image-qanunla-reklam
image-1713428333_b04e8f15f4da4893bc9e33690790b5707e1670c4

“Əmimi papualı adamyeyənlər yeyib” – Bayden açıqlaması ilə diqqət çəkdi

image-lady-day-az

ABŞ prezidenti Co Bayden ABŞ ordusunun İkinci Dünya Müharibəsi zamanı Yeni Qvineya yaxınlığında təyyarə qəzasında həlak olan əmisi Ambrose Finneqanın cəsədini adamyeyənlərə görə tapa bilmədiyini irəli sürüb. 

Qanunla/Az xarici KİV-ə istinadən xəbər verir ki, onun əmisi tək mühərrikli kəşfiyyat təyyarələri ilə döyüş bölgələri üzərində uçub.

“O, Yeni Qvineyada vuruldu və cəsədi tapılmadı, çünki Yeni Qvineyanın bu hissəsində həqiqətən çoxlu adamyeyən var idi”, – Bayden ifadə edib.

Bildirilir ki, Baydenin hekayəsi Pentaqonun məlumatlarından çox fərqlidir. Hərbi idarə qeyd edir ki, Finneqanın təyyarəsini heç kim vurmayıb, lakin o, hansısa aviasiya insidentinə görə Yeni Qvineya sahillərində suya enməyə məcbur olub. Üstəlik, söhbət ümumiyyətlə kəşfiyyatdan deyil, kuryer uçuşundan gedirdi.

Eyni zamanda təyyarədə çıxa bilməyən üç nəfər də boğularaq ölüb.  Ertəsi gün Amerika təyyarələri hadisə yerinə getsə də, nə təyyarənin, nə də ekipaj üzvlərinin izlərinə rast gəlinməyib.

Adamyeyənlərin baş verənlərlə əlaqəsi müəmmalı olaraq qalır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki