image-qanunla-reklam
image-1707759978_c40cd90a-c070-4de6-a1e9-1a278fe3c3db

“Müdafiə texnikası istehsalına keçməliyik, sülh dövründə yaşamırıq” – Şolts

image-lady-day-az

“Təkcə ABŞ deyil, bütün Avropa ölkələri Ukraynanı dəstəkləmək üçün daha çox iş görməlidir”.

Qanunla.Az xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts deyib.

“Biz genişmiqyaslı müdafiə avadanlığının istehsalına keçməliyik. Təkcə ABŞ deyil, bütün Avropa ölkələri Ukraynaya daha çox dəstək verməlidir. İndiyə qədər verilən vədlər kifayət deyil. Yalnız Almaniyanın səyləri kifayət deyil”, – Olaf Şolts bildirib.

Şolts qeyd edib ki, Almaniyanın silahlı qüvvələri və müdafiə sənayesi NATO-nun 2%-lik hədəfinə çatmaq üçün indi hökumətə arxalanmalıdır.

“Buna təcili ehtiyac var. Çünki reallıq nə qədər sərt olsa da: biz sülh dövründə yaşamırıq”, – Almaniya kansleri bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki