image-qanunla-reklam
image-1692081120_screenshot-2023-05-25-at-20-01-pic_32ratio_900x600-900x600-38308

Məşhur aktrisanın “Barbie”dən qazanacağı məbləğ məlum oldu

image-lady-day-az

Qreta Qerviqin “Barbie” filmində rol alan amerikalı aktrisa Marqo Robbi filmin rekord gəlir qazanması sayəsində təxminən 50 milyon dollar qazanacaq.

“Qanunla.az” xəbər verir ki, bu barədə “Variety” üç mənbəyə istinadən xəbər yayıb.

Məbləğ filmin çəkilişlərinə görə qonorar və 1 milyard dolları keçən kassa faizindən ibarətdir.

Məlumdur ki, Robbi də öz şirkəti “LuckyChap Entertainment” vasitəsilə filmin hazırlanmasında iştirak edib.

İyulun 19-da “Barbie” filminin premyerası olub və təkcə ilk həftəsonunda filmin kassası 356 milyon dollar təşkil edib. Ekran əsəri 2023-cü ilin ən yüksək gəlirli filmi olmağı bacarıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki