image-qanunla-reklam
image-blinken-pasinyan

Paşinyan Blinkenə sərhəd insidentindən nələr dedi?

image-lady-day-az

Xəbər verdiyimiz kimi, bu gün Münhen Təhlükəsizlik Konfransı çərçivəsində ABŞ Dövlət katibi Entoni Blinkenlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında görüş keçirilib.

Qanunla.Az erməni mediasına istinadla xəbər verir ki, Nikol Paşinyanın Blinkenə sərhəd insidenti haqda danışmaq istədiyini deyib.

“Sizi görmək çox xoşdur. Biz ikitərəfli münasibətlərimizdə mövcud olan dinamikanı yüksək qiymətləndiririk. Hesab edirəm ki, çox səmərəli tərəfdaşlıq qurmuşuq və 2019-cu ildə strateji dialoqa başlamışıq. Bu il də vacibdir, biz amerikalı tərəfdaşlarımızla kifayət qədər geniş gündəliyə malik görüşü gözləyirik. Bu dialoqumuzu daha səmərəli etmək üçün müxtəlif məsələləri müzakirə etmək üçün çox yaxşı fürsət olacaq. Təbii ki, bizim gündəliyimiz üçün regional məsələlər çox önəmlidir. Təəssüflər olsun ki, indiki məqamda Ermənistanla Azərbaycan arasında gərginliyin yeni mərhələsi var, son vaxtlar gərginliyin yeni yüksəlişi baş verib və bu, böyük itkilərə səbəb olub. Azərbaycanla sərhəddə erməni hərbçilər öldürülüb. Bu vəziyyəti sizinlə də müzakirə etmək istərdim”, – Paşinyan bildirib.

Entoni Blinken isə deyib: “Ermənistan ABŞ üçün çox dəyərli tərəfdaşdır və biz onun davamlı sülhə sadiqliyini yüksək qiymətləndiririk. Biz həmçinin ölkələrimiz arasında bütün istiqamətlərdə əlaqələri gücləndirə bilərik”.

Entoni Blinken ABŞ-ın danışıqlar və sülh prosesində səylərini davam etdirməyə hazır olduğunu vurğulayıb və dialoqun davam etdiriləcəyinə ümid etdiyini bildirib.

Qeyd edək ki, 12 fevralda Ermənistan ordusu Nerkin-Hand yaşayış məntəqəsi yaxınlığında yerləşən mövqeyindən Azərbaycan sərhədçilərini atəşə tutub. Snayperdən açılan atəş nəticəsində bir sərhədçimiz ağır yaralanıb.

13 fevralda DSX-nin keçirdiyi qisas əməliyyatı ilə atəş açılan döyüş mövqeyi darmadağın edilib, 4 erməni əsgər ölüb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki