image-qanunla-reklam
image-434453762_978687090277736_4873386229645072263_n

Elektrik enerjisi, avtomobil yolları, dəmir yolları, su kəmərləri, içməli su, o cümlədən suvarma ilə bağlı olan layihələr öz səmərəsini göstərir

image-lady-day-az

Elektrik enerjisi, avtomobil yolları, dəmir yolları, su kəmərləri, içməli su, o cümlədən suvarma ilə bağlı olan layihələr öz səmərəsini göstərir

Regionların inkişafı dövlətimizin iqtisadi siyasətinin əsasıdır. Cənab İlham Əliyev Prezident kimi fəaliyyətə başladığı ilk gündən hər bir ölkənin inkişafında iqtisadi amilin rolunu önə çəkərək belə bir çağırışı səsləndirdi ki, iqtisadi artım qeyri-neft sektorunun hesabına olmalıdır. Həmçinin bu hədəf də qarşıya qoyuldu ki, neft kapitalını insan kapitalına çevirək. Ölkə Prezidentinin qarşıya qoyduğu bu hədəflər regionların potensial imkanlarından səmərəli istifadəni bir tələbə çevirdi. Dövlət başçısı İlham Əliyevin Fərmanı ilə təsdiqlənən dörd Dövlət Proqramının uğurlu icrası hazırda rəqəmlərdə, regionların simasında, həyata keçirilən infrastruktur layihələrində özünün aydın ifadəsini tapır. Artıq ötən il dördüncü Dövlət Proqramının icrası başa çatdı. Cənab İlham Əliyevin rayonlara ardıcıl səfərləri, hər səfərindən sonra həmin regionun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədilə əlavə tədbirlər planının təsdiqlənməsi və Prezidentin Ehtiyat Fondundan vəsaitlərin ayrılması bu inkişafı daha da sürətləndirir. Uğurlu, təkmil addımların nəticəsində yeni iş yerlərinin yaradılması, məşğulluq probleminin həlli insanların sosial rifahının yaxşılaşdırılmasında öz sözünü deyir.

Bu faktı da qeyd etməliyik ki, Azərbaycan Cənubi Qafqaz regionu iqtisadiyyatının 85 faizinə sahibdir. İnkişafın  Azərbaycan modelinin mövcudluğu  dünyaya təqdim edilən və öyrənilməsinin vacibliyi vurğulanan mühüm uğurlarımızdandır. Azərbaycan, eyni zamanda, investisiya cəlbediciliyi baxımından da diqqət çəkir. Hazırda ölkə iqtisadiyyatına yatırılan investisiyaların həcmi 310 milyard dollardır. Bunun 200 milyard dolları qeyri-neft sektorunun payına düşür. Dövlət başçısı İlham Əliyev hər zaman bu çağırışı da edir ki, sərmayələr, xüsusilə xarici sərmayələr sabitlik olan ölkələrə qoyulur. Çünki hər bir sərmayədar o qədər də risk etmək istəmir. Bu baxımdan da Azərbaycan sərmayə qoyuluşu üçün çox münasib ölkədir. Azərbaycanda hökm sürən sabitlik, ictimai-siyasi asayiş sərmayələrin cəlb olunması istiqamətində böyük addımlar atmağa imkan yaradıb.

Regionların inkişafında əsas amillərdən biri infrastruktur layihələrinin uğurla həyata keçirilməsidir: “Cənab İlham Əliyev aprelin 16-da Hacıqabul rayonunda yenidən qurulacaq Şirvan suvarma kanalının təməlqoyma mərasimindəki çıxışında bir daha diqqəti bu kimi məqamlara yönəltdi. Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etmək, əhalinin rifah halını yaxşılaşdırmaq, xüsusilə bölgələrdə yaşayan insanların məşğulluğu üçün şərait yaratmaqdır. Son illər ərzində əsas infrastruktur layihələri icra edilmişdir. Azərbaycanda həyata keçirilmiş infrastruktur layihələri ölkəmizi tamamilə yeni bir səviyyəyə yüksəltdi. Elektrik enerjisi, avtomobil yolları, dəmir yolları, su kəmərləri, içməli su, o cümlədən suvarma ilə bağlı olan layihələr öz səmərəsini göstərir. Əvvəlki illərdə bu sahəyə aid bir çox böyük layihələr icra edilmişdir. Bunlar arasında ilk olaraq Taxtakörpü-Ceyranbatan suvarma kanalı qeyd edilir. Şəmkirçay su anbarı da çox böyük infrastruktur layihələri sırasındadır. Hər bir layihənin uğurlu sonluqla başa çatdırılması maliyyə imkanlarımızın təqdimatıdır.”

Gülnaz Məmmədova – Zərdab Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşı

 

 

İqtisadiyyatını düzgün əsaslar üzərində quran Azərbaycan davamlı inkişafı, təkmil islahatları ilə dünyanın diqqətindədir

Qeyri-neft sektorunun, kənd təsərrüfatının inkişafı, məşğulluğun artırılması, vətəndaşların rifah halının yaxşılaşdırılması və su ehtiyatlarımızdan səmərəli şəkildə istifadə edilməsi, bütün bu amillər qarşıya qoyulan hədəflərə yüksək səviyyədə nail olmağa əsas verir: “Cənab İlham Əliyev çıxışında qarşıdakı illərdə həyata keçiriləcək digər layihələrdən də danışaraq onların reallığa çevrilməsi üçün böyük vəsait tələb edildiyini bildirdi. Azərbaycan güclü dövlətdir, öz gücünə, imkanlarına arxalanır. Hazırda işğaldan azad edilmiş ərazilərimizdə geniş miqyas alan bərpa-quruculuq işləri ölkəmizin iqtisadi imkanları barədə aydın təsəvvür yaradır. Qısa müddətdə iki Beynəlxalq Hava Limanının istifadəyə verilməsi, üçüncünün istifadəsinin  cari ilin sonu, 2025-ci ilin əvvəlləri üçün  nəzərdə tutulması Azərbaycanın yol infrastrukturunun yenilənməsinə, tranzit imkanlarının genişləndirilməsinə göstərdiyi diqqətin bariz nümunəsidir. Hər bir bölgənin inkişafında, iqtisadi imkanlarının artmasında infrastruktur layihələri əhəmiyyətli rol oynayır. Cənab İlham Əliyev sözügedən təməlqoyma mərasimindəki nitqində diqqəti bu reallıqlara da yönəltdi ki, qazlaşdırmanın səviyyəsi 96 faizə çatıb. Elektrik enerjisi ilə təminat və yeni elektrik stansiyalarının yaradılması geniş vüsət alıb və əhəmiyyətli dərəcədə irəliləyişə nail olunub. Ölkəmizdə yeni, müasir yollar diqqətdən kənarda qalmır. Bu hədəf açıqlandı ki, növbəti illərdə hökumətin qarşısında duran əsas infrastruktur layihələri içməli su və suvarma layihələri olacaq.

Vətən müharibəsi və antiterror əməliyyatı nəticəsində bu gün öz su mənbələrimizə tam sahib olmuşuq. Vaxtilə Ermənistan təkcə torpaqlarımızı deyil, su resurslarımızı da işğal etmişdir. Qarabağ və Şərqi Zəngəzurda mövcud olan su resursları  ümumi su resurslarımızın 25 faizini təşkil edir. İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur torpaqlarında hazırda quruculuq işləri ilə yanaşı, kənd təsərrüfatının inkişafı geniş vüsət alıb. Öz dogma yurd-yuvalarına qayıdan soydaşlarımız artıq bu imkanlardan istifadə edirlər. Eyni zamanda, ən müasir texnologiyaların tətbiqi nəticəsində bu ərazilərdə taxılçılıq, meyvəçilik, bostançılıq, üzümçülük geniş vüsət alacaq. Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın ən gözəl yerlərindən biridir. Kənd təsərrüfatı üçün yararlı torpaqların, su resurslarının – çayların, bulaqların, yaylaqların mövcudluğu həm heyvandarlıq, həm də bitkiçilik üzrə çox böyük imkanlar yaradır. Dövlət başçısı İlham Əliyev “Biz hər şeyi planlı şəkildə edirik ki, hər qarış torpaqdan maksimum məhsuldarlıq, maksimum səmərə götürək və bunu edəcəyik” söyləyərək həm hədəfi, həm də ona nail olmağın yollarını açıqladı. Atılan bütün addımların əsasında bir  məqsəd dayanır ki, ölkəmiz hərtərəfli inkişaf etsin, insanlar yüksək rifah şəraitində yaşasınlar.

Rəmzi Şirinov-Zərdab rayonu, Dəkkəoba kənd sakini fəal gənc

 

 

Şirvan suvarma kanalının təməlinin qoyulması ölkəmizdə həyata keçirilən infrastruktur layihələri arasında xüsusi əhəmiyyət kəsb edir.

Azərbaycan maliyyə resurslarını fəal şəkildə qeyri-neft sektoruna yönəldir, həm də onun sürətli inkişafı üçün xarici investisiyaları cəlb edir. Son illər həyata keçirilmiş infrastruktur islahatları Azərbaycanın davamlı inkişafına öz töhfəsini verir və bu tendensiya ildən-ilə güclənir. Xüsusilə də qlobal su çatışmazlığı şəraitində mühüm əhəmiyyət daşıyan suvarma sistemlərinin yaxşılaşdırılmasına və inkişafına yönəlmiş layihələrin həyata keçirilməsi ümumi inkişaf üçün strateji önəm daşıyır. Dünya ciddi quraqlıq problemi ilə üz-üzədir və bu amili nəzərə alan ölkələr sudan istifadədə israfçılığa yol verməməyə çalışırlar. Onilliklərdir qlobal səhralaşma problemi ilə üzləşən Azərbaycan da Kür və Araz hövzələrinin dayazlaşması ilə əlaqədar 2019-2021-ci illərdə ciddi suvarma böhranı yaşamışdı. 2022-ci ilin yağışlı yazında suvarma suyu qıtlığı ilə bağlı vəziyyət bir qədər sabitləşsə də, aydındır ki, problemin aradan qaldırılması yalnız yeni su anbarlarının tikilməsindən, suvarma kanallarının modernləşdirilməsindən və qənaətcil suvarma sistemlərindən istifadədən sonra mümkündür. Buna görə də, suvarma suyu çatışmazlığı problemini həll etmək üçün Kiçik Qafqazın bol sulu regionunda çayların və su anbarlarının ehtiyatlarının cəlb edilməsinə böyük əhəmiyyət verilir

Prezident İlham Əliyevin “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamına əsasən, ölkədə 20 ədəd suvarma kanalının,10 ədəd su anbarının tikintisi nəzərdə tutulur. Mütəxəssislərin fikrincə, bu tədbirlərin həyata keçirilməsi əlavə su ehtiyatlarının yaradılmasına və su ehtiyatlarının düzgün idarə edilməsinə kömək edəcək Aprelin 16-da Prezident İlham Əliyevin Hacıqabul rayonunda Şirvan suvarma kanalının təməlini qoyması bu böyük prosesin sürətlə aparıldığının bir daha təsdiqi oldu. 1958-сi ildə istismara verilmiş, mənbəyini Mingəçevir su anbarı və Kür çayından götürən, uzunluğu 123,5 km olan Yuxarı Şirvan suvarma kanalı vasitəsilə Yevlax, Ağdaş, Göyçay, Zərdab, Ağsu, Kürdəmir, Şamaxı və Hacıqabul rayonlarının əkin sahələri və Şirvan qış otlaqları suvarılır. Prezident İlham Əliyevin 2024-cü ildə imzaladığı “Şirvan suvarma kanalının yenidən qurulması haqqında” Sərəncamında da qeyd olunduğu kimi ölkənin ikinci ən böyük kanalı olan torpaq məcralı Yuxarı Şirvan suvarma kanalı Şirvan düzündə yerləşən 8 rayonun 112 min hektardan artıq əkin sahəsini suvarma suyu ilə və yaşayış məntəqələrini məişət suyu ilə təmin edir. Hacıqabul rayonunda yenidən qurulacaq Şirvan suvarma kanalının əsasının qoyulması aqrar sahə üçün əlamətdar hadisə oldu. Qeyd olunduğu kimi uzun illər ərzində isitismar olunan Yuxarı Şirvan kanalının böyük hissəsinin yararsız hala düşməsi nəticəsində böyük su itkilərinə gətirib çıxarırdı. Şirvan kanalı istifadəyə verildikdən sonra bu problem aradan qalxacaq.

Elyurə Məmmədova-Rayon mədəniyyət mərkəzinin direktoru

 

 

Azərbaycan öz gücünə arxalanan dövlətdir

Prezident İlham Əliyevin vurğuladığı kimi Şirvan kanlının yenidən qurulması  layihəsi 230 min hektar əkin sahəsini əhatə edəcək. Bunun da böyük hissəsi yeni suvarılacaq əkin sahələri olacaq. Şirvan kanalının 2027-ci ilin sonuna qədər istifadəyə veriləcəyi gözlənilir. Qarabağın və ona bitişik yeddi Azərbaycan rayonunun otuz illik işğalı ərzində erməni təcavüzkarları rayonun su infrastrukturunu tamamilə yararsız vəziyyətə salmaları da su təsərrüfatında quruculuq və bərpa işlərinin intensiv aparılmasına zərurət yaradır. Bu gün işğalçıların qovulmasından sonra Azərbaycan regionun bütün əsas çaylarının və su anbarlarının drenajına tam nəzarət edir və uzunmüddətli əsaslarla su infrastrukturunun modernləşdirilməsi üzrə layihələr planlaşdırıb həyata keçirə bilir. Bu, gələcək üçün son dərəcə vacib məqamdır, çünki BMT və bir sıra digər beynəlxalq analitik mərkəzlərin proqnozlarına görə, 2040-cı ilə qədər planetdə əsas qıt resurs içməli və suvarma suyu olacaqdır. Su anbarlarının ölkənin iqtisadi dövriyyəsinə qaytarılması nəticəsində Azərbaycanda şirin və suvarma su sahəsində vəziyyət xeyli yaxşılaşacaq. Qarabağ və Şərqi Zəngəzurda mövcud olan su resurslarının ümumi su resurslarımızın 25 faizini təşkil etməsini nəzərə alsaq su çatışmazlığının aradan qaldılmasına yönəlmiş addımların ürəkaçan olduğunu qeyd edə bilərik.

Bütün bu irimiqyaslı infrastruktur layihələrin Azərbaycan öz hesabına həyata keçirir. Heç bir beynəlxalq maliyyə dəstəyi almadan belə strateji əhəmiyyətli layihələri reallaşdırır. Bu, bir daha onu göstərir ki, Azərbaycan öz problemlərini müstəqil şəkildə həll etməyi bacaran ölkədir.

Prezident İlham Əliyevin bildirdiyi kimi Azərbaycan öz gücünə, öz imkanlarına arxalanan dövlətdir. Kimsədən yardım gözləmədən, öz gücünə, xalqının inamına güvənən Azərbaycan dövləti qarşısında dayanan problemləri həll edir və əlamətdar hadisə olan Şirvan suvarma kanalının təməlinin qoyulması ölkəmizdə həyata keçirilən infrastruktur layihələri arasında xüsusi əhəmiyyət kəsb edir. Cənab Prezidentin bütün sözləri, verdiyi bütün vədlər hər zaman yerinə yetirilib. Bu baxımdan sözügedən layihələrin icrasının da yüksək səviyyədə yerinə yetiriləcəyinə şübhə yoxdur.

Abdulbağı Fazilli – Zərdab şəhər sakini, fəal gənc

 

 

 

Bu gün bölgələrimiz arasında gedən sağlam rəqabət diqqətdən kənarda qalmır

Ölkə Prezidentinin Fərmanları əsasında təsdiqlənən Regional İnkişaf Proqramlarının uğurlu icrası hər bir bölgənin simasının yenilənməsində, şəhərlə kənd arasında fərqin aradan götürülməsində, yeni iş yerlərinin yaradılmasında aydın ifadəsini tapır. Hər bir Dövlət Proqramında nəzərdə tutulan hədəflərə yüksək səviyyədə nail olunması yeni sənədin qəbulunu bir zərurətə çevirmişdir.  Son üç ildən artıq dövrdə tarixi Zəfərimizin reallıqları fonunda yeni hədəflər müəyyənləşdirilib və onlara nail olmaq üçün mühüm addımlar atılır. Bu gün qürurla işğaldan azad edilmiş əraziləimizin bərpasından və yenidən qurulmasından, burada soydaşlarımızın məşğulluğunun təmin edilməsi istiqamətində görülən işlərdən bəhs edirik. Bölgələrimizdə infrastruktur layihələrinin uğurlu icrası hədəflərə yüksək səviyyədə nail olmağa əsas verir. Dövlət başçısı İlham Əliyev aprelin 16-da Hacıqabul rayonunda yenidən qurulacaq Şirvan suvarma kanalının təməlqoyma mərasimindəki çıxışında  bugünədək icrası başa çatdırılan, eyni zamanda, qarşıdakı dövrdə icrası nəzərdə tutulan layihələrdən geniş bəhs edərək bu reallığı da diqqətə çatdırdı ki, Azərbaycan güclü, öz gücünə,  imkanlarına arxalanan dövlətdir. Hazırda azad Qarabağda və Şərqi Zəngəzurda elə genişmiqyaslı işlər görülür ki, bunun dünyada misli-bərabəri yoxdur. Cəmi üç il ərzində görülmüş işlər dövlətimizin gücünü, iradəsini göstərir. Nəzərdə tutulan hər bir layihə icra ediləcək. Hər bir layihənin əhəmiyyəti var. Su ehtiyatları məhdud olan Azərbaycan bu sahədə də özünü tam təmin etmiş olacaq.”

Qeyri-neft sektorunun inkişafı əsas hədəflər sırasındadır: “Regionların malik olduqları potensialdan səmərəli istifadə etmək üçün bütün zəruri addımlar atılır. İnfrastrukturun yenilənməsi, təkmilləşməsi ilk gündən qarşıya əsas vəzifə kimi qoyulub. Bu gün qürurla bu mühüm məqamı qeyd edirik ki, bütün bölgələrimiz, o cümlədən işğaldan azad edilmiş ərazilərimiz inkişaf dövrünü yaşayır. Cənab İlham Əliyevin regionlara hər bir səfəri yeni sosial obyektlərin açılışı və təməlqoyma mərasimlərinin keçirilməsi ilə yadda qalır. Təkcə son günlərdə Hacıqabul və Qəbələ rayonlarına, Gəncə şəhərinə səfəri zamanı atılan addımlara diqqət yetirmək kifayətdir. Cənab İlham Əliyevin sözügedən təməlqoyma mərasimində qeyd etdiyi kimi, bir neçə gün bundan əvvəl Şirvan suvarma kanalının yenidən qurulması haqqında Sərəncam imzalandı, bu gün isə kanalın təməli qoyulur. Bu, çox əlamətdar hadisədir. Son illər ərzində Azərbaycanda həyata keçirilən infrastruktur layihələri arasında bu layihənin xüsusi əhəmiyyəti vardır. Çünki Yuxarı Şirvan suvarma kanalı uzun illərdir fəaliyyət göstərir. Kanal torpaq məcralıdır və illər keçdikcə kanalın böyük hissəsi sıradan çıxmışdır.  İcra ediləcək yeni layihə 230 min hektar əkin sahəsini əhatə edəcək. Əgər əvvəlki dövrlərdə bu kanal 8 rayonu əhatə edirdisə, indi 10 rayonu əhatə edəcək və kanalın son nöqtəsi Hacıqabul gölü olacaq. Bu layihə bir daha onu göstərir ki, Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etmək, insanların rifah halını yaxşılaşdırmaq, xüsusilə bölgələrdə yaşayan insanların məşğulluğu üçün şərait yaratmaqdır.”

Son illər ənənəvi kənd təsərrüfatı sahələrinin inkişaf etdirilməsi prioritetlər sırasındadır: “Bölgələr arasında ixtisaslaşmanın aparılması, onların malik olduqları resurslardan istifadəni təmin etmək üçün həmin sahə ilə bağlı Dövlət Proqramlarının təsdiqlənməsi və uğurlu icrası da bu məqsədə xidmət edir. Hazırda işğaldan azad edilmiş ərazilərimizdə də bu məsələyə xüsusi diqqət göstərilir

Cavid Nuriyev – Zərdab şəhər sakini, fəal gənc


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki