image-qanunla-reklam
image-438108272_982527873226991_5306507312827094310_n

İcra ediləcək yeni layihə 230 min hektar əkin sahəsini əhatə edəcək

image-lady-day-az

İcra ediləcək yeni layihə 230 min hektar əkin sahəsini əhatə edəcək

Yuxarı Şirvan suvarma kanalı uzun illərdir fəaliyyət göstərir. Yuxarı Şirvan kanalı 1958-ci ildə istifadəyə verilən və ölkənin ikinci ən böyük kanalı olan torpaq məcralı Yuxarı Şirvan suvarma kanalı başlanğıcını Mingəçevir su anbarından götürür. Yuxarı Şirvan kanalı Şirvan düzündə yerləşən Yevlax, Ağdaş, Göyçay, Zərdab, Ucar, Kürdəmir, İsmayıllı və Ağsu rayonlarının 112 min hektardan çox əkin sahəsini suvarma və yaşayış məntəqələrini məişət suyu ilə təmin edir. 65 ildən artıq fasiləsiz istismar edilməsi, illik su itkilərinin kəskin artması və qurğuların qəzalı vəziyyətə düşərək funksiyalarını itirməsi nəticəsində mövcud əkin sahələrinin vegetasiya dövründə suvarma suyu ilə təminatında çatışmazlıqlar yaradıb, bölgənin suya daim artan tələbatının ödənilməsindəki gərginliyi daha da dərinləşdirməklə ekoloji tarazlığın pozulmasına gətirib çıxarıb. Yuxarı Şirvan suvarma kanalının infrastrukturunun bərpası, habelə mövcud təsərrüfatların su təminatı məsələlərinin vaxtında və səmərəli şəkildə həllinin dəstəklənməsi, su ehtiyatlarından daha səmərəli istifadə olunması, magistral kanalın suburaxma qabiliyyətinin artırılması məqsədilə aprelin 8-də Prezident cənab İlham Əliyev Şirvan suvarma kanalının yenidən qurulması haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, Yuxarı Şirvan suvarma kanalının adı dəyişdirilərək Şirvan suvarma kanalı adlandırılıb.

Prezident İlham Əliyev yenidən qurulacaq Şirvan suvarma kanalının təməl qoyma mərasimində iştirakı zamanı bildirdi ki, artıq kanal yenidən inşa ediləcək və beləliklə, minlərlə insan bu layihədən faydalanacaq. 120 kilometrlik kanalın uzunluğu təxminən iki dəfə artırılacaq və 200 kilometrdən çox olacaq. Əkin sahələri də iki dəfədən çox artırılacaq. İcra ediləcək yeni layihə 230 min hektar əkin sahəsini əhatə edəcək. Bunun böyük hissəsi yeni suvarılacaq əkin sahələridir. Əgər əvvəlki dövrlərdə bu kanal 8 rayonu əhatə edirdisə, indi 10 rayonu əhatə edəcək.  Həmçinin Agentliyin sifarişi ilə Türkiyənin “Su Yapı” məsləhətçi şirkəti tərəfindən Yuxarı Şirvan kanalının yenidən qurulması üzrə texniki-iqtisadi əsaslandırma sənədləri və 4 mərhələdə işçi layihə hazırlanıb. Kanalın müasir tələblər səviyyəsində yenidən qurulması və tikintisi mərkəzləşdirilmiş SCADA sistemi yaratmaqla su ehtiyatlarından daha səmərəli istifadəyə və optimal idarəetməyə, yaşayış məntəqələrinin məişət su təminatının yaxşılaşdırılmasına, 230 min hektar torpaq sahəsinin suvarma suyu ilə təmin edilməsinə, o cümlədən 110 min hektardan çox mövcud əkin sahələrinin su təminatının yaxşılaşdırılmasına və 116 min hektar əkinə yararlı torpaqların dövriyyəyə cəlb olunmasına, təqribən 346 milyon kubmetr su itkisinin qarşısının alınmasına, Hacıqabul gölünün, ətraf ərazilərin ekoloji və torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılmasına, yüksək məhsuldarlığın əldə olunmasına, iri təsərrüfatlara məxsus əkin sahələrini suvarma suyu ilə təmin edən nasos stansiyalarının fəaliyyətinin dayandırılmasına və Pirsaatçay su anbarının nasos stansiyasının qidalandırılmasına imkan verəcək.

Emil Kamilov – “Rayon Mərkəzi Xəstəxanası” PHŞ direktoru

 

 

Azərbaycanda həyata keçirilmiş infrastruktur layihələri ölkəmizi tamamilə yeni bir səviyyəyə qaldırmışdır

Azərbaycanda su təhlükəsizliyinin etibarlı şəkildə təmin olunması əsas vəzifələrdən biri kimi qarşıya qoyulub. Xüsusilə, son illərdə bir tərəfdən baş verən iqlim dəyişmələri, əsasən qonşu ölkələrdən daxil olan yerüstü su həcmlərinin və yağıntıların əhəmiyyətli dərəcədə azalması, digər tərəfdən isə ölkə iqtisadiyyatının, o cümlədən kənd təsərrüfatının inkişafı, əkin sahələrinin, suvarma və içməli su təchizatı üzrə şəbəkələrin genişləndirilməsi nəticəsində suya tələbatın artması ölkədə su təhlükəsizliyi ilə bağlı məsələlərin aktuallığını daha da artırıb. Prezident cənab İlham Əliyevin aprelin 16-da Hacıqabul rayonunda yenidən qurulacaq Şirvan suvarma kanalının təməlini qoyması su təminatının yaxşılaşdırılması istiqamətində mühüm addımdır. Hazırda 120 kilometrlik kanalın uzunluğu təxminən iki dəfə artırılacaq və 200 kilometrdən çox olacaq. Əkin sahələrinə gəldikdə isə o da iki dəfədən çox artırılacaq. İcra ediləcək yeni layihə 230 min hektar əkin sahəsini əhatə edəcək. Bunun böyük hissəsi yeni suvarılacaq əkin sahələridir. Əgər əvvəlki dövrlərdə bu kanal 8 rayonu əhatə edirdisə, indi 10 rayonu əhatə edəcək və kanalın son nöqtəsi Hacıqabul gölü olacaq. Məlumdur ki, Hacıqabul gölü 10 ildən çoxdur ki, tamamilə quruyub. Kanal istifadəyə veriləndən sonra göl də dolacaq və bunun da təbiətə çox müsbət təsiri olacaq. Cənab Prezidentin dediyi kimi, bu layihə bir daha onu göstərir ki, Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etmək, insanların rifah halını yaxşılaşdırmaq, xüsusilə bölgələrdə yaşayan insanların məşğulluğu üçün şərait yaratmaqdır. Azərbaycanda həyata keçirilmiş infrastruktur layihələri ölkəmizi tamamilə yeni bir səviyyəyə qaldırıb. Elektrik enerjisi, avtomobil yolları, dəmir yolları, su kəmərləri, içməli su layihələri, o cümlədən suvarma ilə bağlı olan layihələr artıq öz səmərəsini verir.

Ermənistanın 30 illik işğalı nəticəsində respublikamızın bir sıra bölgələrin su təminatı ciddi çətinliklərlə üzləşmişdi. Həm də işğalçı ölkə təbiətimizə, o cümlədən çaylarımıza böyük ziyan vurmuşdu. Amma Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə Vətən müharibəsində qazanılan Zəfərimiz bu problemin həllinə əhəmiyyətli dərəcədə müsbət təsir göstərir. Azad edilmiş ərazilərin su resurslarından səmərəli istifadə üçün müvafiq əməli tədbirlərin görülməsi su çatışmazlığı probleminin həllinə öz töhfəsini verəcək. Bu gün işğaldan azad edilmiş ərazilərdə yeni su anbarları, su elektrik stansiyaları tikilir, bütövlükdə mühüm meliorasiya və su təsərrüfatı işləri həyata keçirilir. Bütün bunlar ölkəmizdə su təminatının əhəmiyyətli dərəcədə yaxşılaşdırılmasında xüsusi rol oynayacaq.

Sevinc İmanova – “Rayon Mərkəzi Xəstəxanası” PHŞ-də ASM-nin müdiri

 

 

Həkəriçay, Bərgüşadçay su anbarlarının və kanalların inşa edilməsi nəzərdə tutulur

Qarabağ və Şərqi Zəngəzurun ərazisindən keçən çayların bəzilərinin üzərində vaxtilə 9 su anbarı inşa edilmişdir. Bunlar Xudafərin, Sərsəng, Qız Qalası, Xaçın, Aşağı Köndələnçay, Suqovuşan, Köndələnçay-1, Kön­dələnçay-2 və Ağdamkənd su anbar­larıdır. Bu anbarlardan ən böyüyü Xudafərin su anbarıdır. Təxmini hesablamalara görə, ərazilərimizin və su qovşaqlarının işğaldan azad olunması nəticəsində 2 milyard kubmetrdən artıq su ehtiyatından daha səmərəli istifadə etmək imkanı yaranıb ki, hazırda respublikamızın su təsərrüfatı və meliorativ orqanları bu istiqamətdə genişmiqyaslı fəaliyyət planı həyata keçirirlər. Ərazilərin su təchizatı magistral sisteminin qurulması ilə bağlı ötən dövr ərzində meliorasiya və su təsərrüfatı obyektlərinin texniki vəziyyətinin qiymətləndirilərək elektron kadastr məlumatı və xəritəsi hazırlanacaq, Suqovuşan su anbarı 5,2 km uzunluğunda magistral kanalla birlikdə, Xaçınçay su anbarı isə 7 km uzunluğunda kanalla birlikdə təmir və bərpa ediləcək, Tərtərçay Sol Sahil kanalı yenidən qurulacaq. Həmçinin Aşağı Köndələnçay, Köndələnçay-1 və Köndələnçay- 2 su anbarları da təmir və bərpa olunacaq. Suqovuşan hidroqovşağının təmirindən sonra 100 min hektar, Tərtərçay Sol Sahil kanalının yenidən qurulmasından sonra 29,6 min hektar, Xaçınçay su anbarının bərpasından sonra 7 min hektara yaxın, Aşağı Köndələnçay, Köndələnçay-1 və Köndələnçay- 2 su anbarlarının təmirindən sonra 6,2 min hektar torpaq sahəsinin suvarma suyu ilə təmini yaxşılaşacaq.
Həmçinin 2026-cı ilədək olan dövrdə Bərgüşadçay, Həkəriçay və Zabuxçay su anbarları, Qız qalası su anbarından magistral suvarma kanalının tikintisi həyata keçiriləcək.

Bərgüşadçay, Həkəriçay və Zabuxçay su anbarlarının tikintisi nəzərdə tutulub. Bərgüşadçay su anbarı Qubadlı rayonu ərazisində təqribən 12 min hehtar yeni torpaq sahəsinin suvarılmasını və Qız qalası hidroqovşağından çıxan kanalın qidalandırılmasını, Həkəriçay su anbarı Şuşa, Laçın, Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli, Ağdam, Beyləqan, İmişli, Saatlı, Sabirabad rayonlarında 3 milyona yaxın əhalinin yüksək keyfiyyətli içməli su ilə təchizatını, Zabuxçay su anbarı isə Qubadlı və Zəngilan rayonları ərazisində 12100 ha torpaq sahəsinin suvarılmasını təmin edəcək.
Bunlarla yanaşı, Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın və Kəlbəcər rayonları üzrə ayrı-ayrılıqda meliorasiya və su təsərrüfatı kompleksinin bərpası və inkişafı ilə bağlı layihələr də həyata keçiriləcək.

Günel Əlizadə – Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktor əvəzi

 

 

 

Azərbaycan dövləti güclü dövlətdir, öz gücünə, öz imkanlarına arxalanan dövlətdir

Qarabağ və Şərqi Zəngəzurun iqtisadi potensialının hərəkətə gətirilməsi və geri dönən vətəndaşların məşğulluğunun təmin edilməsi üçün azad edilmiş ərazilərdə iqtisadi subyektlərin yaradılması da dövlət tərəfindən təşviq olunur iri iqtisadi layihələr həyata keçirilir. İndiyə kimi bu məqsədlə “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının, Ağdam Sənaye Parkının, Laçın Aqro və Sənaye Parkı Parkının və Zəngilanda “Dost Aqropark”ın təməli qoyulub. “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkına sahibkarlar tərəfindən böyük maraq göstərilir. Artıq 5 sahibkarlıq subyekti parkın rezidenti kimi, 1 sahibkarlıq subyekti isə qeyri-rezident kimi qeydiyyata alınıb. Laçın şəhərində yaradılan Aqro və Sənaye Parkı isə rayonun sosial-iqtisadi həyatında mühüm rol oynayacaq. Burada əhalinin məşğulluğunun təmin edilməsi üçün yaradılacaq müəssisələrdə işlə təmin olunacaq. Ağdam Sənaye Parkı Qarabağın iqtisadi inkişafına və əhalinin məşğulluğunun təmin edilməsinə böyük töhfə verəcək. Daha bir iqtisadi subyekt Zəngilanda yaradılır. Türkiyəli və azərbaycanlı sərmayədarlar tərəfindən burada həyata keçirilən “Dost Aqropark” layihəsi üç mərhələdə icra olunur. Layihənin birinci mərhələsində inzibati binalar, qapalı və yarıaçıq heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr, istirahət zonası, xidməti heyətin qalması üçün binalar tikiləcək. Bununla yanaşı, bütün bölgəyə hədəflənən inteqrasiya olunmuş ət emalı və qablaşdırma müəssisəsi qurulacaq, tutumu 100 min ton olan kənd təsərrüfatı anbarı sistemi inşa ediləcək.

Torpaqlarımızın işğaldan azad edilməsi isə yol-nəqliyyat infrastrukturu sahəsində çağırışları yeniləyib və azad edilmiş ərazilərdə yolların bərpasını bu sahə üzrə məsul olan qurumların bir nömrəli vəzifəsinə çevirib. Ötən dövr ərzində Qarabağ və Şərqi Zəngəzurda onlarla yeni yolun təməli qoyulub və onlardan bir neçəsinin inşası başa çatdırılıb. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının ərazisində icra olunan və işğaldan azad edilmiş rayon və kəndlərin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq yol infrastrukturu layihələrində ümumi uzunluğu 66 km-ə yaxın olan 39 avtomobil tunelinin inşası da həyata keçirilir. 2026-cı ilə qədər həm də azad edilmiş bütün şəhərlərin daxili yollarının tikintisinin başa çatdırılması proqnozlaşdırılır. Yollarla yanaşı, artıq azad edilmiş ərazilərdə iki beynəlxalq hava limanı inşa olunub. Bunlar “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin xətti ilə inşa olunmuş Füzuli və Zəngilan beynəlxalq hava limanlarıdır. Olduqca mühüm strateji əhəmiyyətə malik olan Laçın aeroportu logistik mərkəzlərin yaradılmasına da töhfə verəcək. Laçın hava limanı Azərbaycanın dəniz səviyyəsindən ən hündürdə yerləşən aeroportu olacaq. İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən quruculuq işlərinin bir istiqamətini də enerji infrastrukturunun qurulması və regionun enerji, o cümlədən bərpa olunan enerji potensialından səmərəli istifadə çərçivəsində elektrik enerjisi ilə etibarlı təminat məsələləri təşkil edir. Dövlət proqramına əsasən vəzifələrdən biri Qarabağ və Şərqi Zəngəzurun elektrik təchizatı şəbəkəsinin qurulması, Şuşa, Xocavənd, Ağdam, Füzuli, Zəngilan, Kəlbəcər, Laçın, Qubadlı, Cəbrayıl, Tərtər və Xocalı rayonlarının yaşayış məntəqələrində elektrik təchizatı şəbəkəsinin tikintisi, yarımstansiyaların, “yaşıl enerji” konsepsiyası çərçivəsində rəqəmsal yarımstansiyaların və su elektrik stansiyalarının tikintisidir. Qarabağ və Şərqi Zəngəzurun çaylarının üzərində vaxtilə 30-a yaxın su elektrik stansiyası mövcud olub. Ona görə bu ərazilərdə elektrik enerjisinin 90 faizindən çoxu su elektrik stansiyalarında istehsal edilib. Hazırda enerji sahəsində prioritetlərdən biri Qarabağ və Şərqi Zəngəzurda elektrik stansiyalarının bərpası və ya yenilərinin inşasıdır. İşğaldan azad edilən ərazilərin böyük hissəsinin Azərbaycanın ümumi enerji sisteminə qoşulması üçün Füzulidəki “Şükürbəyli” yarımstansiyası da genişləndirilərək tam yenidən qurulub. Həmçinin 8 şəhər Baş plan əsasında yenidən qurulur, hər birində yeni yaşayış məhəllələri salınır. Qarabağ və Şərqi Zəngəzurda hələlik 6 xəstəxana, 8 məktəb və 1 peşə liseyinin tikintisi davam edir.

Nağıyev Abbas – Dəli Quşçu kənd Ağsaqqallar şurasının sədri


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki