Milli Məclisin yaz sessiyası üzrə növbəti plenar iclası başlayıb.
Qanunla.Az xəbər verir ki, Sahibə Qafarovanın sədrliyi ilə keçirilən iclasın gündəliyinə bir məsələnin müzakirəsi daxil edilib.
Toplantıda Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabat dinləniləcək.
Hesabatı Baş nazir Əsədov təqdim edəcək.
***
Milli Məclisdə Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatı müzakirə olunur.
Hesabatı Baş nazir Əli Əsədov təqdim edir.
Daha sonra isə hesabat deputatların müzakirəsinə çıxarılacaq.
İclasda hökumət üzvləri də iştirak edir.
***
Milli Məclisin bu gün keçirilən plenar iclasında Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatı müzakirəyə çıxarılıb.
Hesabatı Baş nazir Əli Əsədov təqdim edib.
Hazırda isə Milli Məclisin komitə sədrləri hesabat ətrafında çıxış edirlər.