image-qanunla-reklam
image-1690008092_beyimxanim_5

Xan Şuşinskinin qızı İSTEFA VERDİ

image-lady-day-az

Xalq artisti Bəyimxanım Cavanşirova-Verdiyeva Mədəniyyət Nazirliyi yanında İctimai Şuradan istefa verib.

“Qanunla.az” xəbər verir  ki, o, öz istəyi ilə bu gün İctimai Şuradan istefa verib.

“Mən bundan əvvəl də təşkil edilən Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın üzvü olmuşam. Bu dəfəki seçkidə də düşündüm ki, mədəniyyətə xidmət edən, mədəniyyət paytaxtımız Şuşanın rəmzlərindən biri sayılan Xan Şuşinskininn adını daşıyan fondun rəhbəri olaraq şurada iştirakımla mədəniyyətimizə bacardığım qədər töhfə verə bilərəm. Bu gün seçkilərlə bağlı yayılan şayiələr məni çox məyus edir”, – Xalq artisti istefa ərizəsində qeyd edib.

Xatırladaq ki, Xalq artisti Xan Şuşinskinin qızı, Xan Şuşinski Fondunun rəhbəri Xalq artisti Bəyimxanım Cavanşirova-Verdiyeva bir neçə gün öncə Mədəniyyət Nazirliyi yanında İctimai Şuraya üzv seçilmişdi.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki