image-qanunla-reklam
image-1777537836_64-6

Ölkəmizdə dövlət tərəfindən idmana olan diqqət və qayğı göz qabağındadır

image-lady-day-az

Ölkəmizdə dövlət tərəfindən idmana olan diqqət və qayğı göz qabağındadır.

 

Prezident İlham Əliyevin uğurla davam etdirdiyi inkişaf strategiyasının məntiqi nəticəsi olaraq ölkəmiz bir çox sahələrdə regionun lider dövlətinə çevrilmişdir. Dövlətimizin ­iqtisadi qüdrətinin ildən-ilə artması idmanın tərəqqisinə də müsbət təsir göstərmişdir. Hazırda nəinki paytaxtımızda, eləcə də regionlarda bir çox Olimpiya kompleksləri, müasir idman qurğuları istifadəyə verilmiş, maddi-texniki baza möhkəmləndirilmişdir. Bütün bu işlər, əlbəttə ki, idmançılarımızın yerli və beynəlxalq turnirlərdə uğur qazanmalarında müstəsna rol oynamışdır. Sağlam cəmiyyət hər bir dövlətin strateji məqsədidir. Əlbəttə ki, dövlət vətəndaşların ­idmanla məşğul olmaları üçün xüsusi siyasət həyata keçirir. Bu mənada hər bir azərbaycanlının idmana maraq göstərməsi və müntəzəm olaraq idmanla məşğul olması dövlətin diqqət mərkəzindədir. Təbii ki, dövlət tərəfindən idmanın kütləviliyi təmin edilərək ölkədə sağlam nəsil formalaşdırılır. Sözsüz ki, bu formalaşdırılırmış nəsil də Vətənimizin sağlam gələcəyi deməkdir. Müasir gənclərin hərtərəfli formalaşmış, rəqabətədavamlı yetişdiriliməsi məhz dövlətin uğurlu gənclər siyasətinin davamıdır. Prezident İlham Əliyev çıxışında bu mühüm məqamlara toxunaraq hər bir vətəndaşın müntəzəm olaraq idmanla məşğul olmasını tövsiyə etmişdir: “Mən tövsiyə edərdim ki, hər bir vətəndaş idmanla məşğul olsun. Özü də həftədə, ayda bir dəfə yox, müntəzəm olaraq. Bunun çox böyük xeyri var və əgər belə olarsa, hər bir insan öz həyatında bunu görəcəkdir”. Ölkə başçısı Azərbaycanın idman şöhrətini yüksəklərə qaldıran görkəmli idmançılarımıza da maarifləndirmə işində fəal olmalarını tövsiyə etmişdir. İndi hər bir insanın açıq havada idmanla məşğul olması üçün imkanların yaradıldığını vurğulayan Prezident İlham Əliyev millətin sağlamlığı baxımından bədən tərbiyəsinin kütləvi xarakter almasının vacibliyini də önə çəkmişdir. Təbii ki, hər bir cəmiyyətin sağlam və fiziki cəhətdən güclü gənclərə ehtiyacı var. Buna görə də, Prezident İlham Əliyev çıxışında gənclərin fiziki cəhətdən güclü olmalarının vacibliyinə toxunaraq əlavə etmişdir ki, idman vətənpərvərlik hisslərini böyük dərəcədə artırır: “Hər bir idman qələbəsi, xüsusilə, mötəbər beynəlxalq yarışlarda qazanılmış qələbə ölkəmizdə milli qüruru, milli ruhu yüksəldir. Ona görə idmanın hər bir ölkənin həyatında çox önəmli rolu var”.  Bir sözlə, Azərbaycanda bədən tərbiyəsi və idman hərəkatının idarə olunması prosesi günün tələbləri səviyyəsində inkişaf etdirilir. Təkmilləşdirilən idman yönümlü qurumların sayı artırılır, bələdiyyələrin, yerli və regional qeyri-hökumət orqanlarının bu sahə üzrə fəaliyyətləri gücləndirilir. Əlbəttə, bu prosesin daha da genişmiqyaslı olması üçün dövlət üzərinə düşən öhdəlikləri yerinə yetirir və gələcəkdə də yerinə yetirəcək. Bununla yanaşı, hər bir vətəndaş da idmanın kütləviləşməsi işinə öz töhvəsini verməyə çalışmalıdır. Yalnız bu halda bədən tərbiyəsi və idmanın kütləviliyi kimi strateji vəzifələrin yerinə yetirilməsində arzulanan nəticələri əldə etmək mümkün olacaq. Əlbəttə, bu amili diqqət mərkəzində saxlayan ­Prezident ­İlham Əliyevin idmanın inkişafı üçün göstərdiyi səylər və qəbul etdiyi qərarlar belə deməyə əsas verir ki, qarşıdakı illərdə də Azərbaycan idmanı yeni zirvələri fəth edəcək və idmanın kütləviləşməsi prosesi özünün inkişafında yeni mərhələyə qədəm qoyacaqdır.

 

Zərdab rayon Nizami Gəncəvi adına Şəftəhal kənd tam orta ümumtəhsil məktəbin müəllimi  Kərimli Zümrüd Nazim qızı.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki