Ötən gün müğənni Nadir Qafarzadənin oğlu Loğmanın toyu olub.
Qanunla.Az xəbər verir ki, toy mərasimi şəhər restoranlarından birində keçirilir. Məclisin aparıcılığı Əməkdar artist Elşən Cəbrayılova həvalə olunub.
Müğənnin övladının toyunda şou-biznes nümayəndələri də iştirak edir.
Qeyd edək ki, Nadir Qafarzadə oğlunu bu ilin iyul ayında nişanlamışdı.