlanması problemidir. Alternativ enerji ixrac xətlərinin mövcudluğu Azərbaycana bərpa olunan mənbələrdən alınan elektrik enerjisini dərhal həmin xətlər vasitəsilə istehlakçılara çatdırmağa imkan verəcək. Bu isə bərpa olunan mənbələrdən alınan elektrik enerjisini necə və harada saxlamaq kimi problemlərdən doğan çətinlikləri minimuma endırməyə imkan verəcək. Bu mənada, Zəngəzurun həm də elektrik enerjisi dəhlizi kimi inkişafı və Qara dənizin dibi ilə Avropa və regionumuzu birləşdirən elektrik xətlərinin yaradılması Azərbaycanda bərpa olunan enerji sahəsinin tərəqqisinə təkan verəcəkdir.

Nailə Əliyeva-Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru

 

İcra olunan layihələr iqtisadi və geosiyasi əhəmiyyətə malikdirlər

Vətən müharibəsindən sonra regionda geosiyasi vəziyyət əhəmiyyətli dərəcədə dəyişdi. Regionda yeni əməkdaşlıq imkanlarına yol açacaq yeni reallıqlar yarandı. Bu reallıqları isə Azərbaycan, onun Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev formalaşdırdı.
Bu gün post-münaqişə dövründə dövlətimizin qarşısında duran ən başlıca məqsəd, dinc mühitə və tərəqqiyə əsaslanan, işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işlərini sürətli şəkildə həyata keçirmək, bölgənin iqtisadi inkişafına nail olmaq, ən yaxın gələcəkdə qaçqın və məcburi köçkünlərin öz doğma yurd-yuvalarına geri dönməsini təmin etməkdən ibarətdir. Bu məqsədlə işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün dövlət büdcəsindən vəsait ayrılmışdır. Bunun real nəticəsidir ki, müharibənin bitməsindən cəmi bir il keçməsinə baxmayaraq azad olunmuş ərazilərdə köklü şəkildə bərpa və quruculuq işləri həyata keçirilmiş, yeni yollar salınmış, kommunikasiya xətləri çəkilmiş, həyati əhəmiyyətli inzibati infrastruktur obyektləri tikilmiş, bir sözlə bölgəyə yeni həyat, yeni nəfəs gəlmişdir. Hal-hazırda bölgənin gələcək inkişafını və ən müasir şəkildə təşkilini nəzərdə tutan bir sıra əhəmiyyətli layihələrin icrası davam etdirilməkdədir.Belə ki, açılışı olan Füzuli Beynəlxalq Hava Limanı, təməli qoyulan Zəngilan Beynəlxalq Hava Limanı və gələcəkdə inşası nəzərdə tutulan Laçın Beynəlxalq Hava Limanı bölgənin beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevrilməsi üçün yeni və geniş imkanlar açır.Eyni zamanda Prezident cənab İlham Əliyev və Türkiyə Cümhuriyyətinin Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan tərəfindən Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun təməlqoyma mərasimindən dərhal sonra layihənin icrasına başlanılmışdır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu həm də strateji əhəmiyyəti ilə seçilir. Çünki ümumi uzunluğu 124 kilometr olan bu yol Zəngəzur dəhlizi magistral avtomobil yolunun bir hissəsi olmaqla, Azərbaycanı onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası ilə birləşdirməsi baxımından çox böyük əhəmiyyətə malikdir. Həmçinin strateji əhəmiyyətə malik avtomobil yolu ilə yanaşı inşası nəzərdə tutulan Horadiz-Zəngilan-Ağbənd dəmir yolu xətti də əhəmiyyətli hadisədir. Bu dəmir yolu istər Azərbaycan, istərsə də region ölkələri üçün böyük strateji önəm daşıyır.

Şəhla Eminova –əməkdar müəllim

 

Zəngəzur dəhlizi ilə Azərbaycandan Naxçıvan Muxtar Respublikasına,oradan isə Türkiyəyə və İrana yeni xəttin çəkilişi indi artıq prioritet planlardan biridir

İkinci Qarabağ müharibəsində əldə edilən Qələbədən sonra ölkəmiz öz nəqliyyat-kommunikasiya, logistika imkanlarını genişləndirməsi baxımından çox əlverişli imkanlar əldə etmişdir. Belə ki, Vətən müharibəsinin sonunda Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin imzaladıqları birgə üçtərəfli Bəyanatda Zəngəzur dəhlizinin açılması buna bariz nümunədir. Azərbaycan, Rusiya və Ermənistan arasında 2020-ci il 10 noyabr tarixində imzalanmış üçtərəfli Bəyanatın 9-cu bəndi və 2021-ci il 11 yanvar tarixində Moskvada imzalanmış 4 bəndlik Bəyanat Zəngəzur dəhlizinin reallaşması üçün hüquqi zəmin yaradır. 10 noyabr 2020-ci il tarixində bütün hərbi əməliyyatların dayandırılması elan edilməsi ilə bağlı üç ölkənin dövlət başçıları tərəfindən imzalanmış Bəyanatın 9-cu bəndində deyilir: “Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri blokdan çıxarılır. Ermənistan, Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinə zəmanət verir.
Beləliklə dəhliz uzun illər blokadada qalmış Naxçıvan Muxtar Respublikasını bu ağır şəraitdən çıxarmaqla yanaşı, xalqımızın 101 ildən sonra tarixi ərazisi olan qədim Zəngəzur torpağına yenidən qayıdışını da təmin edəcəkdir. Cəmi 40 kilometrlik Zəngəzur dəhlizinin bərpa olunması ölkəmiz üçün yeni iqtisadi perspektivlər yaradacaqdır. Şərqi Zəngəzur bölgəsində yerləşən Zəngilanı qədim torpağımız olan Qərbi Zəngəzurla, oradan isə Naxçıvan vasitəsilə Türkiyə ilə birləşdirmək ölkəmizin qazanacağı növbəti tarixi zəfəri olacaqdır.Hazırda Azərbaycan tərəfindən bu istiqamətdə ciddi işlər görülməkdədir. Eyni zamanda bu dəmir yolu, azad edilmiş torpaqlara həm vətəndaşların gediş-gəlişi, həm də yüklərin daşınması üçün böyük əhəmiyyətə malik olacaqdır. Ümumilikdə isə işğaldan azad olunan torpaqlarda inşa olunan hər bir yol və gələcəkdə icrası nəzərdə tutulan mühüm əhəmiyyətə malik hər bir layihə regionun tranzit və logistik əhəmiyyətini artırmağa, bölgənin inkişafını sürətləndirməyə xidmət edəcəkdir.Bu gün artıq post-münaqişə dövründə Zəngəzur dəhlizi dövlətimizin strateji hədəf və maraqları çərçivəsindədir. Bu layihə təkcə ölkəmiz üçün deyil, ümumilikdə region ölkələrinə böyük fayda gətirməklə, beynəlxalq nəqliyyat layihələrində Cənubi Qafqazın rolunu əhəmiyyətli dərəcədə artıracaq, Qafqazı əhəmiyyətli logistik mərkəzə çevirəcəkdir. Eyni zamanda bu layihə region ölkələrinin, bu layihəyə qoşulacaq və onun imkanlarından yararlancaq digər tərəfdaş ölkələrin maraqlarına, onların sosial-iqtisadi inkişafının və xalqlarının həyat rifahının yüksəlməsinə də xidmət etmiş olacaqdır.

Vüsalə Kərimova –şəhər 1 saylı məktəb liseyn direktoru

 

Azərbaycanın bərpaolunan enerji potensialı artır

Bərpaolunan enerjidən istifadə məsələsinə diqqət bütün dünyada olduğu kimi, ölkəmizdə də getdikcə artır. Çünki Azərbaycanın bərpaolunan enerji sahəsini inkişaf etdirmək üçün böyük imkanları var. Xəzər sahilinin və dağlıq bölgələrimizin, o cümlədən işğaldan azad olunmuş ərazilərimizin təbiəti külək enerjisi layihələrinə geniş meydan verir. Günəş enerjisindən istifadəyə də günəşli diyarımızın bir çox yerlərində əlverişli təbii şərait mövcuddur.Təsadüfi deyil ki, “ Azərbaycan 2030”: sosial-iqtisadi inkişafa dair Milli Prioriretlər”də ölkəmizdə “yaşıl enerji”yə geniş yer verilməsi də müəyyənləşdirilib. Prezident cənab İlham Əliyev enerji istehsalı gücündə bərpaolunan enerjinin payının indiki 17,3 faizdən 2030-cu ildə 30 faizə çatdırılmasını qarşıya vəzifə kimi qoyub.
Beynəlxalq enerji şirkətləri Azərbaycanın bu məqsədini dəstəkləyir. Belə deməyə dünyanın bir sıra tanınmış şirkətlərinin bu sahədəki planlarımıza marağının getdikcə artması əsas verir. Xarici ölkələrin enerji şirkətləri ilə müəyyən layihələrlə bağlı müqavilələr, yaxud danışıqlar, razılaşmalar, fikir mübadilələri olub. Son günlər müvafiq qurumlarda keçirilən bir sıra görüşlərdən məlum olur ki, Azərbaycan bərpaolunan enerji sahəsində də möhkəm beynəlxalq tərəfdaşlıq platforması yarada biləcək. Azərbaycan tarixən karbohidrogen resursları ilə zəngin ölkə kimi tanınsa da, hazırda əsas hədəflərdən biri bərpaolunan enerji mənbələri üzrə qoyuluş gücünün 2030-cu ilədək 30 faizə çatdırılmasıdır. Dövlət başçısı bərpaolunan enerjinin inkişafına xüsusi diqqət yetirir. Sosial-iqtisadi inkişafa dair Milli Prioritetlərdən biri “yaşıl artım” ölkəsinə çevrilmək və təmiz ətraf mühitə nail olmaqdır. Həmçinin işğaldan azad edilmiş əraziləri “yaşıl enerji” zonasına çevirmək üçün mühüm strateji vəzifələr müəyyənləşdirilib. Bu bölgələr enerji tələbatının ödənilməsində bərpaolunan enerji mənbələrindən maksimum istifadə ilə dünyada unikal zona kimi tanınacaq.

Elvin Məmmədov – Şıxbağı kənd tam orta məktəbin müəllimi

 

Ölkənin enerji təhlükəsizliyinin təmin olunması prosesinə töhfə

Son illər Azərbaycanda enerji sahəsində böyük işlər görülüb və hal-hazırda bu işlər davam etməkdədir. O cümlədən “Qobu” Enerji Qovşağı son illər ərzində ölkəmizdə inşa edilən ən böyük enerji obyektlərindən biridir. Əlbəttə ki, mümkün olan ən qısa zaman kəsiyində belə nəhəng enerji obyektlərinin inşa edilməsi Azərbaycanın güclü imkanlarından xəbər verir. Ötən bir həftə ərzində gücü 750 meqavat olan Yaşma yarımstansiyanın və 385 meqavat gücündə olan “Qobu” Elektrik Stansiyasının istifadəyə verilməsi ölkənin enerji dayanıqlılığına, enerji təhlükəsizliyinin təmin olunması prosesinə böyük töhfə olacaq. Diqqətəlayiq bir hal da budur ki, genişmiqyaslı nəhəng layihələrin icrasında ancaq Azərbaycan şirkətləri, mütəxəssisləri və fəhlələri iştirak ediblər. Bu isə ölkəmizin eyni zamanda həm iqtisadi, həm də texniki imkanlarının nümayişidir.
Müstəqillik dövründə ölkənin enerji təhlükəsizliyinin təmin edilməsi sahəsində qısa müddət ərzində böyük nailiyyətlər əldə olunub. Bu gün Azərbaycan 4 qonşu ölkəyə – Türkiyə, Rusiya, Gürcüstan və İrana elektrik enerjisi ixrac edir və ixracın həcmi getdikcə artmaqdadır. Təkcə ötən il həmin ölkələrə 1,6 milyard kilovat/saat elektrik enerjisi ixrac edilib. Neft, qaz, elektrik enerjisi ixracatı bu gün həm Azərbaycanın, həm qonşu ölkələrin və hətta Avropa ölkələrinin enerji təhlükəsizliyinə töhfə verir. Azərbaycan nadir ölkələrdəndir ki, bütün qonşu ölkələrə həm xam neft, həm təbii qaz, neft-kimya məhsulları, neft məhsulları və elektrik enerjisini ixrac edir. Bu gün Azərbaycanda bərpa olunan enerji növlərinin istehsalına xarici şirkətlərin getdikcə artan marağı da ölkəmizdə formalaşmış münbit investisiya mühitindən xəbər verir. “Artıq bir neçə ildir ki, bərpaolunan enerji növlərinin istehsalı Prezident cənab İlham Əliyev tərəfindən prioritet sahə kimi müəyyənləşdirilib. Bunun əlbəttə ki, bir neçə səbəbi vardır. İlk növbədə bərpaolunan enerji növləri ən təmiz enerji növüdür. Ümumiyyətlə bu gün Azərbaycanda elektrik enerjisini istehsal etmək üçün ancaq təmiz enerji növlərindən – təbii qazdan, sudan, günəşdən, küləkdən istifadə edilir. Bu isə əlbəttə ki, ətraf mühitin qorunmasına xidmət edən amildir. Bərpaolunan enerji növlərinin istehsalına qoyulan investisiyalar da ilk növbədə bu məqsədi güdür. İkinci bir tərəfdən də Azərbaycanın məhz bu sahəni inkişaf etdirmək üçün çox gözəl imkanları və potensialı mövcuddur. Bu gün ölkəmizdə elə əlverişli investisiya iqlimi yaradılıb ki, həm yerli, həm də xarici şirkətlər buna böyük maraq göstərirlər

Nağıyev Abbas – Dəli Quşçu kənd Ağsaqqallar şurasının sədri


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki