image-qanunla-reklam
image-1703505846-pashinyan-and-putin-1-1

“Öhdəliklər yerinə yetiriləcək” – İrəvandan Putinin həbsi ilə bağlı AÇIQLAMA

image-lady-day-az

Bu il Ermənistanda Avrasiya İqtisadi İttifaqına üzv dövlətlərin liderlərinin görüşü baş tutmalıdır. 

Qanunla.Az xəbər verir ki, erməni deputat Aqnesa Xamoyan məsələ ilə bağlı Regional və Avrasiyaya İnteqrasiya Komitəsinin iclasında sual verib. O, həmçinin Ermənistanın Roma Əsasnaməsini ratifikasiya etdiyini xatırladaraq, buna görə Rusiya prezidenti Vladimir Putinin mümkün həbsi ilə bağlı görüşə gələ bilib-bilməyəcəyini soruşub.

Komitə sədri Vaqarşak Akopyan deputatın sualına dolayı yolla cavab versə də, Xamoyan konkret cavab tələb edib. Akopyan bu barədə bildirib: “Bu, rotasiya sistemidir və bizim həyata keçirməli olduğumuz müəyyən tədbirlər var. Ermənistan Aİİ nizamnaməsini və Aİİ qanunlarını rəhbər tutacaq və üzərinə düşən öhdəlikləri yerinə yetirəcək.

Rəsmi mənbələrimiz bu məsələyə dəfələrlə müraciət ediblər. Sizi əmin edirəm ki, Ermənistan bütün öhdəliklərini yerinə yetirəcək. Bu öhdəliklər nəticəsində Ermənistana səfər olacaq, yoxsa başqa ölkədə görüş olacaq, o, başqa məsələdir. Bütün kritik məsələlər tərəfdaşlarla müzakirə olunur”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki