image-qanunla-reklam
image-fhn-yangin

“Maşın bazarı”nda 4 mağaza yandı – Video

image-lady-day-az

Bakının Xətai rayonu, Babək prospektində mağaza yanır.

Bu barədə Qanunla.Az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Qeyd edilib ki, hazırda nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.

Yanğınsöndürmə işləri həyata keçirilir.

***

Bakıda mağazada yanğın məhdudlaşdırılıb.

FHN-dən verilən məlumata görə, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Nizami rayonu, Babək prospektində yerləşən “Maşın bazarı”nın ərazisində mağazada yanğın baş verməsi barədə məlumat daxil olub və mağazada baş vermiş yanğın FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən genişlənməsinə imkan verilmədən qısa müddətdə məhdudlaşdırılıb.

Yanğının tam söndürülməsi istiqamətində işlər davam etdirilir.

***

Bakı şəhərinin Xətai rayonu, Babək prospektində yerləşən “Maşın bazarı” adlanan ərazidə baş vermiş yanğın nəticəsində ümumi sahəsi 400 kv.m. olan bir dam altında tikilmiş 32 ədəd müxtəlif təyinatlı mağazalardan 4 ədədi 48 kv.m. sahədə yanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, digər mağazalar yanğından mühafizə olunub.

 

     


      • whatsapp
      • messenger
      • telegram
      • vkontakte
      • odnoklassniki