image-qanunla-reklam
image-ucqun

Naxçıvanda qaya uçqunu baş verdi

image-lady-day-az

Naxçıvan Muxtar Respublikası (MR) ərazisində yağan güclü yağışlar nəticəsində Batabat avtomobil yolunun 17-ci kilometrində qaya uçqunu baş verib.

Qanunla.Az xəbər verir ki, hadisə nəticəsində iri qaya parçaları aşaraq yolda hərəkətin məhdudlaşmasına səbəb olub.

“Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsin mətbuat xidmətindən verilən məlumata görə, dərhal əraziyə Agentliyin xüsusi texnikaları və canlı qüvvəsi cəlb edilib.

Qaya parçaları qısa müddət ərzində dağıdılaraq ərazidən yığışdırılıb və sözügedən yolda rahat və təhlükəsiz hərəkət bərpa olunub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki