image-qanunla-reklam
image-8a69a541-fb6a-40ce-8689-fd3b328c6721

“Sərgüzəşti-vəziri-xani-Lənkəran” tamaşası oynanıldı – FOTOLAR

image-lady-day-az

İyunun 6-da Azərbaycan İncəsənət Məktəbinin “Sərgüzəşti-vəziri-xani-Lənkəran” adlı tamaşanın premyerası olub.

Qanunla.az xəbər verir ki, tamaşanın pyesi Mirzə Fətəli Axundova məxsusdur. Tamaşanın quruluşçu rejissoru Respublikanın xalq artisti, professor Məmmədsəfa Qasımovdur.

Azərbaycan teatrı səhnəsinin ilk dramatik əsəri olan “Sərgüzəşti-vəziri-xani-Lənkəran” pyesində 19-cu əsrdə Lənkəran xanlığının vəzirinin macəralarından bəhs edilir. Hekayənin sujeti 1800–1801-ci illərə təsadüf edir. Ədib pyesdə lətifələrdən istifadə etməklə səriştəsiz, boşbeyin və ağılsız xanı xalqın gülüşü ilə öldürür.

Tamaşada Azərbaycan İncəsənət Məktəbinin həvəskar aktyor heyəti çıxış edib. Məqsəd aktyor təhsili alan tələbələrin tamaşasına şərait yaratmaq və bu yolla onların cəmiyyətdə öz yerlərini tapmağına nail olmaqdır.

Tamaşada rolları Şövqi Əmiraslanov (Xacər), Amir Həsənsoy (Hacı Salah), Sevinc Bağırova (Ziba), Xəlil Mahmudov (Vəzir), Aysu İsmayılova (Nisə), Aydan Əlizadə (Şövlə), Pərviz Rzayev(Carçı), Nurlan Abbaszadə, eləcə də İlkin Səfərov, Əli Süleymanov, Bəyaz Abdinova ifa ediblər.

image-8a69a541-fb6a-40ce-8689-fd3b328c6721image-9039d569-6ead-481a-861f-862d3037b54dimage-aa492e16-67d7-408b-bbd1-93c08b4851fcimage-7284d2fe-525e-45a2-abe2-db46d05891e6image-9fdccd26-1f9b-4350-9acb-11bcb0a4a433image-7a60f6b2-68e7-4d72-ad29-3642e6659dc9image-97119d40-94b0-4786-bcee-09c06b0677acimage-705f1aeb-913f-445c-b9a1-a489a33f5815


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki