image-qanunla-reklam
image-aleyna-konko

Media fenomeni bu fotosuna görə saxlanıldı

image-lady-day-az

Türkiyədə sosial media fenomeni Aleyna Kanko polis tərəfindən saxlanılıb.

Qanunla.Az xəbər verir ki, buna səbəb sosial media fenomeninin lüks avtomobildə əlindəki tapança ilə poza verərək çəkdiyi görüntüləri sosial media hesabında paylaşması olub.

Paylaşım sosial media istifadəçiləri tərəfindən sərt tənqidlərlə qarşılanıb.

Etiraza səbəb olan görüntülərdən sonra hərəkətə keçən polis Aleyna Kankonu saxlayıb.

Media fenomeni ifadəsində görüntülərin köhnə olduğunu, silahın və avtomobilin ona məxsus olmadığını bildirib.

O, ifadəsininin ardından sərbəst buraxılıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki