image-qanunla-reklam
image-prr

Hakim səhvləri və ya ədalətsizliklər baş verdikdə belə, ləyaqətli davranışı qorumaq həmişə vacibdir

image-lady-day-az

Hakim səhvləri və ya ədalətsizliklər baş verdikdə belə, ləyaqətli davranışı qorumaq həmişə vacibdir

Prezident cənab İlham Əliyevin Avropa çempionatında komanda hesabında qalib olan güləşçilərimizi qəbul etməsi ölkəmizdə idmanın inkişafına verdiyi xüsusi önəmin bariz nümunəsidir. Cənab Prezident İlham Əliyevin Azərbaycan idmanının ümumi inkişafından danışıb: “Cənab Prezident dedi ki, həm Olimpiya Oyunlarında, həm də dünya, Avropa çempionatlarında bizim idmançılarımız ölkəmizi ləyaqətlə təmsil edirlər. Əlbəttə ki, uğurlarla bərabər məğlubiyyətlər də olur. Amma idmanda hər şey mümkündür. Əsas odur ki, idmançılarımızda qələbə əzmi çox güclüdür və bir daha ölkəmizin ümumi inkişafını əks etdirir. Bu gün qalib dövlət və qalib xalq kimi yaşayan dövlətimiz, xalqımız, o cümlədən idman uğurları ilə fəxr edir”. Ölkə başçısı, eyni zamanda, 30 ilə yaxın müddət ərzində Azərbaycan Olimpiya Komitəsinə rəhbərlik etdiyini və bu müddət ərzində bir çox müsbət məqamların olduğunu xatırlatdı. Qeyd etdi ki, idmanın dayanıqlı inkişafı, uğurlarımızın ardıcıl şəkildə davam etməsi və gənc nəslin yetişməsi – hər şey onun gözləri önündən keçib.

Ölkəmizdə keçirilən idman yarışları idman növlərini daha da populyarlaşdırır. Bu sahədə bizim zəngin təcrübəmiz var və respublikamızda çox nüfuzlu beynəlxalq yarışlar keçirilib. Həm Avropa Oyunları, həm İslam Həmrəyliyi Oyunları, keçən il MDB Oyunlarının paytaxtda yox, bölgələrdə keçirilməsi Azərbaycanın reytinqli turnirlərin keçirilməsinə hazır olmasından xəbər verir. Dövlətimizin başçısı gələcəkdə də qızlarımızın qızıl medal qazanacaqlarına əminliyni ifadə edib. Dövlətimizin başçısının Avropa yarışlarında Azərbaycan idmançılarına qarşı ədalətsizlikdən də söhbət açdı: “Cənab Prezident dedi ki, yəqin ki, Avropada heç də hamı Azərbaycanın Avropa çempionatlarında iştirak etməsinə və təkcə iştirakına deyil, həm də bütün Avropa ölkələrinə qalib gəlməsinə sevinmir. Məhz bu səbəbdən bir daha məmnunluqla qeyd etmək və arzulamaq istərdim ki, harada olmağınızdan asılı olmayaraq, – xalça üzərində və xalçadan kənarda, – layiqli davranış prinsiplərinə daim sadiq qalmağa davam edəcəksiniz. Bu, ölkəmizi təmsil edən bütün idmançılara aiddir”.

 

Ziya Nağıyev –Zərdab rayon Dəli Quşçu kənd sakini


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki