image-qanunla-reklam
image-1698572664-erdogan_10072023

“Naxçıvan xətti Türkiyəni dədə-baba yurdları ilə birləşdirəcək” – Ərdoğan

image-lady-day-az

Ermənistanın Azərbaycan qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməsi vacibdir. 

“Qanunla.az” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatının (TDT) 10 illik yubiley sammitində çıxışı zamanı deyib.

Türkiyə lideri qeyd edib ki, regionda daimi sülhə bir addım yaxınlaşma olub: “Açılan fürsət pəncərəsindən yararlanmaq bizim ən böyük arzumuzdur. Naxçıvanı Azərbaycanın qərb rayonları ilə birləşdirəcək nəqliyyat xəttinin həyata keçirilməsi də böyük əhəmiyyət kəsb edir. Xəttin açılması həm bölgədəki bütün ölkələrin rifahına mühüm töhfə verəcək, həm də Türkiyəni dədə-baba yurdumuz olan Orta Asiya ilə birləşdirəcək. Bu prosesin uğurla başa çatması üçün biz türk dünyası olaraq Azərbaycana dəstəyimizi davam etdirməliyik”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki