image-qanunla-reklam
image-1710257531_azer1

Azərbaycanla Qazaxstan arasındakı dostluq və əməkdaşlıq əlaqələri bu gün də yüksək səviyyədədir

image-lady-day-az

Azərbaycanla Qazaxstan arasındakı dostluq və əməkdaşlıq əlaqələri bu gün də yüksək səviyyədədir

Azərbaycan və Qazaxıstan müstəqilliklərini qazandıqları gündən regionda və beynəlxalq aləmdə bir-birinə dəstək verən iki strateji tərəfdaşdır. Qazaxıstan həmişə ölkəmizin ərazi bütövlüyünü dəstəkləmişdir. Yalnız dövlətlərarası sənədlərdə deyil, real həyatda da Azərbaycan Qazaxıstanın dəstəyini hər zaman hiss edib.

Azərbaycanla Qazaxstan arasındakı dostluq və əməkdaşlıq əlaqələri bu gün də yüksək səviyyədədir. Belə ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin də ölkəmizlə çoxşaxəli əməkdaşlıq etməkdə maraqlıdır və bu istiqamətdə real addımlar atır. Avqustun 24-də  Azərbaycana rəsmi səfər edən Kasım-Jomart Tokayev Prezident İlham Əliyevlə təkbətək və geniştərkibli görüşlərində  ticari-iqtisadi, nəqliyyat, logistika, həmçinin strateji tərəfdaşlığa dair müzakirələr aparılıb. Eyni zamanda, bir çox sahələr üzrə  əməkdaşlığa dair mühüm sənədlər imzalanıb.

Avqustun 27-də Azərbaycanla Qazaxıstan arasında diplomatik münasibətlərin qurulmasının 30 ili tamam olur. Səfər çərçivəsində iki ölkə rəhbərləri arasında «Strateji münasibətlərin möhkəmləndirilməsi və müttəfiqlik  qarşılıqlı fəaliyyətinin dərinləşdirilməsi haqqında Bəyannamə də imzalandı. Bu, bir daha təsdiq etdi ki, hər iki ölkə strateji tərəfdaş olmaqla yanaşı, həmçinin müttəfiqlərdir. İmzalanan sənədlər arasında «Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında 2022-2026-cı illər üzrə əməkdaşlığın inkişaf etdirilməsi haqqında Kompleks Proqram»ı da xüsusi qeyd etməliyik. Ümumilikdə həm prezidentlərin iştirakı ilə imzalanan bu sənədlər, həmçinin müvafiq strukturlar arasında imzalanan 20-dən çox sənəd 30 illik yola söykənərək gələcək üçün müəyyənləşdirilən hədəflərin təqdimatı idi.

Nailə Əliyeva Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru

 

 

Azərbaycan və Qazaxıstan təkcə mehriban qonşular deyil, həm də uzunmüddətli tərəfdaşlardır

İlham Əliyevin və Qasım-Jomart Tokayevin səyləri nəticəsində iki ölkə arasındakı mövcud əlaqələr daha da dərinləşərək strateji tərəfdaşlıq və qardaşlıq səviyyəsinə yüksəlib. 44 günlük Vətən müharibəsi zamanı ərazilərimizi işğalçılardan azad etmək üçün apardığımız mübarizədə Qazaxıstanın mövqeyini xüsusilə vurğulamaq lazımdır. Qazaxıstanın, eləcə də ölkəmizin çoxsaylı həqiqi dostlarının obyektiv və balanslı mövqeyi İkinci Qarabağ savaşında  ədalətin qalib gəlməsinə kömək etdi. Bu münasibətlərin bütün sahələrdə daha da inkişaf etməsi üçün bu gün də tərəflər  siyasi iradəsi numaiyiş etdirirlər. Din, dil və ortaq tariximiz də bunu tələb edir.

İki ölkə arasında sıx siyasi və iqtisadi dialoqla yanaşı, mədəni-humanitar, elm və təhsil sahələrində əməkdaşlıq dinamik şəkildə inkişaf edir. Bu, şübhəsiz ki, Qazaxıstan-Azərbaycan əlaqələrinin hərtərəfli inkişafı­na öz töhfəsini verir. Azərbaycanın Qazaxıstanda və Qazaxıstanın Azərbaycanda vaxtaşırı mədəniyyət günləri keçirilməklə ölkələrin mədəniyyət sahəsindəki  nailiyyətləri nümayiş etdirilir. Bütün bu amillər son 30 ildə bizi daha da yaxınlaşdırıb. Eyni soy köklərimiz, adət-ənənələrimiz- bütün bunlar xalqlarımızın daha da yaxınlaşmasına yaxşı zəmin yaradıb. Qeyd etmək lazımdır ki, oxşar cəhətlərə, xüsusilə Azərbaycan Qazaxıstan neft ölkələri olmalarına baxmayaraq bu sahədə bir-birinə rəqib deyillər. Azərbaycanın tərəfdaşları ilə həyata keçir­diyi yeni layihələr- avtomobil marşrutları, dəmir yolları, və digər kommunikasiyalar dost və qardaş Qazaxıstan üçün də yeni imkanlar açır. Bu kontekstdə Azərbaycan və Qazaxıstan təkcə mehriban qonşular deyil, həm də uzunmüddətli tərəfdaşlardır. İndi Azərbaycan və Qazaxıstan regionda inteqrasiya və təhlükəsizliyin arxitekturasını müəyyən edən iki nəhəng gücdür. Hər iki ölkə Asiya-Avro­pa marşrutu üzrə yüklərin daşınmasında mühüm rol oynayır.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin ölkəmizə səfərinin və yaddaqalan məqamları sırasında yer alan ən mühüm hadisə isə Prezident İlham Əliyevə Qazaxıstanın «Altın kıran» – «Qızıl qartal» ali ordeninin təqdim edilməsi oldu. Dövlət başçısı İlham Əliyev bu mükafatı bütün Azərbaycan xalqına hörmətin göstəricisi kimi qeyd etdi. Eyni zamanda, vurğuladı ki,  Qazaxıstan ilə münasibətlər bundan sonra da Azərbaycanın xarici siyasətində prioritet olacaq.

Rasim Hüseynov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədri

 

 

Azərbaycanla Qazaxıstanı yalnız tarixi dostluq-qardaşlıq telləri deyil, həm də soykökü bağlayır

Azərbaycanın MDB məkanında keçmiş postsovet dövlətləri ilə əlaqələrini möhkəmləndirməsi siyasəti uğurlu proseslər ilə davam edir. Belə ki, həmin ölkələr arasında Qazaxıstan Respublikasının da önəmli yeri və rolu mövcuddur. Lakin o da sirr deyil ki, Azərbaycan və Qazaxıstan dövlətləri arasında bütün sahələrdə əlaqələrin inkişafı üçün daha çox və daha geniş imkanlar və potensial mövcuddur. Bu baxımdan, dünyanın qlobal siyasi təlatümləri fonunda bu kimi əlaqələrin möhkəmləndirilməsi artıq öz labüdlüyünü isbatlamaqdadır. Artiq həmin istiqamətdə də Ulu Öndərin siyasi kursu bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, iki ölkə arasında münasibətlər getdikcə daha da dərinləşir, öz müsbət bəhrələrini verir. Məhz Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana rəsmi səfəri də bu reallığı bir daha təsdiqləməkdədir. 2019-cu ildə hakimiyyətə gəlməsindən sonra Kasım-Jomart Tokayev Azərbaycana ilk rəsmi səfərini reallaşdırıb. Eyni zamanda, sözügedən səfər Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi çərçivəsində həyata keçirilib. Səfər çərçivəsində ikitərəfli münasibətlərin geniş spektrinə dair müzakirələr aparılıb. Həmçinin, əminlik ifadə edilib ki, Azərbaycan və Qazaxıstan dövlətləri arasında bütün sahələrdə əlaqələrin inkişafı üçün çox geniş imkanlar və potensial var. Bu imkanlardan da maksimum istifadə edilməlidir. Vacib əhəmiyyətli görüşlərdən sonra imzalanan sənədlərdə ikitərəfli münasibətlərin bundan sonrakı inkişafına xidmət edəcək nüanslar da yer alıb.

Həmin nüasnların təhlilinə qədər isə növbəti tarixi aspektləri də xatırlamaq olar. Azərbaycanla Qazaxıstanı yalnız tarixi dostluq-qardaşlıq telləri deyil, həm də soykökü bağlayır. Daha dəqiq desək, bu əlaqələrdə soykök, eyni mədəni və mənəvi amillər mühüm önəm kəsb edir. Eyni zamanda, hər iki ölkə strateji tərəfdaşdır. Ölkələrimiz arasında diplomatik əməkdaşlığın qurulmasından keçən 30 il ərzində münasibətlər bütün sahələr üzrə dinamik inkişaf yolu keçib. Xüsusən, Azərbaycanın ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsiplərinə əsaslanan ədalətli mövqe nümayiş etdirib.

Gülnaz Məmmədova – Zərdab Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşı

 

 

Qazaxıstanla bizi ortaq tarix və dəyərlər birləşdirir

Ticari-iqtisadi əlaqələrin davamlı genişləndirilməsi məqsədilə mühüm addımlar atılıb. Bunun nəticəsidir ki, iki ölkə arasında ticarət dövriyyəsi xeyli yüksəlib. Bu xüsusda biz Nur–Sultan şəhərində Azərbaycan Ticarət evinin də fəaliyyətini vurğulaya bilərik. Məhz bunun sayəsində Azərbaycandan Qazaxıstana daha çox məhsul ixracına imkanlar yaranır. O cümlədən, həm energetika, həm nəqliyyat, həm kənd təsərrüfatı, həm də digər sahələrdə əməkdaşlıq və qarşıya qoyulan məqsədlər ölkələrimizin inkişafına mühüm töhfələrini verməkdədir.Bu gün iki ölkə arasında yanacaq-energetika, nəqliyyat, logistika, informasiya–kommunikasiya texnologiyaları, kənd təsərrüfatı və qida təhlükəsizliyi, miqrasiya, səhiyyə, mədəniyyət, turizm, təhsil, ətraf mühitin mühafizəsi, gənclər siyasəti və digər sahələrdə əlaqələrin genişləndirilməsinə xüsusi əhəmiyyət verilir. Azərbaycan şirkətlərinin Qazaxıstanda həyata keçirilən infrastruktur layihələrində və digər istehsal sahələrində iştirakının təmin edilməsi üçün qarşılıqlı məlumat mübadiləsi aparılır. Azərbaycanın sənaye parklarının məhsullarının Qazaxıstan bazarına çıxarılması, həmçinin qazax şirkətlərinin ölkəmizdə birgə müəssisələrin yaradılmasına cəlb edilməsi, neft və neft məhsullarının ticarətinin genişləndirilməsi məsələləri də diqqət mərkəzində saxlanılır.Transxəzər beynəlxalq nəqliyyat marşrutunun rəqabət qabiliyyətinin artırılması və beynəlxalq yükdaşımaların cəlb edilməsi üçün işlər uğurla davam etdirilir
İki ölkə arasında nəqliyyat sahəsində əməkdaşlığa da xüsusi önəm verilir. Bu, təsadüfi deyil. Belə ki, Azərbaycan və Qazaxıstan Çindən Avropaya qədər uzanan beynəlxalq nəqliyyat dəhlizinin üzərində yerləşir. Hər iki ölkənin marağı bu tranzit xəttin imkanlarından səmərəli şəkildə faydalanmaqdır. Hazırda Bakı-Tbilisi-Qars dəmir yolu xətti, Yeni Bakı Beynəlxalq Dəniz Limanı, Qazaxıstanın qərb və şərq sərhədlərini birləşdirən dəmir yolu xətləri və Kurık dəniz limanı ölkələrimizin tranzit potensialının daha da artırılmasına müsbət təsir göstərir. Artıq Çin-Avropa istiqamətində region üzərindən yükdaşımalarının artması bunun bariz ifadəsidir.Azərbaycan və Qazaxıstan ərazisindən keçən Transxəzər beynəlxalq nəqliyyat marşrutunun rəqabət qabiliyyətinin artırılması və bu marşruta beynəlxalq yükdaşımaların cəlb edilməsi üçün işlər uğurla davam etdirilir.

Ən əsas məqamlardan biri də Türk Şurasında olan əməkdaşlıq faktorudur. Qazaxıstanın da bu qurumda təməlli təmsilçiliyi digər türkdilli ölkələrlə əməkdaşlıq və strateji tərəfdaşlıq missiyasına öz töhfələrini verməkdədir.Cənab Tokayevin ölkəmizə rəsmi səfəri əsnasında Azərbaycan Prezidenti cənab İlham Əliyevi Qazaxıstanın “Altın kıran”- “Qızıl qartal” ali ordeni ilə təltif edilməsi də səfərin yaddaqalan hadisələrindəndir. O, təltifetmə zamanı bildirildi ki, Azərbaycanın dövlət başçısına Qazaxıstanda çox böyük hörmət və izzət göstərirlər, o, görkəmli dövlət xadimidir. Eləcə də bütün dünyada tarixi zəfərə imza atan, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını təmin etməklə Azərbaycanın ərazi bütövlüyünü tam şəkildə təmin edən dövlət başçısı kimi qəbul edilir.Azərbaycan Prezidenti İlham Əliyev də çıxışında vurğuladı ki, Qazaxıstanla bizi ortaq tarix, dəyərlər birləşdirir, eyni zamanda hər iki ölkənin iqtisadi və sosial sahələrində bir çox nailiyyətlərə imza atılıb, beynəlxalq aləmdə güclü nüfuza malikdirlər. Bundan sonra da iki ölkə arasında münasibətlərin inkişafı üçün lazımi bütün addımlar atılacaq, çünki biz qardaş və dost dövlətlərik. Beləliklə, Kasım-Jomart Tokayevin Azərbaycana rəsmi səfəri bir daha sübut etdi ki, əlaqələrimizin həm iqtisadi, həm ticari, həm siyasi dialoq, həm də mədəni sahələrdə inkişafı üçün geniş perspektivlər mövcuddur.

Elyurə Məmmədova-Rayon mədəniyyət mərkəzinin direktoru

 

 

Azərbaycan danışıqlar məsələsində maraqlıdır və məhz ölkəmiz sülh sazişinə dair danışıqlar prosesinin əvvəlindən təşəbbüskar olub

Azərbaycan üçün Qazaxıstan qardaş ölkə və strateji tərəfdaşdır. Münasibətlərin dinamikası qarşılıqlı səfərlərin xronologiyasından aydın görünür. Son ilyarım ərzində Prezident İlham Əliyev Qazaxıstana dörd dəfə səfər etmiş, həmçinin bu dövrdə Qazaxıstan Prezidenti üç dəfə ölkəmizdə olmuşdur.İşğaldan azad olunmuş Füzuli şəhərində Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin inşası bilavasitə Qazaxıstanın Prezidenti Kasım-Jomart Kemeleviçin təşəbbüsüdür. 12 mart tarixində keçmiş məcburi köçkün uşaqların təhsil alacağı, həmçinin dostluğumuzun və qardaşlığımızın mərkəzi olacaq mərkəzin açılış mərasimi təşkil olunacaqdır. Bu, Qazaxıstanın Azərbaycana qardaş köməyidir, bu, Qazaxıstanın Azərbaycana hədiyyəsidir və azad edilmiş ərazilərin bərpasına dəstəyidir.Ölkəmizə göstərilmiş dəstək. Ərazi bütövlüyünü və suverenliyini bərpa etməkdə Azərbaycana göstərdiyi daimi dəstəyə görə Qazaxıstana minnətdarıq.Sülh naminə danışıqlar. Azərbaycan danışıqlar məsələsində maraqlıdır və məhz ölkəmiz sülh sazişinə dair danışıqlar prosesinin əvvəlindən təşəbbüskar olub.

Türk Dövlətləri Təşkilatı çərçivəsində qarşılıqlı fəaliyyəti gələcəkdə də möhkəmləndirmək qarşımızda duran əsas vəzifələrdəndir. Bu təşkilat yaxın, dost, doğma ölkələri birləşdirir, həmçinin böyük potensiala, ən başlıcası inkişaf potensialına malikdir. Qarşılıqlı iqtisadi-ticari fəaliyyət sahəsi böyük inkişaf potensialına malikdir. TransXəzər nəqliyyat dəhlizinin artıq reallığa çevrilməsi, onun özlüyündə böyük dərəcədə regional əməkdaşlığın səviyyəsini müəyyən etməsinin rəmzlərindən biridir, çünki qonşularla yaxşı münasibət olmadan tranzit ölkə olmaq mümkün deyil.TransXəzər nəqliyyat dəhlizi. Xəzər təkcə ölkələrimiz arasında yox, həm də bir çox ölkələr arasında körpüdür, çünki TransXəzər nəqliyyat dəhlizi bu gün öz potensialını tam şəkildə açır. TransXəzər nəqliyyat marşrutu möhkəm bazaya malikdir. Çünki həm Qazaxıstanda, həm də Azərbaycanda əvvəlki illərdə bu sahəyəyat yatırılıb.

Cavid Nuriyev – Zərdab şəhər sakini, fəal gənc


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki