Emmanuel Makron Əlcəzairə səfərində belə fikir səsləndirmişdi ki, kolonializm dünyanın ən böyük dəhşətlərindən biridir. Ancaq biz bu gün Fransa Prezidentinin dedikləri ilə əməllərinin üst-üstə düşmədiyini görürük.
Qanunla.Az xəbər verir ki, bunu Milli Məclisin deputatı Şahin İsmayılov parlamentdə təşkil olunan “Yeni Kaledoniya: Tarix, müasir çağırışlar və gözlənilən gələcək” mövzusuna həsr edilmiş konfransda deyib.
O vurğulayıb ki, Azərbaycan 44 günlük Vətən müharibəsində qazandığı qələbə ilə dövlətlərin böyüklüyünün onların ərazilərinin genişliyi ilə əlaqəli olmadığını bütün dünyaya göstərib.
Deputat Yeni Kaledoniyanın müstəqillik əldə edəcəyinə ümidvar olduğunu bildirib.