image-qanunla-reklam
image-ilham-aliyev-1

İlham Əliyevin ünvanına təbriklər gəlməkdə davam edir

image-lady-day-az

Dövlətlərarası Aviasiya Komitəsinin sədri Oleq Storçevoy Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

President.az xəbər verir ki, məktubda deyilir:

“Dövlətlərarası Aviasiya Komitəsinin adından və şəxsən öz adımdan növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkisində inamlı qələbəniz münasibətilə səmimi təbriklərimizi qəbul edin.

Bu qələbə Azərbaycan xalqının Sizə, siyasi sabitlik və sosial-iqtisadi inkişaf istiqamətində həyata keçirdiyiniz kursa olan sonsuz etimadının göstəricisidir. Sizin rəhbərliyinizlə Azərbaycan Respublikası dünyada ən mütərəqqi dövlətlərdən birinə çevrilib.

İcazə verin, Sizə yeni-yeni uğurlar və Azərbaycan Respublikasının inkişafı naminə ali dövləti fəaliyyətinizdə daha böyük nailiyyətlər arzulayım”.

Bundan başqa, İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Hissein Brahim Taha da Prezident İlham Əliyevi təbrik edib.

Təbrik məktubunda deyilir:

“Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi çatdırmaqdan şərəf duyuram.

Azərbaycan Respublikası ilə İslam Əməkdaşlıq Təşkilatı arasında mövcud olan möhkəm əlaqələri qeyd etməkdən məmnunam. Sizi əmin etmək istəyirəm ki, bu əlaqələri qarşılıqlı faydamız naminə genişləndirməkdə qətiyyətliyəm.

Mən qadir Allaha dua edirəm ki, qüdrətli ölkənizin inkişafı üçün göstərdiyiniz nəcib səylərinizdə Zati-alinizə uğurlar bəxş etsin.

Cənab Prezident, xahiş edirəm Sizə ən yüksək ehtiramımı qəbul edin”.

ATƏT-in Baş katibi Helqa Maria Şmid də eyni zamanda Azərnbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Məktubda deyilir:

“Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə təbriklərimi çatdırmaq və fürsətdən istifadə edib yeni səlahiyyət müddətinizdə Sizə müvəffəqiyyətlər arzu etmək istərdim.

Daha təhlükəsiz və firavan ATƏT regionu naminə birgə fəaliyyətimizi davam etdirməyi səbirsizliklə gözləyirəm. Bu baxımdan, qarşıdan gələn Münxen Təhlükəsizlik Konfransı zamanı Sizi yenidən görmək və təbriklərimi şəxsən çatdırmaq fürsətinə malik olacağıma ümid edirəm.

Azərbaycan və ATƏT arasında mövcud olan uzunmüddətli əməkdaşlığın qarşıdakı aylar ərzində inkişaf etməkdə və möhkəmlənməkdə davam edəcəyinə inanıram.

Zati-aliləri, yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki