image-qanunla-reklam
image-pashinyan-yeni-1

Nikol yalan deyir, Bakı real həll yoluna əl atacaq

image-lady-day-az

Paşinyan hakimiyyətinin problemi dünənlə yaşamaq və keçmişi yalanlarla manipulyasiya etməkdir.

Bu sözləri Qanunla.Az-a Nikol Paşinyanın son açıqlaması zamanı səsləndirdiyi fikirlər haqqında danışan Qafqaz Tarixi Mərkəzinin direktoru Rizvan Hüseynov deyib.

Siyasi şərhçi Ermənistanın bütün razılaşmaların üzərindən xətt çəkdiyini və hüquqi baxımdan Almatı Bəyannaməsini əsas gətirməyə haqqının olmadığını vurğulayıb:

“İkinci Qarabağ müharibəsindən əvvəl və sonra Bakı dəfələrlə rəsmi İrəvan üçün daha əlverişli təkliflər verib. Ancaq hər dəfə qarşı tərəf məsələni mürəkkəbləşdirib. Üstəlik həm Qərbin, həm də Rusiyanın prosesə Ermənistan üzərindən müdaxiləsinə görə ilkin razılaşmalar həmişə pozulub. 2022-ci ildə keçirilən Praqa görüşü zamanı da Almatı Bəyannaməsinə istinad edildi, tərəflər şifahi şəkildə bir-birinin ərazi bütövlüyünü tanıdı, ilin sonunadək sülh müqaviləsinin imzalanması ilə bağlı ilkin razılıq əldə olundu. Sözügedən məsələ Vaşinqton görüşlərində də müzakirə edildi. Amma nəticə etibarilə Ermənistan yenə mövqeyini dəyişdi, Rusiyanın təzyiqi ilə sülh danışıqlarından və müqaviləsindən boyun qaçırdı. Həmin il vəziyyət gərginləşdi, ekoloji aksiya başladı. Laçın dəhlizinə rahat girib-çıxan, separatçılara silah-sursat daşıyan Ermənistan faktiki olaraq Zəngəzur dəhlizi ilə bağlı üzərinə götürdüyü öhdəliyi dandı. 2023-cü ildə isə Azərbaycan lokal antiterror əməliyyatı keçirərək öz ərazi bütövlüyünü bərpa etdi. Əgər zamanında Ermənistan Praqada razılaşmaya riayət etsəydi, elə həmin il sülh imzalanardı”.

Ekspert bildirib ki, Ermənistan normal ölkə kimi hərəkət etmir, kənar dövlətlərin fitnəsinə uyur:

“İndi Paşinyan Almatı Bəyannaməsi üzərindən söz oyunu oynayır, ancaq gözünün içinə qədər yalan deyir. Çünki sənəd rəsmi İrəvan tərəfindən müəyyən istisnalar ilə tanınıb. Fakt budur ki, o vaxt Ermənistan parlamenti sənədi ratifikasiya edəndə Qarabağı Azərbaycan ərazisi kimi tanımayıb. Bunun özü elə Azərbaycanın müstəqilliyini, suverenliyini tanımamaqdır. İstər eksklav, istərsə də sülh müqaviləsinin imzalanması məsələlərində Ermənistan saxtakarlığa yol verdikcə Azərbaycan öz tələblərini daha da sərtləşdirəcək və real həll yollarına əl atacaq. Hər şey bitəndən sonra isə Paşinyana yalnız keçmişi müzakirə etmək qalacaq”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki